Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1538/2025 01.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Göyçay rayon notariat ofisinə qarşı miras əmlakın bölüşdürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsələr arasında pay bölgüsünün müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək onun ünvan 1 ünvanla yerləşən 0,0227 ha torpaq sahəsinin 50 faizin 1/4 hissəsinə payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, anası X14 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. xx.xx.1982-ci il tarixdə anası ilə atası ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 103 93 4 saylı Göyçay notariat kontorunda alql-satqı müqaviləsi əsasında almışdir. Anası ilə atasının xx.xx.1978-cü il tarixdə 210 nömrəli akt ilə Göyçay Rayon Qeydiyyat Şöbəsində nikahları qeydə alınmışdır. X7 vərəsələri həyat yoldaşı X26,oğlu İddiaçı,X5, oğlu X24 (vəfat edib) və qızı Əliyeva (Nəsirova) Aynur Cümşüd qızıdır. Cavabdeh Əliyeva (Nəsirova) X28 Notariat Ofisinə müraciət edərək pay bölgüsün düzgün aparılmadığını bildirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. X2 miras qalmış 0,0227 ha torpaq sahəsinin 4 vərəsə arasında bölüşdürülməsini xahiş edir. Həmin torpaq sahəsi atası və anası tərəfindən 0.0227 ha torpaq sahəsi birgə nikah dövründə alınmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Göyçay şəhər Ə.Kərim küçəsi 91 saylı evin torpaq sahəsində ev tikmişdir, atası, o, ailəsi orda yaşayırlar. Anası 2009-cu ildə vəfat etmiş,qardaşı Nurlan Nəsirov anasının dəfnində iştirak etmişdir.Lakin sonradan qardaşı 2012-ci ildə vəfat etmişdir.Hal-hazırda atası onunla yaşayır, 1-ci qrup gözdən əlildir, qəyyumuda odur. Cavabdeh2 20 il olar ki,ailə qurub köçmüş, anası vəfat edəndə Aynurda həmin evdə yaşamışdır. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, anaları vəfat edəndən sonra qardaşı X24 həbsdə olmuşdur.Həbsdən sonra həmin evdə yaşamışdır. O, 2005-ci ildə evlənərək həmin evdən köçmüşdür. Anası vəfat edəndən sonra atasına qulluq etmək üçün orada müəyyən müddət yaşamışdır.Miras əmlakda onun da payı vardır.İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Göyçay rayon Notariat Ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X27 və X16 məhkəməyə gəlməmişlər. İşə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Göyçay şəhəri, Ə.Kərim küçəsində olan 0,0227 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 15 aprel 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh2 ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 01-432 nömrəli arayışdan görünür ki, mərhum X7 yaşadığı müddətdə yoldaşı X26, oğlu İddiaçı, qızı Cavabdeh2, oğlu X24 və X5 adlı ailə üzvləri olmuşdur. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2009-cü ildə vəfat etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X15 xx.xx.2003-cü ildə vəfat etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2012-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X25 xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, atası X27, anası X9r. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardandan görünür ki, İddiaçı xx.xx.1980-cı ildə Göyçay rayonunda anadan olmuş, atası X27, anası X9r. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X24 xx.xx.1981-ci ildə Göyçay rayonunda anadan olmuş, atası X27, anası X9r. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X15 xx.xx.1977-ci ildə Göyçay rayonunda anadan olmuş, atası X27, anası X9r. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X18 X12 ilə nikahları Göyçay rayon Qeydiyyat şöbəsində xx.xx.1976-cı ildə 210 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nəsirova soyadı verilmişdir. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X23 X25 ilə nikahları Göyçay rayon Qeydiyyat şöbəsində xx.xx.2006-cı ildə 104 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşə əlavə edilmiş xx.xx.1982-ci il tarixli, 10393 nömrəli müqavilənamənin surətindən görünür ki, X4 şəhəri, Sovet küçəsi, 91 saylı evi altı min manata X1. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmənin mövqeyi: Tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, miras qoyan X3 Cümşüd Qafır oğlu ilə xx.xx.1976-cı ildə nikaha daxil olduğundan, birgə nikah dövründə xx.xx.1982-ci ildə Göyçay şəhəri, Sovet (Ə.Kərim) küçəsi 91 saylı evi əvəzli surətdə alqı-satqı yolu ilə əldə etmişdir.Lakin Göyçay şəhəri, Sovet (Ə.Kərim) küçəsi 91 saylı ev xüsusi mülkiyyət kimi qeydiyyata alınmamış,evin həyətyanı sahəsi xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki,xüsusi mülkiyyət kimi qeydiyyata alınmış Göyçay şəhəri, Ə.Kərim küçəsi, 91 saylı evin 0,0227 ha torpaq sahəsi miras qoyan X14 ilə X20 ümumi əmlakı olduğuna görə həmin torpaq sahəsində X20 bərabər payı müəyyən olunmuş hesab olunmalıdır. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki,miras əmlaka X11 məxsus Göyçay şəhəri, Ə.Kərim küçəsi, 91 saylı evin 0,0227 ha torpaq sahəsinin 1/2 hissəsi daxildir. Miras qoyan X8 xx.xx.2009-cü il tarixdə vəfat etməsi gün mirasın açıldığı vaxt sayılmalıdır.Miras açıldığı zamanı miras qoyan X8 qanun üzrə vərəsəlik zamanı 4 vərəsəsi olmuşdur:1)əri X26 ,2)oğlu İddiaçı 3)oğlu X24 (xx.xx.2012-ci ildə vəfat edib) ,4) qızı Nəsirova (Əliyeva) Aynur Cümşüd qızı.X5 xx.xx.2003-cü ildə vəfat etdiyindən,Mülki Məcəllənin 1134.1-ci maddəsinin tələbi baxımından vərəsələr sırasına daxil edilməmişdir. Beləliklə miras əmlakın 4 vərəsə arasında bölüşdürülməsinin mümkünlüyü yoxlanılmalıdır. Məhkəmə nəzərə alır ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı, həmin qərar qüvvəyə mindiyi zaman məhkəmələrin icraatında olmuş, yəni xx.xx.2023-cü il tarixədək məhkəmələrə daxil olmuş iddia tələblərinə aid edilmiş, hazırkı iş isə xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, miras isə xx.xx.2009-cu il tarixdə açılmışdır. Ona görə də Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı hazırkı işdə tətbiq edilə bilmədiyi üçün miras əmlaka dair vərəsəliklə bağlı Mülki Məcəllənin 1273-cü və 1246cı maddələri tətbiq edilməlidir. Bununla əlaqədar məhkəmə qeyd edir ki,mirasın qəbul edildiyini vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməsi və ya əmlakı idarə eməyə faktiki başlaması hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. İş üzrə tədqiq edilmiş sübutlardan və tərəflərin mübahisə edilməyən izahatlarından İddiaçı,atası X20,qardaşı X13 (xx.xx.2012-ci ildə vəfat etmişdir) və bacısı Nəsirova (Əliyeva) Aynur Cümşüd qızının miras açıldıqdan sonra Göyçay şəhəri, Ə.Kərim küçəsi, 91 saylı evdə yaşaması ,onlar tərəfindən sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlaması, bununla da mirası qəbul etmək niyyətlərini açıq-aşkar nümayiş etdirmələri müəyyən olunmuşdur. Belə olan halda isə məhkəmə hesab edir ki, miras əmlak 4 vərəsə arasında bölüşdürülməli,İddiaçı miras əmlakda 1/4 payı müəyyən olunmalıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki İddiaçı miras qoyan X6 miras qalmış ünvan 4 ünvanında yerləşən 0,0227 ha torpaq sahəsinin 1/2 hissəsində 1/4 payı (torpaq sahəsinin 1/8 hissəsində payı) müəyyən edilməli, bununla iddiası təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq,Göyçay Rayon Məhkəməsi qət etdi: İddia təmin edilsin. İddiaçı miras qoyan X6 miras qalmış ünvan 4 ünvanında yerləşən 0,0227 ha torpaq sahəsində 1/8 payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1538/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1538/2025
01.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver