Məhkəmə qərarları › İş №2(046)-1338/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1338/2021

01.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1338/2021 01.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdeh Mingəçevir şəhəri X2 Satışı və Təchizat İdarəsinə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mingəçevir şəhəri X2 Satışı və Təchizat İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış 240 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı Məmmədov X1 şəhəri X2 Satışı və Təchizat İdarəsinə qarşı iddia qaldırmaqda haqlı deyildir. Ona görə ki, hüquqi şəxsin stAzərışıq ASC-nin struktur bölməsi olan regional idarəyə qarşı iddia qaldırılması qanunda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2.-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah edilməlidir ki, həmin iddianın Mingəçevir şəhəri X2 Satışı və Təchizat İdarəsinə qarşı deyil, hüquqi şəxs statusunda olan ünvan 1 ünvanda yerləşən “xxxx” ASCyə qarşı qaldırılması qanuna uyğundur. Belə olan halda iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı cavabdeh Mingəçevir şəhəri X2 Satışı və Təchizat İdarəsinə qarşı cərimənin silinməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hüquqi şəxs olan xxxx ASC-yə qarşı iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar