Məhkəmə qərarları › İş №2(046)-1634/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1634/2022

17.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1634/2022 17.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə müraciət edərək Torpağa Mülkiyyət Hüququna dair JN: 0098 (kod ********) saylı dövlət aktının mərhum atası X13 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, xx xxxxxx 1995-ci il tarixdə Qəbələ rayonunda anadan olmuşdur.Maraqlı şəxs tərəfindən verilmiş doğıııu haqqında şəhadət namədə atamın soyadı, adı və ata adı "X27 OGLU", anamın soyadı, adı və ata adı isə "X21" qızı kimi qeyd olunmuşdur. 14 dekabr 2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilən arayışda isə atamın soyadı adı və ata adı "QASİMOV ƏLƏSKƏR ƏSKƏR OGLU" kimi göstərilmişdir. Atasının vəfatından sonra Maraqlı şəxs tərəfindən verilən AZ-İİ№ 192347 savlı "ölüm haqqında şahadətnamə"də atasının soyadı adı və ata adı "QASİMOV ƏLƏSGƏR ƏSGƏR OĞLU"yazılmışdır. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 15 may tarixli 09 nömrəli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Haqqında Dövlət Aktında atasının soyadı adı və ata adı " MƏSİM OV ƏLƏSGƏR ƏSGƏR OĞLU", yazılmışdır. Belə ki, atasının başqa varisi olmadığı üçün onıın vəfatından sonra miras əmlakını qəbul etmək üçün Qəbələ rayon NK-na müraciət etmiş, lakin soyadı atasının soyadı fərqli yazıldığı üçün NK-na vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Soyada düzəliş edilməsi məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, Lakin Qeydiyyat şöbəsi düzəliş etməkdən imtina edərək məhkəməyə müraciət etməyini bildirmişdir. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Doğum Haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, Qasımov (Məsimov) Ələskər Əskər oğlu xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. X6, anası X1r. Məhkəməyə təqdim edilmiş X7 təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. X3, anası X9r. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 433 nömrəli arayışdan görünür ki, X10 xx.xx.1951-ci il tarixli 14 saylı doğum akt qeydində uşaq qrafasında soyadı baba adına uyğun olaraq “Qasımov” yazılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 434 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1995-ci il tarixli 107 saylı doğum akt qeydində uşaq qrafasında soyadı baba adına uyğun olaraq “Əsgərov” yazılmışdır. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-0098 saylı dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə 0.78 ha torpaq sahəsi X11, X4 və X2 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X29 Xidmət Mərkəzinin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X5 miras qalmış Qəbələ rayonu, Corlu kəndində yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizənizə baxılmışdır.Ərizə və ona əlavə edilmiş, sənədlərdən görünür ki, DTXK-nin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş JN-0098,'Kod 40613028 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,78 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi X14r. “X8” informasiya sistemindən əldə edilmiş xx.xx.2016-cı il tarixli 13 nömrəli ölüm haqqında akt qeydinə və xx.xx.1951 -ci il tarixli 14 nömrəli doğum haqqında akt qeydinə əsasən miras qoyan X17, sizin xx.xx.1995-ci il tarixli 107 nömrəli doğum haqqında akt qeydində isə ata qrafasında X16 olaraq qeydiyyatı aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, JN-0098 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum atası X13 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0098 saylı dövlət dövlət aktında mülkiyyətçilər siyahısının 1-ci bəndində X12 adı qeyd edilmiş dövlət aktının Ərizəçi mərhum atası X15 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar