Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1473/2024 17.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin X1 İstismarı İdarəsi tərəfindən Göyçay XS-nin abonent bazasındakı abonent koduna əsassız hesablanaraq vurulmuş 1036.80 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsindən görünür ki, İddiaçı “Azəriqaz” İB-nin X1 İstismarı İdarəsi tərəfindən Göyçay XS-nin abonent bazasındakı abonent koduna əsassız hesablanaraq vurulmuş 1036.80 manatın silinməsini iddia ərizəsində göstərmiş, lakin “Azəriqaz” İstehsalat Birliyini cavabdeh qismində göstərilməmiş, halbuki iddia tələbi cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin hüquq və vəzifələrinə toxunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Beləliklə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlir ki, iddia ərizəsində cavabdehlərin tam göstərilməməsi ərizənin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına riayət edilməməsi kimi qiymətləndirilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Şirvan şəhər Məhkəməsi qərara aldı: İddiaçı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə ümumi qaydada təkrarən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1473/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1473/2024
17.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver