Məhkəmə qərarları › İş №2(046)-161/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-161/2025

13.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-161/2025 13.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı abonent koduna yazılmış cərimə məbləğinin azaldılması və silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "Azəriqaz" İB-nin X3 İstismarı İdarəsi tərəfindən 2021-ci ilin may ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq abonent koduna yazılmış 561 manat 60 qəpik cərimə məbləğinin azaldılaraq 187 manat 20 qəpik saxlanılması, 2022-ci ilin fevral ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq abonent koduna yazılmış 1425 manat 60 qəpik cərimə məbləğinin azaldılaraq 475 manat 20 qəpik saxlanılması və 2022-ci ilin aprel ayında yazılmış 366 manat 96 qəpik məbləğin ümumiyyətlə tam silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri, B.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evi vardır və həmin bu evdə qaz hesabatları onun adınadır, müqavilə onunla bağlanmışdır. Özü Türkiyə Respublikasının vətəndaşı ilə ailəli olduğundan çox vaxt həmin evdə yaşamır, ara-sıra həyat yoldaşının işləri ilə əlaqədar olaraq burda olurlar. 31 may 2021-ci il tarixdə cavabdeh «Azəriqazın» işçiləri ona məxsus olan fərdi yaşayış evinə baxış keçirdən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də ona qanunsuz olaraq 561 manat 60 qəpik məbləğində cərimə yazmışlar. Lakin həmin xətt aşkar edilsə də, o həmin xəttdən heç bir vaxt istifadə etməmişdir, köhnə, yeraltı və istifadəsiz bir xəttdir. Aşkar edilən zaman da istifadə edilmirdi. Ona görə də o hesablanaraq yazılmış məbləğ ilə razı deyil, hesab edir ki, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən mənzilində istifadə edilən qaz cihazlarının 90 günə hesablanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də ona yazılmış cərimə məbləği tamamilə qanunsuzdur, hesab edir ki,cərimənin məbləği 187 manat 20 qəpik məbləğinədək azaldılmalıdır. Bundan başqa 2022-ci il fevral ayında da cavabdehin əməkdaşları yenidən ona məxsus fərdi evinə baxış keçirdərkən güya sayğacdan kənar əlavə qaz xəttindən istifadə edildiyini iddia edərək əsassız olaraq 1425 manat 60 qəpik cərimə tətbiq etmişlər.Dəymiş ziyanın bərpasına dair tələbnamənin istinad edildiyi 24 fevral 2022-ci il tarixli,0309102 saylı təbii qaydan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan qaz cihazları 90 gündə və 24 saat ərzində istifadə edilmədiyindən,bunlan əlavə ərazi üzrə nəzarətçinin ən azından ayda bir dəfə ünvana baxış keçirtdiyindən itirilmiş təbii qazın hesabatı maksimum 30 gün müddətində hesablanmaqla cərimənin məbləği azaldılaraq 475 manat 20 qəpik saxlanılmalıdır.2022-ci ilin aprel ayında da heç bir məlumatı olmadan,evdə olmadığı vaxtda cavabdeh artıq çoxdan kəsiliş,ümumiyyətlə əvvəllər də istifadə edilməyən qaz xəttinə görə ona 366 manat 96 qəpik məbləğində qanunsuz cərimə tətbiq etmişlər.Hesab edir ki,tətbiq edilmiş bu cərimə tamamilə əsassızdır və tam olaraq silinməlidir. Cavabdehin etirazları: Cavabdeh İB-in nümayəndəsi X2 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, xx.xx.2021-ci il tarixində ’’Azəriqaz” X1 RQİİ-nin Göyçay XS-nin əməkdaşları Göyçay rayonu Çayarxı kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2021-ci il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Ağsu RQİİ- nə göndərilmişdir. xx.xx.2021-ci il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2021-ci il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində «İtirilmiş qazın bərpası» üzrə akt tərtib edilərək Göyçay XS-nin abonenti İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********00080 nömrəli abonent koduna 5616 m3 – 561 manat 60 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa xx.xx.2022 -ci il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin İSQNŞ-əməkdaşları Göyçay rayonu Çayarxı kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2022-ci il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə CavabdehİB-nin İSQNŞ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Göyçay XS-nin abonenti İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********00080 nömrəli abonent koduna 11880 m3 – 1425 manat 60 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Yenə də xx.xx.2022-ci il tarixində ”Azəriqaz” X1 RQİİ-nin Göyçay XS-nin əməkdaşları Göyçay rayonu Çayarxı kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2022-ci il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Ağsu RQİİnə göndərilmişdir. xx.xx.2022-ci il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2022-ci il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Göyçay XSnin abonenti İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********00080 nömrəli abonent koduna 3058 m3 – 366 manat 96 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə,qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Göyçay rayonu Çayarxı kəndində yaşayan İddiaçı əsassız hesablanmış 561 manat 60 qəpik və 1425 manat 60 qəpik cərimə məbləğlərinin azaldılması, habelə 475 manat 20 qəpik cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi X2 ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş ******* saylı, 05 may 2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay şəhəri, B.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar əlavə xəttdən istifadə etməsi aşkar edilmişdir. İşə əlavə edilmiş ******* saylı, 24 fevral 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay şəhəri, B.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın giriş hissəsindən yeraltı rezin boru çəkərək xətt birləşdirilmiş və təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. İşə əlavə edilmiş ******* saylı, 27 aprel 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay şəhəri, B.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar rezin boru ilə təbii qazdan istifadə etməsi aşkar edilmişdir. İşə əlavə edilmiş Cavabdeh dəymiş ziyanın bərpasına dair 31 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/ saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 25 gün (tələbnamədə 25 gün yazılsa da 90 gün üçün hesablanmışdır) , 1 ədəd iran sobası saatlıq qaz sərfi 1,8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 25 gün (tələbnamədə 25 gün yazılsa da 90 gün üçün hesablanmışdır) qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. 0,8x24x90=1728 m3 1,8x24x90=3888 m3 cəmi: 5616 m3 İşə əlavə edilmiş Cavabdeh dəymiş ziyanın bərpasına dair 24 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Qaz işlədicilərindən QSQ-nin (32 İ) maksimal saatlıq qaz sərfi 3,2 m3/ saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/ saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/ saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq və hesablanmış məbləğ ödənilsin. 3,2x24x90=6912 m3 0,8x24x90=1728 m3 1,5x24x90=3240 m3 cəmi: 11880 m3 İşə əlavə edilmiş Cavabdeh dəymiş ziyanın bərpasına dair 29 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 25 gün (tələbnamədə 25 gün yazılsa da 49 gün üçün hesablanmışdır) , 1 ədəd iran sobası saatlıq qaz sərfi 1.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 25 gün (tələbnamədə 25 gün yazılsa da 49 gün üçün hesablanmışdır) qəbul edilməklə itirilmiş qazın bəprası üçün dəymiş ziyan hesablanmışdır. 0,8x24x49=941 m3 1,8x24x49=2117 m3 cəmi: 3058 m3 Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 22-ci maddəsinə görə bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinyaət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qazdan istifadə Qaydaları"nın 6.5-1-ci bəndinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli,13№-li qərarına görə ölkədə əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir.Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,»Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı, 05 may 2021-ci il tarixli, ******* saylı, 24 fevral 2022-ci il tarixli və ******* saylı, 27 aprel 2022-ci il tarixli aktlara görə İddiaçı tərəfindən yaşadığı Göyçay şəhəri, B.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar istifadə etməsi faktları aşkar edilmişdir. Sayğacdan kənar təbii qazdan istifadə faktları aşkar edildiyindən qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələbindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin iş üzrə tədqiq edilmiş sübutlardan kənar qoşulma halı ilə bağlı iddiaçının hər hansı bir məsuliyyətə cəlb edilməsi, iddiaçının bunda təqsirli olması müəyyən edilməmiş,buna dair cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qaz sərfiyyatına görə hesablanmış zərərin məbləği faktiki olaraq dəymiş zərərin məbləğinə mütənasib olmamış,qaz paylayıcısı Cavabdeh İB-i tərəfindən sayğacdan kənar qazdan istifadə olunduğu müddəti düzgün hesablamamışdır. Məhkəmə qaz paylayıcısı tərəfindən istehlakçının evinə quraşdırılmış qaz sayğacına ayda bir dəfə baxılmalı olmasını və bu zaman sayğacdan kənar hər hansı bir qoşulmanın müəyyən ediləcəyini nəzərə alaraq hesab edir ki, itirilmiş təbii qazın həcminin bir aydan artıq müddət üçün hesablanması əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, sayğacdan kənar qazdan istifadə olunduğu müddət 30 gün üçün itirilmiş qazın dəyəri müəyyən olunmalı, hesabat müddəti 90 və 49 gün üçün deyil, 30 gün üçün müəyyən edilməlidir. Beləliklə xx.xx.2021-ci il tarixli,0319542 saylı akt üzrə hesabat müddəti 30 gün qəbul edilməklə 0,8x24x30=576 m3,1,8x24x30=1296 m3,cəmi 1872 m3 müəyyən olunmalıdır.»Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli,13№-li qərarına görə 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik (1200x0,12=144) 144 manat ,1200m3-dan artıq 672 m3 hissəsi isə bir kubmetrə görə 20 qəpik (672x0,20=134,4) 134 manat 40 qəpik hesablandıqda, dəymiş zərərin məbləği (144+134,40=278,40) 278 manat 40 qəpik müəyyən olunmalıdır. Müvafiq olaraq 24 fevral 2022-ci il tarixli, ******* saylı akt üzrə 3,2x24x30=2304 m3,0,8x24x30=576 m3,1,5x24x30=1080 m3,cəmi 3960 m3 üçün (1200x0,12=144,1300x0,20=260 və 1460x0,25=365) 769 manat, 27 aprel 2022-ci il tarixli, ******* saylı akt üzrə 0,8x24x30=576m3,1,8x24x30=1296m3,cəmi 1872 m3 üçün (1200x0,12=144,672x0,20=134,4) 278 manat 40 qəpik müəyyən olunmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt əsasında abonent koduna yazılmış 561 manat 60 qəpik cərimə məbləği azaldılaraq 278 manat 40 qəpik, xx.xx.2022-ci il tarixli akt əsasında abonent koduna yazılmış 1425 manat 60 qəpik cərimə məbləği azaldılaraq 709 manat və xx.xx.2022-ci il tarixli akt əsasında abonent koduna yazılmış 366 manat 96 qəpik cərimə məbləği azaldılaraq 278 manat 40 qəpik məbləğində müəyyən edilməli, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt əsasında abonent koduna yazılmış 561 manat 60 qəpik cərimə məbləği 278 manat 40 qəpik, xx.xx.2022-ci il tarixli akt əsasında abonent koduna yazılmış 1425 manat 60 qəpik cərimə məbləği 709 manat və xx.xx.2022-ci il tarixli akt əsasında abonent koduna yazılmış 366 manat 96 qəpik cərimə məbləği 278 manat 40 qəpik məbləğinədək azaldılsın. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh İB-dən 43 manat 54 qəpik dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar