Məhkəmə qərarları › İş №2(102)-4488/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4488/2022

18.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4488/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və bununla əlaqədar yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2(103) 3775/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(005)-3466/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, onun azyaşlı övladı X1 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsi, 9 saylı evin 8 saylı mənzilə köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2(103)3775/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(005)-3466/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır. Qətnamədən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Hazırki kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, cavabdeh kassasiya şikayətini bunun üçün qanunla müəyyən olunmuş müddəti ötürməklə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Resp ublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Qeyd olunan Məcəllənin 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Məcəllənin 408.1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, kassasiya şikayəti qaytarılır. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin t əzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qətnamənin əsaslandırılmış surəti 25 iyun 2021-ci il tarixdə cavabdehin nümayəndəsi, Vəkil2 rəsmi olaraq təqdim olunmuşdur. Həmçinin müəyyən olunur ki, cavabdeh 23 avqust 2 021-ci il tarixdə kassasiya şikayəti verilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına vəkil təyin edilməsi ilə bağlı ərizə ilə apellyasiya məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 21 sentyabr 2021ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Bundan əlavə müəyyən olunur ki, cavabdehin nümayəndəsi, Vəkil2 hazırki kassasiya şikayətini MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun 11 yanvar 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirmişdir. Beləliklə, müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin səlahiyyətli nümayəndəsinə 25 iyun 2021-ci il tarixdə təqdim edildiyi halda, qanunla nəzərdə tutulan formada və qaydada tərtib edilən kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, 11 yanvar 2022-ci il tarixdə verilmiş və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə ilə məhkəməyə müraciət olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, 23 avqust 2021-ci il tarixli vəkillə təmin olunması barədə ərizə məhkəmə tərəfindən təmin edilmədiyindən və hazırki kassasiya şikayəti apellyasiya məhkəməsində iştirak etmiş nümayəndə (vəkil) tərəfindən imzalandığından, həmin ərizənin verilməsi prosessual müddətin axımının kəsilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apelly asiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(103)-3775/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar