Məhkəmə qərarları › İş №2(046)-1418/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1418/2023

14.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1418/2023 14.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı,nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irləi sürməyən üçüncü şəxslər Cavabdeh2 və X10 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı vəsiyyət üzrə vərəsə kimi miras əmlakda tam həcmdə payının tanınması iddia tələbinə, Cavabdeh1 İddiaçı qarşı miras əmlakda 1/2 hissədə məcburi payının tanınması qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəsiyyət üzrə vərəsə kimi mərhum X8 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras əmlakda payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək vəsiyyət üzrə vərəsə kimi mərhum X8 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras əmlakda tam miras payının tanınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın təmin edilməməsi, 20 avqust 2014-cü ıl tarixdə Göyçay rayon notariat kontorunda təsdiq edilmiş və 2V-222 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Cavabdeh1 qarşılıqlı iddia predmetinin dəyişdirilməsinə dair ərizə verərək X8 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,17 ha həyətyanı torpaq sahəsi üzərində 1/2 hissədə məcburi payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci il tarixdə X16 ilə X3 07 dekabr 1960-cı il tarixdə qeydə alınmış nikahından anadan olmuşdur. Valideynlərinin ondan başqa 8 övladları doğulmuşdur: X13 - 23 may 1961-ci il tarixdə, X17 - 15 mart 1963-cü il tarixdə, X21 - 08 mart 1964-cü il tarixdə, X18 - 01 dekabr 1965-ci il tarixdə,X19 - 01 yanvar 1967-ci il tarixdə, Cavabdeh2 - 12 dekabr 1967-ci il tarixdə, X22 - 31 oktyabr 1969-cu il tarixdə, Cavabdeh1 Qinyaz oğlu - 10 aprel 1976-cı il tarixdə doğulmuşdur. X2 07 mart 2012-ci il tarixdə, atası X20 08 iyul 2020-ci il tarixdə, qanun üzrə birinci növbə vərəsələrdən X13 01 iyul 1961 -ci il tarixdə, X19 01 iyul 1967-ci il tarixdə və X18 03 iyun 1998-ci il tarixdə vəfat etmişlər. Mərhum atası X8 ünvan 1 ünvanda yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Mərhum atası X20 20 avqust 2014-cü il tarixdə Göyçay rayon notariat kontorunda vəsiyyətnamə tərtib etdirib reyestrdə qeydə aldırmaqla ölən günədək ona məxsus olan bütün miras əmlakını ona vəsiyyət etmişdir. Mərhum atasının vəfatından sonra ondan qalmış miras əmlakı notariat ofisinə ərizə verməklə qəbul etmişdir. Lakin qanun üzrə birinci növbə vərəsələrdən Cavabdeh1 Qinyaz oğlu ilə aralarında mirasa dair ixtilaf olduğu üçün Göyçay rayon Notariat Ofisinin notariusu ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, hələ X1 o,həmin miras evdə yaşamış,evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə etmişdir.Hazırda da,miras qalmış həmin həyətyanı torpaq sahəsindən istifadə etmklə,miras əmlak olan torpaq sahəsinə bitişik sahədə öz vəsaiti hesabına inşa etdiyi evdə yaşayır.Miras əmlak olan evlə özünün inşa etdiyi ev arasında həyətyanı sahədə hər hansı bölgü aparılmamış,evlərin arasında divar inşa edilməmişdir.Hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş birinci növbə vərəsələr qanunla müəyyən olunmuş müddət ərzində mirası qəbul etməmiş,eləcə də mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət ərzində onlara çatası məcburi paydan imtina etməmişlər.Məhkəməyə təqdim edilmiş ərizələrdən də göründüyü kimi,iş üzrə üçüncü şəxslər mirası qanunla müəyyən olunmuş müddət ərzində qəbul etmədiklərini etiraf etmiş,bununla bağlı öz həqiqi iradə ifadələrini notarial qaydada təsdiq olunmuş ərizələrində bildirmişlər.Belə olan halda üçüncü şəxslərin ərizələri Azərbaycan Respublikası Mülki Məcəllənin 1202.1-ci maddəsinin təsiri altına düşmür.Yəni,üçüncü şəxslər miras əmlakda olan məcburi paylarından müəyyənlşdirilmiş vaxt ərzində imtina etmədiklərindən onlara çatası pay vəsiyyət üzrə vərəsə olan İddiaçı payının artmasına səbəb ola bilməz. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, qarşılıqlı iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, atası X8 ünvan 1 ünvanda yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Atasının vəfatından sonra ondan qalmış miras əmlakı notariat ofisinə ərizə verməklə qəbul etmişdir. Lakin qanun üzrə birinci növbə vərəsələrdən Cavabdeh1 Qinyaz oğlu ilə aralarında mirasa dair ixtilaf olduğu üçün Göyçay rayon Notariat Ofisinin notariusu ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, qarşılıqlı iddianı etiraf etmədi,izahat verərək bildirdi ki, 20 avqust 2014-cü ıl tarixdə Göyçay rayon notariat kontorunda təsdiq edilmiş vəsiyyətnamə olduğuna görə,miras əmlakda İddiaçı tam həcmdə payı müəyyən edilməlidir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin olunmasını, qarşılıqlı iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil iddianı etiraf etmədi, qarşılıqlı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki,təmsil etdiyi şəxs Cavabdeh1 miras qalmış həmin həyətyanı torpaq sahəsindən istifadə etməklə,miras əmlak olan torpaq sahəsinə bitişik sahədə öz vəsaiti hesabına inşa etdiyi evdə yaşayır. Hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş birinci növbə vərəsələr qanunla müəyyən olunmuş müddət ərzində mirası qəbul etməmiş,eləcə də mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət ərzində onlara çatası məcburi paydan imtina etməmişlər.Üçüncü şəxslər miras əmlakda olan məcburi paylarından müəyyənlşdirilmiş vaxt ərzində imtina etmədiklərindən onlara çatası pay vəsiyyət üzrə vərəsə olan İddiaçı payının artmasına səbəb ola bilməz. Ona görə də hesab edir ki,Cavabdeh1 miras əmlakda 1/2 payı müəyyən olunmalıdır.İddianın təmin edilməməsini,qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 izahat verərək bildirdi ki, mərhum atası X4 şəhəri, Z.Nəcəfov küçəsi 16 saylı evi və həmin evin yerləşdiyi torpaq sahəsini bacısı İddiaçı vəsiyyət etmişdir.Hazırda həmin evdə yaşayır.Məcburi payın verilməsi ilə əlaqədar ərizə verməmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X23 izahat verərək bildirdi ki, mərhum atası X4 şəhəri, Z.Nəcəfov küçəsi 16 saylı evi və həmin evin yerləşidyui torpaq sahəsini bacısı İddiaçı vəsiyyət etmişdir. Hazırda həmin evdə yaşayır.Məcburi payın verilməsi ilə əlaqədar ərizə verməmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X24, X27 və Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tərəflərin izahatlarını dinləyib,təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin 02 may 2023-cü il tarixli çıxarışından görünür ki, X16 ilə X7 arasında nikah 07 dekabr 1960-cı il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində bağlanmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X13 - 23 may 1961-ci il tarixdə, X25 xx xxxx 1962-ci il tarixdə, X17 - 15 mart 1963-cü il tarixdə, X18 - 01 dekabr 1965-ci il tarixdə,X19 - 01 yanvar 1967-ci il tarixdə, Cavabdeh2 - 12 dekabr 1967-ci il tarixdə, X22 - 31 oktyabr 1969-cu il tarixdə anadan olmuş atası X20, X2dır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri, Z.Nəcəfov küçəsi 16 saylı ev və sahəsi 0,168 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi xx.xx.2014-cü ildə X9 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 2-da yaşayan X20 ölən günədək ona məxsus olan bütün miras əmlakını ünvan 2 ünvanında yaşayan qızı İddiaçı vəsiyyət etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri, Z.Nəcəfov küçəsi 16 saylı ev və sahəsi 0,17 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə X9 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin 29 aprel 2023-cü il tarixli çıxarışından görünür ki, X28 ilə X25 arasında nikah 19 avqust 1997-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1961-ci ildə, X19 xx.xx.1967-ci ildə, X18 xx.xx.1998-ci ildə, X7 xx.xx.2012-ci ildə və X20 xx.xx.2020-ci ildə vəfat etmişlər. İşə əlavə edilmiş X14 xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X27 xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X8 qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş, etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş X11 xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X24 xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X8 qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş, etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 27 aprel 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh1 Qinyaz oğlu ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından,həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı,miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır.Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər,lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur.Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.2-ci və 1243.3-cü maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.(Mülki Məcəllənin 1151.1-ci maddəsi).Miras qoyan X12 ümumi sahəsi 157,4 kv.metr olan Göyçay şəhəri, Z.Nəcəfov küçəsi 16 saylı ev və həmin evin 0,17 ha həyətyanı torpaq sahəsi məxsusdur. Miras qoyan X20 özünə məxsus olan əmlakın qızı İddiaçı vəsiyyət etməsi barədə notariat qaydada təsdiq edilmiş 20 avqust 2014-ci il tarixli vəsiyyətnamə qoymuş, vəsiyyətnamə qüvvədə olmuş, ona görə də miras qoyanın əmlakının vəsiyyət üzrə başqa şəxsə keçməsinin qanuni əsasları yoxlanılmışdır. Vəsiyyətnamə olmasaydı miras xx.xx.2020-ci ildə açıldıqdan sonra miras qoyanın qanun üzrə vərəsəlik zamanı 6 vərəsəsi olacaq idi. X6 və X24 miras əmlakı qəbul etməmələri barədə notariat qaydasında təsdiq edilmiş ərizə verdiklərindən,mirası qəbul etməkdən imtina etmişlər.Digər vərəsələr Cavabdeh2 və X22 miras əmlakda məcburi payı tələb etməmişlər.İddiaçı miras əmlaka miras açıldıqdan sonra sahiblik etməyə faktiki başladığından mirası qəbul etmiş sayılmalıdır.Eyni qaydada Cavabdeh1 Qinyaz oğlu miras açıldıqdan sonra Göyçay şəhəri, Z.Nəcəfov küçəsi 16 saylı evin həyətyanı sahəsinə bitişik sahədə inşa etdiyi evdə yaşayaraq, miras əmlak olan evin həyətyanı sahədən istifadə edib mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir.Vəsiyyətnamə ilə miras əmlakın tam olaraq İddiaçı vəsiyyət edilməsinə baxmayaraq Cavabdeh1 mirasda məcburi payı mövcud olmuşdur. Belə ki,məlum olduğu kimi,Mülki Məcəllənin 1193-cü maddəsinə görə ,vəsiyyət edənin uşaqlarının,valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmumnundan asılı olmayaraq mirasda məcburi payı vardır.Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.Göründüyü kimi mülki qanunu miras qoyanın öz əmlakını istədiyi şəxsə vəsiyyət etmək hüququnu ,sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırır.Beləliklə ,miras qoyan arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fərqli nisbətdə paylaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu da «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair»xx.xx.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki,»Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyini digər şəxslərin mənafeyindən üstun olması ailə-təminat prinsipindən irəli gəlir.Bu prinsipə əsasən,mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır.Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı,öz övladları,habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır.Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur.Bu zaman yaxın qohumluqla (uşaq,ər,arvad,valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır.Beləliklə,qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə,ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş,digər ailə üzvlərinin mənafelərini nəzərə almadan ,bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır». Cavabdeh1 mirasda məcburi payının müəyyənləşdirilməsinə gəldikdə,məhkəmə hesab edir ki,vəsiyyətnamə olmasaydı miras almağa çağırıla biləcək qanun üzrə 6 vərəsənin hamısı nəzərə alınmaqla,bu pay qanun üzrə vərəsəlik zamanı cavabdehə çatası 1/6 payın yarısı 1/12 məcburi pay təşkil etməlidir.O ki qaldı X27 və X11 mirasdan imtina etmələri ilə bağlı ərizələrinə,habelə Cavabdeh2 və X10 miras əmlakda məcburi payı tələb etməmələrinə məhkəmə qeyd edir ki,bu imtina digər vərəsənin və ya vərəsələrin məcburi payının artmasına səbəb olmadığından,onların payı vəsiyyət üzrə vərəsə İddiaçı keçməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik zamanı İddiaçı 11/12 payı,Cavabdeh1 1/12 məcburi payı müəyyən olunmalı, bununla da iddia və qarşılıqlı iddia qismən təmin olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddia qismən təmin edilsin. İddiaçı vəsiyyət üzrə ünvan 3 fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsi üzərində 11/12 payı müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 ünvan 3 fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsi üzərində 1/12 məcburi payı müəyyən edilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar