Məhkəmə qərarları › İş №2(046)-1517/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1517/2025

18.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1517/2025 18.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdeh AzəriQaz İB-nə qarşı akt nəticəsində hesablanmış pulun hesabdan silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AzəriQaz İB-i tərəfindən tərtib edilmiş akt nəticəsində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmişdir. İddia ərizəsi isə poçt vasitəsi ilə Göyçay rayon Məhkəməsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Göyçay rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdeh AzəriQaz İB-nə qarşı akt nəticəsində hesablanmış pulun hesabdan silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar