Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1571/2023 06.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC-nin “Mərkəzi-Aran” RETSİ tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən Göyçay EŞ-nin abonent bazasındakı abonent koduna əsassız hesablanaraq vurulmuş 1521.29 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Göyçay şəhəri N.Nərimanov küçəsi ev 35-də yaşayır, yaşadığı evə qurlaşdırılmış işıq sayğacından uzun illərdi ki, aylıq sərfiyata görə ödəniş edərək istifadə edir. Buna baxmayaraq 26 aprel 2023-cü il tarixdə “Azərişıq" ASC- nin “Mərkəzi-Aran” RETSİ-nin əməkdaşları tərəfindən yaşadığı evə quraşdırılmış sayğac yoxlanılmış və müəyyən edilmişdir ki, sayğacdan kənar xətt quraşdırılmış və həmin xəttdən istifadə edilir. Akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Bütün bunlara görə ona 1521.29 manat məbləğində əsassız borc hesablanmışdır. Bu borcun hesablanması barədə məlumat cavabdeh tərəfindən ona hesab ödəniş vərəqəsi təqdim olunarkən verilmişdir. Cavabdeh təşkilata aktın qanunsuz olduğunu bildirsə də, heç bir nəticəsi olmamışdır. Tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş və müdaxilə olunması barədə məlumatı olmamışdır. Sözügedən sayğac yaşadığı evin çölündə yerləşir. Uzun müddətdir ki, elektrik ödənişində problemləri olmamışdır. Aktda qeyd olunanların heç bir əsası yoxdur. Çünki, qeyd etdiyi kimi elektrik dirəyi küçədə yerləşir, həmin xətti kəsməyi və əlavə xətt qoşmağı mümkün deyil, eləcə də enerji uçot dəstinin pozulması hansı nəticə yaratdığı aydın deyildir və ona izah olunmamışdır. Sayğaca müdaxilənin onun təqsiri üzündən baş verməsi müəyyən olunmadığından, hesablanmış ziyanın onun üzərinə qoyulması tamamilə əsassızdır. İşin faktiki halından göründüyü kimi, yaşadığı Göyçay şəhəri N.Nərimanov küçəsi ev 35-də ona məxsus elektrik sayğacı küçədə quraşdırılmışdır. Belə olan halda, elektrik sayğacının bütövlüyünə və işlək vəziyyətdə saxlanmasına o, deyil, cavabdeh təşkilat məsuliyyət daşıyır. Eləcə də sayğaca kənar xətt qoşulsaydı enerji təchizatı müəssisəsinin əməkdaşları üçün görünən olardı. Sayğaca baxış keçirilərkən iştirakının təmin olunmadığı tərtib edilmiş aktda öz əksini tapmışdır. Belə ki, akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanlanmalı, istehlakçı yəni o, imzalamaqdan imtina etdiyi təqdirdə qeydlər aparılmalıdır. Buna görə də hesab edir ki, yaşadığı Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən 35 saylı fərdi yaşayış evində ona məxsus elektirik sayğacına kənar xəttin quraşdırılmasına görə hansısa məsuliyyətinin, həmçinin xəbəri olmadığı üçün həmin akta görə enerji təchizatı müəssisəsi tərəfindən xx.xx.2023-ci il tarixdə tərtib edilmiş 032475 saylı akt və həmin akt üzrə hesablanmış 1521.29 manat enerji haqqı da qanunsuzdur. Cavabdehin etirazları: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə Azərişıq” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları F.Cavadov və R.Musayev tərəfindən Göyçay rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin sıfır xəttini sayğacdan, fazanı isə birbaşa götürərək sayğacdan kənar istifadə etməsi və həmin elektrik sayğacından götürülən kənar xətlə evinin qarşısında yerləşən marketi elektrik enerjisi ilə təmin etdiyi (İ = 19,5 A) müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin “Poroqram bazasfnda **********00566 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydalarf’nın pozulması haqqında AKT NDM № 032475 nömrəli akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “kənar xətt ləğv olunsun” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. İddiaçı barəsində tərtib edilmiş AKT NDM № 032475 nömrəli akta əsasən “Mərkəzi Aran” RETS-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya ” tərəfindən “kənar xətt” vasitəsi ilə elektrik enerjisi ilə təchiz edilən “marketin” 12 saat işləməsi nəzərə alınmaqla 240 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 1494,15 manat təşkil edən 12355 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: 4,29 kvt x 12 saat x 240 gün = 12355 Tarif (0,08 manat)-1600 kvt saat x 0,08= 128,00 manat Tarif (0,09 manat)-800 kvt saat x 0,09 = 72,00 manat Tarif (0,13 manat)-9955 kvt saat x 0,13 = 1294,15 manat Cəmi: 1494,15 manat.iddiaçı barəsində aşkar edilmiş eneji pozuntularına görə akt tərtib edilərək müvafiq sənədləşdirmə aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və ona əsasən aparılmış hesabatlar “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, 26 aprel 2023-cü il tarixdə Azərişıq” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları F.Cavadov və R.Musayev tərəfindən Göyçay rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin sıfır xəttini sayğacdan, fazanı isə birbaşa götürərək sayğacdan kənar istifadə etməsi və həmin elektrik sayğacından götürülən kənar xətlə evinin qarşısında yerləşən marketi elektrik enerjisi ilə təmin etdiyi (İ = 19,5 A) müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin “Poroqram bazasfnda **********00566 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydalarf’nın pozulması haqqında AKT NDM № 032475 nömrəli Akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “kənar xətt ləğv olunsun” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. İddianın əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 göstərdi ki, 26 aprel 2023-cü il tarixdə Azərişıq” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin digər əməkdaşı Ramin Musayev ilə birlikdə Göyçay rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı amper maşa cihazı ilə sayğacdan çıxan naqilin yükü ölçülmüşdür. Baxış keçirilən zaman abonentin sıfır xəttini sayğacdan, fazanı isə birbaşa götürərək sayğacdan kənar istifadə etməsi və həmin elektrik sayğacından götürülən kənar xətlə evinin qarşısında yerləşən marketi elektrik enerjisi ilə təmin etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin “Proqram bazasında **********00566 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydaları’nın pozulması haqqında AKT NDM № 032475 nömrəli Akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “kənar xətt ləğv olunsun” qeydiyyatı aparılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 şahid X6 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş 26 aprel 2023-cü il tarixli 032475 saylı akdan görünür ki, baxış keçirilən zaman abonentin sıfır xəttini sayğacdan, fazanı isə birbaşa götürərək sayğacdan kənar istifadə etməsi və həmin elektrik sayğacından götürülən kənar xətlə evinin qarşısında yerləşən marketi elektrik enerjisi ilə təmin etdiyi (İ = 19,5 A) müəyyən edilmişdir. Kənar xətt ləğv olunmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər,Aktlar üzrə Komissiyanın qərarından görünür ki,itirilmiş enerji dəyəri 1494 manat 15 qəpik hesablanmışdır.Hesabat aşağıdakı qaydada aparılmışdır:4,29 kvt x 12 saat x 240 gün=12355 kvts.Tarif (0,08 man)-1600 kvts x 0,08=128 manat,Tarif (0,09 man)-800 kvts x0,09=72 man,Tarif (0,13 man)-9955 kvts x 0,13=1294,15 manat,cəmi 1494 manat 15 qəpik. İşə əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki,»Azərişıq» ASC-nin nəzarətçiləri tərəfindən X3 istifadəsində olan elektrik sayğacındakı göstəricilər 26 aprel 2023-cü il tarixli akt tərtib edilməmişdən əvvəl 12 aprel 2023-cü il tarixdə qeyd edilmişdir. Məhkəmə baxışında təqdim olunmuş videoçəkilişə baxış keçirimişdir.Baxışdan görünür ki,enerji təchizatı müəssisəsinin nümayəndələri xüsusi cihaz vasitəsilə sayğacdan çıxan naqilin yükü ölçülmüş, sayğacdan kənar istifadə etməsi halı müəyyən edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara və tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı Göyçay şəhəri N.Nərimanov küçəsi 35 saylı yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar X2 halı müəyyən olunmuş,yol verilmiş pozuntu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın tələblərinə uyğun olaraq 26 aprel 2023-cü il tarixli, 032475 nömrəli akt tərtib edilmişdir.Ona görə də məhkəmə İddiaçı aktın qanunsuz olması barədə dəlilini əsassız sayır. Buna baxmayaraq məhkəmə hesab edir ki,tərtib edilmiş 26 aprel 2023-cü il tarixli, 032475 nömrəli akta əsasən hesablanmış zərərin məbləği azaldılmalıdır. Belə ki,tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Göyçay şəhəri, N.Nərimanov küçəsi 35 saylı evdə quraşdırılmış sayğaca “Azərişıq" ASC- nin nəzarətçiləri tərəfindən 12 aprel 2023-cü il tarixdə baxış keçirilmiş və elektrik sayğacın göstəricilərinə uyğun olaraq X2 dəyəri müəyyən edilmiş,elektrik sayğacından kənar X2 halı müəyyən olunmamışdır. xx.xx.2023-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən X5 yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş və sayğacdan kənar X2 etməsi müəyyən olunmuşdur.Aktlar üzrə komissiyası tərəfindən dəymiş zərər 08 ay müddətə,12 saat üçün 1494,15 manat itirilmiş enerji dəyəri hesablanmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq elektrik sayğacına sonuncu baxış tarixi 12 aprel 2023-cü il tarixdən pozuntu aşkar edilmiş 26 aprel 2023-cü il tarixinədək olan 15 gün müddət üçün istifadə edilmiş elektrik enerjisinin dəyəri iddiaçı X8 məişət abonenti olduğuna görə 24 saat işləmə saatı, sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan nəzərə alınmaqla hesablanmalıdır. Beləliklə itirilmiş elektrik enerjisinin dəyəri 4,29 kvt x 24 saat x 15 gün=1544,40 kvts.Taarif 1600 kvts qədər olduğuna görə 0,08 manat x 1544,40=123 manat 56 qəpik müəyyən olunmalı,26 aprel 2023-cü il tarixli ******* sayl akta əsasən hesablanmış 1494 manat 15 qəpik məbləğində dəymiş zərər 123 manat 56 qəpik məbləğinədək silinərək azaldılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-İ tərəfindən İddiaçı Göyçay şəhəri N.Nərimanov küçəsi 35 saylı evdə X1ydalarının pozulması barədə tərtib edilmiş 26 aprel 2023-cü il tarixli, 032475 nömrəli akta əsasən hesablanmış 1494 manat 15 qəpik məbləğində dəymiş zərər 123 manat 56 qəpik məbləğinədək silinərək azaldılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1571/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1571/2023
06.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver