Məhkəmə qərarları › İş №2(046)-1470/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1470/2022

08.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1470/2022 08.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi1 və nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi3 və Ərizəçi2 məhkəməyə müraciət edərək, Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə verilmiş ünvan 1 ünvanda yerləşən 499,63 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum X6, hüquq subyektləri kimi onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi1 ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə mərhum X9 ailə başçısı olmaqla hüquq subyektləri kimi ünvan 2 ünvanda 499,63 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin plan və ölçü sənədi X15 kitabında 20 dekabr 2010-cu il tarixdə 1010 nömrə ilə qeydə alınmışdır. X9 11 iyul 2015-ci il tarixdə vəfat etmişdir. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq istəyərkən məlum olmuşdur ki, torpaq sahəsinin planı və ölçüsü sənədində mərhum X4 adı səhvən Söhrab, ata adı Qaraca, Ərizəçi1 adı səhvən Qəribə, digər ərizəçilərin ata adları səhvən Söhrab kimi yazılmışdır. Bu səbəbdən də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi 24 may 2021-ci il tarixli **********24 saylı məktubla çatışmazlıqlar aradan qaldırıldıqdan sonra hüququn qeydiyyata alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağını bildirmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi1 və nümayəndəsi (vəkili) Nümayəndə ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə digər ərizəçilərə və maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin digər ərizəçilər və maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X5 təsdiq edilmiş surətindən görünür ki, X9 ilə Ərizəçi1 xx.xx.1968-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X2 təsdiq edilmiş surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.1972-cı il tarixdə, Ərizəçi4 xx.xx.1971-cı il tarixdə, X8 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. X1, anaları Ərizəçi1dır. Məhkəməyə təqdim edilmiş X3 təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2015ci il tarixdə, X11 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş A № 284968 saylı torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planından görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə X7 və ailə üzvlərinə Göyçay şəhərində 499.63 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında X4 adı səhvən Söhrab, ata adı Qaraca, Ərizəçi1 adı səhvən Qəribə, Ərizəçi2 Söhrab oğlu, Ərizəçi3 Söhrab oğlu və Ərizəçi4 Söhrab qızının ata adları səhvən Səhrab əvəzinə Söhrab kimi yazıldığından Ərizəçi1 qeydiyyatla bağlı ərizəsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi3 və Ərizəçi2 ərizəsi təmin edilməli, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərəfindən verilmiş A № 284968 saylı torpaq sahəsinin plan və ölçüsünün subyektlər siyahısının ərizəçilər Ərizəçi4, Ərizəçi3 və Ərizəçi2 və mərhum X6 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ Ərizə təmin edilsin. Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərəfindən verilmiş A № 284968 saylı torpaq sahəsinin plan və ölçüsünün subyektlər siyahısının ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi3 və Ərizəçi2 və mərhum X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar