Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1447/2025 08.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Notariat Kontorunun xx.xx.1987-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. İddiaçılar, iddia ərizəsinin forma və məzmununda riayət etməmişlər. Belə ki, iddiaçılar məhkəməyə təqdim etdiyi iddia ərizəsində Azərbaycan Respulikası MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş, iddia ərizəsinin forma və məzmununu ehtiva edən tələblərə əməl etmədən, yəni iddia ərizəsində, özlərinin və cavabdehlərin şəxsiyyət vəsiqəsinin seriya nömrələrini qeyd etməmişlər, telefon nömrələrini, eləcə də mobil telefon nömrələrini və elektron poçt ünvanlarını göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-cu, 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilsin. İddiaçı1 tərəfindən ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1447/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1447/2025
08.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver