Məhkəmə qərarları › İş №2(046)-1548/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1548/2022

24.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1548/2022 24.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı debitor borcunun ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı X1 təbii qazdan istifadəyə görə 29 mart 2021-ci il tarixə yaranmış borcuna görə məndən tutulmuş 22 manat məbləğin Cavabdehndən alınıb mənə ödənilməsi və X1 təbii qazdan istifadəyə görə 29 mart 2021-ci il tarixə yaranmış 552 manat borcunun ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən və məcburi köçkünlər üçün inşa olunmuş beş mərtəbəli yaşayış binasında məskunlaşmışdır. Əvvələr valideynlərinə məxsus olan və məcburi köçkünlər üçün inşa olunmuş binada 16 nömrəli mənzildə yaşamışdır. Sonradan yaşadığı mənzil darısqal olduğu üçün Azərbaycan Respublikasının Məcburi Köçkünlərin və Qaçqınların işləri üzrə Dövlət Komitəsi tərəfindən ona həmin binada yerləşən 29 nömrəli mənzil yaşayış sahəsi kimi verilmişdir. Yaşayış sahəsinin verilməsi ilə bağlı Komitə ilə aramızda 25 fevral 2022-ci il tarixdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Göstərilən mənzildən 3 nəfər ailə üzvü ilə birgə 2021-ci ilin oktyabr ayından istifadə edirik. Mənzilə köçdükdən sonra mənzilin elektrik və təbii qaz sayğacı yeni abonent qismində onun adına qeydə alınmışdır. Mənzilə köçdükdən sonra ona məlum olmuşdur ki, mənzilin əvvəlki istifadəçisi olmuş mərhum Sabah Mustafayevanın təbii qazdan istifadəyə görə 600 manat yuxarı borcu mövcuddur. Həmin borc əsassız olaraq ona hesablanmış və Cavabdeh Ağsu X12 İdarəsinin ünvanlanmış məktubunda 25 may 2022-ci il tarixə mənə 546.42 manat debitor borcunuzun olması qeyd edilmişdir. Hesab edirəm ki, təbii qaz sərfıyyatına görə 546.42 manat məbləğində debitor borc ona qanunsuz hesablanmışdır. Hər ay istifadə etdiyim təbii qazdan savayı mənzilin əvvəlki istifadəçisindən qalmış borca görə ondan ödənişlər “smart kart” vasitəsi ilə tutulur. Belə ki, həmin mənzildə 2021 -ci ilin oktyabr ayından yaşamağa və təbii qazdan istifadə etməyə başlamışdır. Təbii qazdan istifadəyə görə ona hesablanmış borc mərhum S.Mustafayevanın dövründə yaranmışdır. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. İddiaya etiraz: ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2022-ci il tarixdə Kürdəmir Asan Xidmət Mərkəzinə ərizə ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən və ona “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə Müqaviləsi” əsasında verilmiş mənzildə qaz hesabının həmin mənzildə əvvəllər yaşamış Sabah Mustafayeva adlı şəxsin adından onun adına keçirilməsini xahiş etmişdir.Bu zaman onunla Ağsu RQİİ-nin Müştəri Xidməti şöbəsinin mühəndisi Cavanşir İsrayılov arasında xx.xx.2022-ci il tarixli “ İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokolu imzalanmışdır.Həmin protokolda İddiaçı Sabah Mustafayeva adlı şəxsin **********00000 nömrəli abonent kodunun onun adına keçirilməsinə etiraz etmədiyini və həmin hesab kodunda olan 552.00 (beş yüz əlli iki) manat 00 qəpik debitor borcu qəbul etməklə ödənişinə zəmanət verərək öhdəlik götürmüşdür.Bundan sonra İddiaçı ilə “Qaz paylayıcısi ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-03881xx/xx- 2022 saylı, xx.xx.2022-ci il tarixli Müqavilə imzalanmış, Ağsu X12ı Xidmətinin Göyçay Xidmət sahəsinin abonent bazasındakı Sabah Mustafayeva adlı şəxsin **********00000 nömrəli abonent kodu İddiaçı adına keçirilmiş,həmçinin də abonent kodundakı 552.00 (beş yüz əlli iki) manat 00 qəpik debitor borc da onun adına işlənmişdir. Ağsu X12ı Xidmətinin Göyçay Xidmət sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı mənzilə xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı tərtib edilmiş “Baxış Aktı” nda həmin ünvanda əvvəllər mərhumə X2 yaşadığı,mənzildə G-4 markalı SMART Gallus tipli smartkart qaz sayğacının olduğu və həmin qaz sayğacında 01.01,2020-ci il tarixədək 591 manat məbləğində debitor borcun olduğu, hal-hazırda isə həmin mənzildə xx.xx.2022-ci il tarixli, 1/29 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə Müqaviləsi” əsasında İddiaçı yaşadığı göstərilmişdir. İddiaçı və əvvəllər həmin mənzildə yaşamış abonent mərhumə X3 heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamış,iddia edilən məbləğ onun yaşadığı mənzildə istifadə edilmiş,lakin dəyəri ödənilməmiş təbii qazın dəyəridir, abonentin (iddiaçının) özü tərəfindən ödənilməlidir. İddiaçı əvvəl həmin mənzildə yaşamış abonent mərhumə X2 mənzilində istifadə edilmiş təbii qazın dəyərini tam ödəmədiyi onun **********00000 nömrəli abonent saldosundan da görünür. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi X11 iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli Xüsusi Təyinatlı Yaşayış X4 görünür ki, İddiaçı ilə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin və Qaçqınların işləri üzrə Dövlət Komitəsi arasında Göyçay 80 ailəlik yaşayış binası bina 1, mənzil 29, 1 otaqlı mənzilin İddiaçı kirayəyə verilməsinə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Azəriqaz İB arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolundan görünür ki, mərhum Sabah Mustayevanın vəfatından sonra qazdan istifadə edilməsinə görə yaranmış 552 manat qaz pulu borcunun İddiaçı abonent saldosuna hesablanması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş ilə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin və Qaçqınların işləri üzrə Dövlət Komitəsinin Göyçay rayon Bölməsi tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlətqaçqınkom tərəfindən Göyçay rayon Ərəbcəbirli kəndində tikilmiş 80 mənzilli bina 1, mənzil 29-da müqavilə əsasında müvəqqəti məskunlaşmış Ağdam rayon köçkünü X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun heç bir yaxın məcburi köçkün qohumu olmadığı üçün bağlanmış müqavilə qüvvədən düşmüşdür. xx.xx.2022-ci il tarixdən yeni müqaviləyə əsasən 29 saylı mənzildə Şuşa köçkünü İddiaçı yaşayır. Mərhumə S.Mustafayevanın illərdir qaza olan borcu İddiaçı adına hesablanmışdır. Məhkəməyə təqdim edilmiş Ölüm haqqında çıxarışdan görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’nın 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı- satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı abonent koduna hesablanmış 552 manat qaz pulu borcunu əsassız hesab edir, buna görə də həmin pulun ödəmək öhdəliyindən azad olmağını xahiş edir. İşin faktiki halları ilə müəyyən edilir ki, Göyçay 80 ailəlik yaşayış binası bina 1, mənzil 29, 1 otaqlı mənzildə xx.xx.2021-ci il tarixədək X5 yaşamış, yaşadığı müddət ərzində komunal xərclər ödəmişdir. X5xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra həmin mənzilə dair İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı ilə cavabdeh arasında qazın verilişi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilə bağlanılarkən iddiaçı həmin mənzilə dair X1 istifadə etdiyi qaz pulu borcunun abonent koduna vurulmağı ilə bağlı cavabdeh qarşısında öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının cavabdeh qarşısında müqaviləyə əsasən qaz pulu borcunun ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlik xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. X1 qazdan istifadəyə görə yaranmış borcun, qohumluq əlaqəsi olmayan şəxs yəni iddiaçı tərəfindən ödənilməsi iddiaçının qanunla qorunan mənafeylərinə ziddir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, X2 təbii qazdan istifadəyə görə 29 mart 2021-ci il tarixə yaranmış borcuna görə məndən tutulmuş 22 manat məbləğin Cavabdehndən alınıb İddiaçı verilməli və X1 təbii qazdan istifadəyə görə 29 mart 2021-ci il tarixə yaranmış 552 manat borcunun ödənilməsi öhdəliyindən azad olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X2 təbii qazdan istifadəyə görə 29 mart 2021-ci il tarixə yaranmış borcuna görə iddiaçıdan tutulmuş 22 manat məbləğin Cavabdehndən alınıb İddiaçı verilsin. X1 təbii qazdan istifadəyə görə 29 mart 2021-ci il tarixə yaranmış 552 manat qaz pulu borcunun ödənilməsi öhdəliyindən İddiaçı azad olunsun. Qətnamənin icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar