Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-143/2025 21.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız hesablanmış 216 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası 20 dekabr 2024-cü il tarixə saat 09:40-a təyin edilmiş, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. Tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiyindən məhkəmənin hazırlıq iclası 14 yanvar 2025-ci il tarixə saat 10:15-ə təxirə salınmış, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, İddiaçınun mobil telefon nömrəsinə SMS-lə xəbərdar edillməsinə baxmayaraq üzürsüz səbəbdən təkrarən məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiyindən məhkəmənin hazırlıq iclası 21 yanvar 2025-ci il tarixə saat 12:00-a təxirə salınmış, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, İddiaçı mobil telefon nömrəsinə SMS-lə xəbərdar edillməsinə baxmayaraq üzürsüz səbəbdən təkrarən məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki,tərəflər təkrarən məhkəmə hazırlıq iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri məhkəməyə daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki,iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-143/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-143/2025
21.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver