Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1733/2021 20.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştiraki ilə,İddiaçı Cavabdeh qarşı «qeydiyyatda olduğu mənzildə yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı «əmlakın çıxarılaraq evin boşaldılması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasinda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qeydiyyatda olduğu mənzildə yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birlikdə qeydiyyatda olduğu Göyçay şəhəri Şəhriyar küçəsi 8 saylı evin 2 saylı mənzilindən istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülmələri və mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08 fevral 2013-cü il tarixdə o, X12 ilə ailə həyatı quraraq həmin vaxt ərinin anası X1 məxsus olan Göyçay şəhəri Şəhriyar küçəsində yerləşən 8 nömrəli evin 2 saylı mənzilinə gəlin köçmüş, 21 fevral 2013-cü il tarixdə ailə üzvü kimi həmin mənzilə qeydiyyata alınmışdır. Birgə nikahdan 26 mart 2014cü il tarixdə X16 doğulmuşdur. Övladlarının qız uşağı olması ərini narahat etdiyindən onların ailələrində söz-söhbət yaranmış və 03 iyul 2015-cü ildə Göyçay rayon Məhkəməsinin qərarı ilə nikahları pozulmuşdur. Bundan 2 il sonra 17 may 2017-ci ildə X13 ilə razılaşaraq yenidən ailə həyatlarını bərpa etmişlər və hazırda qeydiyyatda olduğu ünvanda yaşamışlar. Bundan sonra birgə nikahdan 21 aprel 2018-ci il tarixdə X9 doğulmuşdur. 2-ci övladlarının da qız olduğunu öyrəndikdən sonra X13 ondan ayrılaraq onu tərk etmiş, bununla da ailə həyatları pozulmuşdur. Əri onları atıb gedəndən sonra, 2021-ci ilin fevral ayında cavabdehin təzyiqi altında o, ər evini tərk edərək övladları ilə birgə öz valideynlərinin yanına qayıtmışdır və indiyədək Göyçay şəhəri S.Xəlilov küçəsi 15 ünvanda valideynlərinin himayəsində yaşayır. 11 fevral 2014-cü il tarixdə onun razılığı və xəbəri olmadan iki azyaşlı övladları ilə birlikdə qeydiyyatda olduğu Göyçay şəhəri Şəhriyar küçəsində yerləşən 8 nömrəli evin 2 saylı mənzilini onun keçmiş qayınanası X4 öz qızı olan cavabdehin adına özgəninkiləşdirmişdir. Hazırda o, övladlari ilə birlikdə qeydiyyatda olduğu və cehiz əşyalarının yerləşdiyi ünvanda yaşamaq istəyir. Lakin onun övladlari ilə birlikdə qeydiyyatda olduqları ünvanda yerləşən mənzildə yaşamaq və ondan istifadə etmək hüquqları olmasına baxmayaraq, cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq buna mane olur və evə daxil olmağı onlara qadağan etmişdir. Maddi vəziyyəti həddən artıq çətin olduğundan isə o, özünə yaşayış evi ala bilmir. Hesab edir ki, gəlin köçdüyü gündən ayrıldıqları günə kimi iki övladı, keçmiş əri X13, onun anası X5 və cavabdehlə birlikdə Göyçay şəhəri Şəhriyar küçəsi 8 saylı evin 2 saylı mənzilində yaşaması, həmçinin övladları ilə birlikdə qeydiyyatları həmin ünvana olması nəzərə alınaraq, onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməlidir. Cavabdeh İddiaçı qarşı «əmlakın çıxarılaraq evin boşaldılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus: 1. 2 ədəd servant, 1 ədəd televizor altlığı; 2. 1 ədəd masa, 6 ədəd miz; 3. Divan və kreslo; 4. 1 ədəd taxt, 1 ədəd trümo, 1 ədəd şifonyer (fr. chiffonnier), 2 ədəd dolabça; 5. 1 ədəd dəmir sandıq; 6. 1 ədəd uşaq çarpayısı; 7. 2 ədəd xalça; 8. 1 ədəd döşək, 1 ədəd sintepon yorğan; 9. 1 ədəd yataq örtüyü; 10. 1 ədəd uşaq yorğanı və döşək; 11. 2 ədəd pərdə; 12. 3 dəst 6 ayaqlı badə; 13. 1 ədəd qrafin, yanında 6 ədəd balası; 14. 1 ədəd zərli vaza; 15. 1 ədəd qara vaza; 16. 1 ədəd şüşə vaza; 17. 2 ədəd şüşə güldan; 18. 1 ədəd qara güldan; 19. 1 ədəd göy güldan; 20. 1 ədəd qulplu göy rəngdə qrafin; 21. 2 ədəd qara meyvə qabı; 22. 1 ədəd kül qabı; 23. 1 ədəd büllur meyvə qabı; 24. 1 dəst çay servizi; 25. 1 ədəd ağ rəngli çaykofe servizi; 26. 1 ədəd qara çay servizi; 27. 5 ədəd büllur stəkan; 28. 6 ədəd əl-üz dəsmalı; 29. 2 ədəd qırmızı-sarı balış üzü; 30. 1 ədəd muncuqlu süfrə; 31. 2 ədəd bijuteriya sırğa; 32. 1 ədəd pərdə; 33. 1 ədəd uşaq üçün tüklü qulaqcıq; 34. 6 ədəd ayaqlı iri büllur badə; 35. 6 ədəd qədəh; 36. 6 ədəd büllur qədəh; 37. 1 ədəd büllur qənddan; 38. 1 dəst nahar servizi (17 ədəd boşqab, 3 ədəd dörə, 2 ədəd bulud, 1 ədəd balaca bulud, yağ qabı, duz qabı); 39. 1 ədəd yay yorğanı; 40. 1 ədəd ağ çanta; 41. 1 ədəd qətvə; 42. 2 ədəd dəsmal; 43. 1 ədəd çay dəsmalı; 44. 3 ədəd mələfə; 45. 3 ədəd üzlük; 46. 9 ədəd balış üzü; 47. 2 ədəd balış və 2 ədəd üzlükləri ilə; 48. 1 ədəd ütü, 1 ədəd ət çəkən maşın, 1 ədəd qəhvədan, 5 ədəd qazan; 49. 2 ədəd süfrə; 50. 1 ədəd yun ədyaldan ibarət əmlakın onun mülkiyyətində olan Göyçay şəhəri Şəhriyar küçəsi 8 saylı evin 2 saylı mənzilindən çıxarılaraq, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, DƏDRX tərəfindən verilmiş ******* seriyali çıxarışa əsasən Göyçay şəhəri Şəhriyar küçəsi 8 saylı evin 2 saylı mənzilinin mülkiyyətçisidir. 2013-cü ildə qardaşı Famil Qasımov el adətinə uyğun toy edib, cavabdeh İddiaçı ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Qardaşı cavabdehlə evlənəndən sonra onun Göyçay şəhəri Şəhriyar küçəsi 8 saylı evin 2 saylı mənzilində yaşamışlar. Qardaşı ilə sonuncunun həyat yoldaşı arasında yaranan prorlemlərə görə 2015-ci ilin iyul ayında cavabdehlə qardaşı Famil arasında münaqişə baş vermiş və sonuncular Göyçay rayon Məhkəməsinin qətnaməsinə əsasən boşanmışlar. 2021-ci ilin fevral ayında cavabdeh könüllü olaraq iki azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanda yerləşən atası evinə getmişdir və həmin tarixdən orada yaşayır. Cavabdehin şəxsi əmlakının hissəsi isə onun evində qalmışdır. Ayrıldıqdan sonra cavabdehdən evində yerləşən əmlakının könüllü olaraq çıxarılmasını bildirmiş, lakin onun müraciətinə heç bir cavab verilmədiyi üçün məhkəmədə iddia qaldırmalı olmuşdur. Cavabdehin cehiz əşyaları onun mülkiyyətində olan evdə qalmışdır və həmin əşyaların mənzilində yerləşməsi mənzildən istifadə etməsinə maneə yaradır ki, bu da onun mülkiyyət hüquqlarını pozur. Cavabdehin əmlakının onun mənzilində yerləşməsi mülkiyyət hüquqlarını tam həyata keçirməsinə mane olur. Çünki o, cavardehin əmlakının yerləşdiyi otaqdan istifadə edə bilmir. İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianin təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddiani müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, İddiaçı izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, həmçinin tərəflərin nümayəndələrinin və vəkillərinin izahatlarını dinləyib, iş materiallarinda olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Göyçay rayon Məhkəməsinin 03 iyul 2015-ci il tarixli 2(046)-1069/2015 saylı qətnaməsindən görünür ki, X12 ilə ilk iddia üzrə İddiaçı arasında nikah 08 fevral 2013-cü il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 38 saylı akt qeydi ilə bağlanmışdır. X6 İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş və onlar arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. X13 ilə İddiaçı birgə nikahdan və faktiki münasibətlərindən 26 mart 2014-cü il tarixdə Sara adlı qızları və 21 aprel 2018-ci il tarixdə Məryəm adlı qızları doğulmuşdur. Yuxarıda istinad olunan qətnamə üzrə tərəflər ailə qurduqdan sonra, ilk iddia üzrə iddiaçı Göyçay şəhəri Şəhriyar küçəsi 8 saylı evin 2 saylı mənzilinə köçmüşdür və cehiz əşyalarını həmin mənzilə aparmışdır. Hazırda ilk iddia üzrə iddiaçı həmin mənzildə yaşamır. Mənzilə köçürülməsini, istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsini tələb edir. İlk iddia üzrə iddiaçının köçürülməsini, qarşılıqlı iddia üzrə iddiaçının əmlakların çıxarılmasını tələb etdiyi mənzilin hüquqi vəziyyətinə dair sənədlər olan: - 04 yanvar 1985-ci il tarixli 21 saylı orderdən görünür ki, X2 5 nəfər ailə üzvü ilə Göyçay şəhəri Azərbaycanın 50 illiyi küçəsi 4-cü məhəllədə 8 saylı evin 2 saylı 1-ci blok 1ci mərtəbədə yerləşən, 50,15 m2 sahəsi olan 4 otaqli mənzil sahəsini tutmasına ixtiyar verilmişdir. Order Göyçay rayon XDS İK-nin 04 yanvar 1985-ci il tarixli qərarına əsasən verilmişdir. - Özəlləşdirmə sənədlərinin surətlərindən görünür ki, qeyd olunan mənzil qanunvericiliyə tam şəkildə riayət edilməklə özəlləşdirilmişdir. - Azərbaycan Respublikasi ƏMDK-nin yanında DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11.02.2014-cü il tarixli RX seriyali ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri Şəhriyar küçəsi 8 saylı evin 2 saylı mənzili Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 6 saylı reyestr kitabının 44 nömrəli vərəqində xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 08 fevral 2013-cü il tarixdə X13 ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Toy mərasimi olduqdan sonra İddiaçı cavabdehin mərhum atası X3 məxsus Göyçay şəhəri Şəhriyar küçəsində yerləşən 8 nömrəli evin 2 saylı mənzilinə gəlin köçmüş, 21 fevral 2013-cü il tarixdə həmin mənzilə qeydiyyata alınmışdır. Onların birgə nikahından 26 mart 2014-cü il tarixdə X16 doğulmuşdur. Bir müddət mehriban yaşayan tərəflər, sonradan Göyçay rayon Məhkəməsinin 03 iyul 2015-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 2 il ayrı yaşadıqdan sonra, 17 may 2017-ci ildə tərəflər yenidən ailə həyatlarını bərpa etmiş və mübahisəli mənzildə yaşamışlar. Bundan sonra faktiki nikahlarından 21 aprel 2018-ci il tarixdə X9 doğulmuşdur. X17 Qasımova bir müddət mübahisəli mənzildə faktiki nikah münasibətlərində yaşamış, sonradan aralarında mübahisə yarandığı üçün sonuncu himayəsində olan uşaqları ilə birlikdə yaşadığı mənzili tərk edərək, valideynlərinin evinə getmişdir. Mübahisəli mənzil üzərində Cavabdeh mülkiyyət hüquqları 11.02.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İşin hallarından göründüyü kimi, tərəflər arasında hüquq münasibəti 08 fevral 2013cü il tarixdə yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməklə, müvafiq hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasinda başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bundan başqa, Azərraycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmunundan görünür ki, mülkiyyətçinin ailə üzvü tərəfindən digər ailə üzvlərinin, yəni ərinin, arvadının köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir və mütləq mənada yazılı razılaşmanın olması tələb olunur. Konstitusiya Məhkəməsinin Plenumu Azərraycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında Mülki Məcəllənin 228.5-ci maddəsində mülkiyyətçinin razılığı müddəasını məhz digər ailə üzvlərinə münasibətdə şərh edərərək göstərmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçinin digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçının razılığı ilə yol verilir. Bu müddəa Mülki Məcəllənin 228.2-ci maddasində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənmiş razılaşmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun Azərraycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Macəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Macəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi va ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi va ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekarr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasi zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. X18 Sovetinin İcraiyyə Komitəsinin 04 yanvar 1985-ci il tarixli qərarı ilə X3 5 nəfərdən ibarət ailəsi ilə birlikdə keçmiş Göyçay şəhəri “Azərbaycanın 50 illiyi”, hazırda Şəhriyar küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzilini tutmaq ixtiyarı verilmiş, həmin qərar əsasında Sehran Qasımovla 22 mart 1986-cı il tarixdə nümunəvi müqavilə bağlanmış, mənzildə qeydiyyatda olan şəxslərin razılığı əsasında mübahisəli mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mübahisəli mənzilə köçərkən mənzil mülkiyyətdə olmasa da, sonradan mübahisəli ev cavabdehin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, yaşayış sahəsinin mülkiyyət forması dəyişmiş və həmin yaşayış sahəsində yaşayan şəxslərlə mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələr də dəyişmişdir. İşin hallarından göründüyü kimi İddiaçı Cavabdeh ailə üzvü hesab edilmir, buna görə də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin tələbi baxımından iddiaçının yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Məhkəmə ilk iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, iddiaçının hal-hazırda iddia etdiyi cavabdehə məxsus evə köçürülməsi, sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırır, əmlakından sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaradır, məhz buna görə də ilk iddia tələbi təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı məxsus əmlaklar hazırda Cavabdeh mülkiyyətində olan mənzildə yerləşir ki, bu da sonuncunun əmlakından öz istədiyi kimi istifadə etməyə mane olur. Göründüyü kimi, İddiaçı əmlaklarını heç bir qanuni əsas olmadan Cavabdeh mülkiyyətində saxlamış, bununla da sonuncunun mülkiyyət hüquqlarını pozmuşdur. Yuxarıda istinad olunan maddi hüquq normalarının tələbi baxımından bu pozuntu aradan qaldırılmalı, İddiaçı məxsus əmlaklar Cavabdeh evindən çıxarılmalıdır. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu, qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «qeydiyyatda olduğu mənzildə yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair ilk iddiası rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Cavabdeh İddiaçı qarşı «əmlakın çıxarılaraq evin boşaldılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, İddiaçı məxsus: 1. 2 ədəd servant, 1 ədəd televizor altlığı;
2. 1 ədəd masa, 6 ədəd miz; 3. Divan və kreslo; 4. 1 ədəd taxt, 1 ədəd trümo, 1 ədəd şifonyer (fr. chiffonnier), 2 ədəd dolabça; 5. 1 ədəd dəmir sandıq; 6. 1 ədəd uşaq çarpayısı; 7. 2 ədəd xalça; 8. 1 ədəd döşək, 1 ədəd sintepon yorğan; 9. 1 ədəd yataq örtüyü; 10. 1 ədəd uşaq yorğanı və döşək; 11. 2 ədəd pərdə; 12. 3 dəst 6 ayaqlı badə; 13. 1 ədəd qrafin, yanında 6 ədəd balası; 14. 1 ədəd zərli vaza; 15. 1 ədəd qara vaza; 16. 1 ədəd şüşə vaza; 17. 2 ədəd şüşə güldan; 18. 1 ədəd qara güldan; 19. 1 ədəd göy güldan;
20. 1 ədəd qulplu göy rəngdə qrafin; 21. 2 ədəd qara meyvə qabı; 22. 1 ədəd kül qabı; 23. 1 ədəd büllur meyvə qabı; 24. 1 dəst çay servizi; 25. 1 ədəd ağ rəngli çay-kofe servizi; 26. 1 ədəd qara çay servizi; 27. 5 ədəd büllur stəkan; 28. 6 ədəd əl-üz dəsmalı; 29. 2 ədəd qırmızı-sarı balış üzü; 30. 1 ədəd muncuqlu süfrə; 31. 2 ədəd bijuteriya sırğa; 32. 1 ədəd pərdə; 33. 1 ədəd uşaq üçün tüklü qulaqcıq; 34. 6 ədəd ayaqlı iri büllur badə; 35. 6 ədəd qədəh; 36. 6 ədəd büllur qədəh; 37. 1 ədəd büllur qənddan; 38. 1 dəst nahar servizi (17 ədəd boşqab, 3 ədəd dörə, 2 ədəd bulud, 1 ədəd balaca bulud, yağ qabı, duz qabı); 39. 1 ədəd yay yorğanı; 40. 1 ədəd ağ çanta; 41. 1 ədəd qətvə; 42. 2 ədəd dəsmal; 43. 1 ədəd çay dəsmalı; 44. 3 ədəd mələfə; 45. 3 ədəd üzlük; 46. 9 ədəd balış üzü; 47. 2 ədəd balış və 2 ədəd üzlükləri ilə; 48. 1 ədəd ütü, 1 ədəd ət çəkən maşın, 1 ədəd qəhvədan, 5 ədəd qazan; 49. 2 ədəd süfrə; 50. 1 ədəd yun ədyaldan ibarət əmlak Cavabdeh mülkiyyətində olan Göyçay şəhəri Şəhriyar küçəsi 8 saylı evin 2 saylı mənzilindən çıxarılaraq, mənzil boşaldılmalıdır. Qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «qeydiyyatda olduğu mənzildə yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair ilk iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı qarşı «əmlakın çıxarılaraq evin boşaldılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı məxsus: 1. 2 ədəd servant, 1 ədəd televizor altlığı; 2. 1 ədəd masa, 6 ədəd miz; 3. Divan və kreslo; 4. 1 ədəd taxt, 1 ədəd trümo, 1 ədəd şifonyer (fr. chiffonnier), 2 ədəd dolabça; 5. 1 ədəd dəmir sandıq; 6. 1 ədəd uşaq çarpayısı; 7. 2 ədəd xalça; 8. 1 ədəd döşək, 1 ədəd sintepon yorğan; 9. 1 ədəd yataq örtüyü; 10. 1 ədəd uşaq yorğanı və döşək; 11. 2 ədəd pərdə; 12. 3 dəst 6 ayaqlı badə; 13. 1 ədəd qrafin, yanında 6 ədəd balası; 14. 1 ədəd zərli vaza; 15. 1 ədəd qara vaza; 16. 1 ədəd şüşə vaza; 17. 2 ədəd şüşə güldan; 18. 1 ədəd qara güldan; 19. 1 ədəd göy güldan; 20. 1 ədəd qulplu göy rəngdə qrafin; 21. 2 ədəd qara meyvə qabı; 22. 1 ədəd kül qabı; 23. 1 ədəd büllur meyvə qabı; 24. 1 dəst çay servizi; 25. 1 ədəd ağ rəngli çay-kofe servizi; 26. 1 ədəd qara çay servizi; 27. 5 ədəd büllur stəkan; 28. 6 ədəd əl-üz dəsmalı; 29. 2 ədəd qırmızı-sarı balış üzü; 30. 1 ədəd muncuqlu süfrə; 31. 2 ədəd bijuteriya sırğa; 32. 1 ədəd pərdə; 33. 1 ədəd uşaq üçün tüklü qulaqcıq; 34. 6 ədəd ayaqlı iri büllur badə; 35. 6 ədəd qədəh; 36. 6 ədəd büllur qədəh; 37. 1 ədəd büllur qənddan; 38. 1 dəst nahar servizi (17 ədəd boşqab, 3 ədəd dörə, 2 ədəd bulud, 1 ədəd balaca bulud, yağ qabı, duz qabı); 39. 1 ədəd yay yorğanı; 40. 1 ədəd ağ çanta; 41. 1 ədəd qətvə; 42. 2 ədəd dəsmal; 43. 1 ədəd çay dəsmalı; 44. 3 ədəd mələfə; 45. 3 ədəd üzlük; 46. 9 ədəd balış üzü; 47. 2 ədəd balış və 2 ədəd üzlükləri ilə; 48. 1 ədəd ütü, 1 ədəd ət çəkən maşın, 1 ədəd qəhvədan, 5 ədəd qazan; 49. 2 ədəd süfrə; 50. 1 ədəd yun ədyaldan ibarət əmlak Cavabdeh mülkiyyətində olan Göyçay şəhəri Şəhriyar küçəsi 8 saylı evin 2 saylı mənzilindən çıxarılsın və mənzil boşaldılsın. Qarşılıqlı iddia üzrə ödənilmiş 10manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: İbrahim Fəttahov