Məhkəmə qərarları › İş №2(046)-1418/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1418/2024

18.07.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1418/2024 18.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə aralarında xx.xx.2023-cü il tarixdə Qəbələ 1 saylı Mediasya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə, eləcə də ödənilmiş 100 manat dövlət rusumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X4 və xx.xx.2014-cü il tarixdə X5 anadan olmuşdur. Bir neçə il mehriban ailə kimi yaşasalar da, sonradan münasibətləri pozulmuş, bu səbəbdən nikahın pozulması və aliment tələbi ilə bağlı ilkin olaraq tərəfindən Mediasiya Təşkilatına müracət edilmişdir. 21 12.2023-cü il tarixdə Mediasiya Sesiyası zamanı Maraqlı şəxsla aralarında olan nikahın pozulmasına, birgə nikahlarından olan xx.xx.20011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 onun himayəsində qalmasına, X2 və X1 üçün hər uşağa görə hər ay 125 manat olmaqla cəmi 250 manat alimentin ona ödənilməsinə dair aralarında barışıq sazişi bağlanmışdır. Mediasiya Sesiyası bitdikdən sonra, barışıq sazişinin alimentlə bağlı olan hissəsi icra olunması üçün Göyçay rayon icra və probasiya şöbəsinə göndərilmiş, Göyçay rayon icra və probasiya şöbəsi tərəfindən alimentin ödənilməsi üçün Maraqlı şəxs könüllü müddət verilmiş, lakin Maraqlı şəxs öz üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə bu günə kimi aliment ödənilməmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-369/2024 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. xx.xx.2023-cü il tarixli Qəbələ 1 saylı Mediasya Təşkilatının MŞQ/MT-035/2023-430 saylı barışıq sazişinin 8-ci bəndinə əsasən sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı Maraqlı şəxs оğlu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatın dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə qimsən təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə X4 və xx.xx.2014-cü il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Göyçay Рayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-369/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə Göyçay rayon İHB-nin Qızılağac kənd İƏD üzrə nümayəndəliyində 14 №-li qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 iddiaçı Ərizəçi himayəsində saxlanılmışdır. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X6 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, 1. Ərizəçi ilə Maraqlı şəxs nikahın pozulması və davam etdirilməməsi barədə razılığa gəlirlər. 2. Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və 17 yanvar 2014-cü il tarixdə anadan olmuş X3 birinci tərəfin (Ərizəçi) himayəsinə verilməsi və yanında qalması barədə razılığa gəlirlər. 3. İkinci tərəf (Maraqlı şəxs) X3 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün birinci tərəfə (Ərizəçi) hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat aliment ödəməyi öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 100 məbləğində pul ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1 -ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023cü il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərinə Maraqlı şəxs tərəfindən könüllü icrasından imtina edilmişdir. Ərizəçi ilə Maraqlı şəxs mediasiyada edilən nikahın pozulması tələbi ilə əlaqədar nikahın davam etdirilməsində razılığa gələ bilməmişlər və Ərizəçi nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-369/2024 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə Göyçay rayon İHB-nin Qızılağac kənd İƏD üzrə nümayəndəliyində 14 №-li qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 iddiaçı Ərizəçi himayəsində saxlanılmışdır. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişinin aliment tələbinə dair hissə üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü bəndi məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalı, ərizə qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs oğlu arasında bağlanılmış və xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü bəndi aşağıdakı şərti təsdiq edilsin: Maraqlı şəxs birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ərizəçi hər ay hər uşaq üçün 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment ödəməyi öhdəsinə götürür. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat tutularaq Ərizəçi xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Aliment tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar