Məhkəmə qərarları › İş №2(102)-244/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-244/2024

16.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-244/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1245/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh 2006-cı ildən qeyri-rəsmi, xx. xx.2007-ci il tarixdən isə rəsmi nikah münasibətində olmuş, onların birgə nikahlarından üç övladı - xx.xx.2007-ci il təvəllüdlü X5, 11.10,2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X9 doğulmuşdur. Tərəflər arasında nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur.

2. Tərəflərin birgə nikahlarından olan uşaqların hər üçü Şabran rayonu, Baş Əmirxanlı kəndində qeydiyyatdadırlar.

3. İddiaçının köçürülməsini iddia etdiyi Abşeron rayonu, X8 qəsəbəsində yerləşən 6 saylı fərdi yaşayış evi özbaşına tikilidir.

4. Abşeron rayon İHB-nın Aşağı Güzdək İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 59 saylı arayışa əsasən, İddiaçı, X5, X6 və X4 adı ev təsərrüfatlarının uçotu kitabında 2006-cı ildən qeydiyyatsız yaşayan əhali kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş mə hkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəmədə iddia qaldıraraq onun və azyaşlı övladları xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 Abşeron rayonu, X8 qəsəbəsində yerləşən sənədsiz 6 saylı evə köçürülməyi barədə qətnamə cıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında ciddi şəkildə anlaşılmazlıqlar var. Onlar artıq bir evdə yaşaya bilmirlər. Ailə münasibətləri dözülməzdir. Onların bu münasibətləri ən çox övladlarına təsir edir. O, ailəsinin dağılmaması üçün əlindən gələni etməyə çalışsa da ailəsini bir arada tuta bilmir, cavabdeh həm ailəsinə, həm də övladlarına qarşı çox laqeyd bir atadır. On a görə də qəti qərara gəlmişdir ki, aralarında olan rəsmi nikah məhkəmə qaydasında pozulsun. Nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə o, Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-940/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin edilərək, onunla cavabdeh arasında olan rəsmi nikah pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və 30.112011-ci il təvəllüdlü X4 onun yanında qalmaları müəyyən edilmiş və onların yetkinlik yaşına çatan kimi saxlanmaları üçün cavabdehdən hər ay bir uşaq üçün 140 manat, cəmi 420 manat məbləğində alimentin tutulması və alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesabl anması qət edilmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-940/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixdən başlayaraq ona ümumi 420 manat məbləğində aliment pulu verilməsi göstərilsə də o bu günə kimi ona cəmi 1 ayın ödənişini etmişdir. O, 3 övladı ilə birlikdə kirayə evdə yaşayır. Belə ki, onunla cavabdeh arasında olan nikah münasibətləri dövründə o azyaşlı övladları xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə 2006-ci ildən 2022-ci ilin may ayına qədər Abşeron rayonu, X8 qəsəbəsində yerləşən sənədsiz 6 saylı evdə yaşamışdır. Həmin evdə onun cehiz əmlakları var və nikah dövründə o, işləyərək, evinə bir çox bahalı əşyalar almışdır. Bir sözlə, cavabdehlə nikah dövründə həmin sənə dsiz evi inşa edərək, evin içərisini öz cehiz əmlakları və nikah dövründə özü işləyərək, aldığı əşyalar ilə bəzəmişdir. Belə ki, övladları ilə 2006-ci ildən 2022-ci ilin may ayına qədər Abşeron rayonu, X8 qəsəbəsində yerləşən sənədsiz 6 saylı evdə yaşamağı barədə 59 №-li, xx.xx.2022-ci il tarixli arayışı iddia ərizəsinə əlavə edir. Hazırda həmin evdə cavabdeh tək yaşayır. O, isə 3 yetkinlik yaşına çatmaqda olan övladları ilə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Dolanışığı çox çətindir. Övladları böyük olduğu üçün onların xərcləri də çoxdur və ödəməkdə çətinlik çəkir. Cavabdeh nəinki övladlarının maddi tələbatını ödəmək, heç məhkəmə ilə qət edilmiş alimenti belə ödəmir. O, bir ata kimi övladları üzərində heç bir atalıq hüquqlarını yerinə yetirmir. Onların ailə münasibətləri ən çox övladlarına təsir etmişdir, çünki onlar böyük olduğu üçün hər şeyi dərk edirlər və uzun müddət yaşadıqları evdən, dostlarından ayrı qalaraq, kirayə evdə yaşamaq onlara çox ağır təsir edir. Belə ki, nikah dövründə əldə etdikləri Abşeron rayonu, X8 qəsəbəsində yerləşən sənədsiz 6 saylı evdə yaşamağa onun da haqqı vardır. Həmin evdən cavabdeh tərəfindən qovulmağı qanunsuzdur. Çünki onun həmin evdə böyük əziyyəti vardır. O, cavabdehin təqsiri səbəbindən öz halal zəhməti ilə tikdiyi sənədsiz evdən istifadə edə bilmir. Buna görə də məcburiyyət qarşısında qalaraq evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edir.

7. Şabran Rayon Məhkəməsinin 2(031)-230/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia təmin edilməmişdir.

8. Məhkəm ə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh Abşeron rayonu, X8 qəsəbəsində yerləşən mübahisəli yaşayış evinə münasibətdə istər mülkiyyətçi, istərsə də icarədar olmaması açıq aşkardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsas əmlaka sahiblik edən şəxsə də mənsubdur. Lakin Cavabdeh bu maddədə göstərilən əsaslarla mübahisəli ünvana özünün sahiblik etməsi müəyyən edilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayonu, X8 qəsəbəsində Cavabdeh adına daşınmaz əmlak qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Eyni Qanunun 8.0.4-cü maddəsinə əsasən bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur. Mübahisəli evin xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatının aparılması, həmçinin göstərilən sənədlərdən hər hansının verilməsi müəyyən edilməmişdir. İddiaçı tərəfdən sübut kimi təqdim edilmiş, iş materiallarında olan Abşeron rayon İHB-nın Aşağı Güzdək qəsəbəsinin İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli arayışda İddiaçı, X5, X6 və X4 adı ev təsərrüfatlarının uçotu kitabında 2006-cı ildən qeydiyyatsız yaşayan əhali kimi qeydə alınması göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər 2007-ci ildə nikah bağlamış, onların birgə nikahlarından 2007, 2009 və 2010-cu il təvəllüdlü uşaqları anadan olmuş həmin uşaqlar da Şabran rayonu Əmirxanlı kəndində qeydiyyatdadırlar.

9. Məhkəmə araşdırdığı sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə İddiaçı məhkəməyə evin mövcudluğunu təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir.

10. Məhkəmə müvafiq maddi və prosessual hüquq normalarını hazırkı mübahisə predmetinə tətbiq edərək və hər hansı bir sənədlə mövcud olmayan evə dair mübahisə açmağın qeyri-mümkünlüyünə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir.

11. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.8, 178.1 228.1, 228.2-ci maddələrinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 8.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001 il tarixli qərarı və “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının köçürülməsini tələb etdiyi ev tərəflərin birgə nikahları dövründə əldə etdikləri gəlir hesabına tikildiyinə görə, onun həmin ev ə sahiblik etmək hüququ vardır. Lakin birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məhkəmə qətnaməsi qəbul edilməklə onun bu hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı ilə cavabdeh 2006-cı ildə evlənmişlər (əsas kimi toy zamanı çəkilmiş video-görüntü və foto-şəkillər təqdim olunur). Onlar evləndikdən sonra Abşeron rayonu, X8 qəsəbəsində yerləşən sənədsiz 6 saylı evi tikmişlər və həmin evdə yaşamağa başlamışlar. Hətta iddiaçı özü qazandığı pul vəsaiti hesabına evə əşyalar da almış və həmin əşyalar halhazırda qeyd olunan evdədir. Hal-hazırda iddiaçı ilə cavabdeh arasında olan nikah məhkəmə qaydasında pozulub və o cavabdeh tərəfindən üç azyaşlı uşağı ilə birlikdə evindən məcbur qaydada çıxarılıb. Cavabdeh iddiaçını və üç azyaşlı uşaqları həmin evdə yaşamağa qoymur. Buna görə də iddiaçı ü ç azyaşlı uşaqları ilə birlikdə məcbur qalaraq kirayədə yaşayır. İddiaçı ilə cavabdehin mübahisəli evə hüquqları eynidir. Yəni həmin ev onların birgə nikahları zamanı qazanılmış vəsait hesabına tikilmişdir. Tərəflərin hər biri qeyd olunan evdə yaşamışlar, evə faktiki sahibliyi və istifadəni həyata keçirmişlər. Bunu Abşeron rayon İHB-nın Aşağı Güzdək İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 59 saylı arayış və 04 may 2023-cü il tarixli akt da təsdiq edir. Belə ki, həmin arayışdan görünür ki, İddiaçı, X5, X6 və X4 adı ev təsərrüfatlarının uçotu kitabında 2006-cı ildən qeydiyyatsız yaşayan əhali kimi qeydə alınmışdır. Aktda isə qeyd edilmişdir ki, həqiqətən də İddiaçı, X5, X6 və X3 Güzdək qəsəbəsində 1 mərtəbə, 4 otaqdan ibarət evdə qeydiyyatsız yaşamışdır. Həmç inin iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş uşaqları evin yerləşdiyi ərazidə olan orta məktəbə getmişlər (bununla bağlı arayış təqdim olunur). Eyni zamanda iddiaçı ilə cavabdehin mübahisəli mənzildə yaşamasını təsdiq edən kommunal ödənişlər mövcuddur. Həmin ödənişlər də görünür ki, tərəflər və onların azyaşlı uşaqları haqqında bəhs etdiyi evdə yaşamışlar və buna görə də hər ay qaz pulu, işıq pulu və digər ödənişləri dövlət büdcəsinə keçirmişlər. Birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsi ilə həmin maddənin tələbləri də pozulmuşdur. Çünki cavabdehlə yanaşı iddiaçının da mübahisəli evə sahiblik etmək və ondan istifadə etmək hüququ vardır. Lakin Şabran Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının bu hüququ əlindən alınmışdır. Bu isə kobud qanun pozuntusudur. Abşeron rayo n İHB-nın Aşağı Güzdək İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 59 saylı arayış və 04 may 2023-cü il tarixli aktla da təsdiq olunur ki, İddiaçı məhkəməyə evin mövcudluğunu təsdiq edən sənədlər təqdim etmişdir. Belə ki, həmin arayışdan görünür ki, İddiaçı, X5, X6 və X4 adı ev təsərrüfatlarının uçotu kitabında 2006-cı ildən qeydiyyatsız yaşayan əhali kimi qeydə alınmışdır. Akta isə qeyd edilmişdir ki, həqiqətən də İddiaçı, X10, X6 və X3 Güzdək qəsəbəsində 1 mərtəbə, 4 otaqdan ibarət evdə qeydiyyatsız yaşamışdır. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mülki iş üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Əgər məhkəmə tərəfindən qeyd olunan maddənin tələblərinə əməl olunsa idi iş üzrə mötəbər sübu tlar təqdim olunardı.

14. Abşeron rayon İHB-nın Aşağı Güzdək İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, İddiaçı və övladlarının Aşağı Güzdək qəsəbəsində yaşaması və evin neçə mərtəbədən və neçə otaqdan ibarət olması ilə bağlı qonşular tərəfindən akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilən həmin aktda bildirilir ki, İddiaçı və övladları X5, X6 və X3 Güzdək qəsəbəsində 1 mərtəbə, 4 otaqdan ibarət evdə qeydiyyatsız yaşamışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1245/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şabran Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətn aməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək İddiaçı və azyaşlı övladları xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 rayonu, X8 qəsəbəsində yerləşən 06 saylı evə köçürülməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər 2006-cı ildən qeyrirəsmi ailə qurmuş, xx.xx.2007-ci ildə nikahlarını rəsmi qeydə aldırmışlar. Onların birgə nikahlarından üç övladı xx.xx.2007-ci il təvəllüdlü X5, 11.10,2009-cu il təvəllüdlü X6 və 30.112011-cİ il təvəllüdlü X9 anadan olmuş və onların nikahlarının məhkəmə qətnaməsinə əsasən pozulması işin mübahisəsiz halıdır. İşin digər halı isə ondan ibarət olmuşdur ki, iddiaçı uzun illərdir ki, 3 övladı ilə birlikdə mübahisəli tikilidə yaşayır.

17. Apel lyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM 217.2-ci maddə). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mə nzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2001-ci ilin sentyabrın 1-dən sonra yarandığından, hazırkı mübahisə Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı iş üzrə iddia tələbi mənzilə köçürülmə barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 53-cü maddəsi təşkil edir. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaql arı və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququn un təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (Mülki Məcəllənin 180.1. və 180.2. maddələri). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bu qadağan edən müddəalar göstərilməmişdir.

18. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədən bir iqtisadi dəyər yaşayış ehtiyacını qarşılayan tikili kimi mö vcud olmaqla iddiaçının əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Belə ki, Abşeron rayon İHB-nın Aşağı Güzdək İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 59 saylı arayışa əsasən İddiaçı, X5, X6 və X4 adı ev təsərrüfatlarının uçotu kitabında 2006-cı ildən qeydiyyatsız yaşayan əhali kimi qeydə alınmışdır. 04 may 2023-cü il tarixli aktda isə qeyd edilmişdir ki, həqiqətən də İddiaçı, X10, X6 və X3 Güzdək qəsəbəsində 1 mərtəbə, 4 otaqdan ibarət evdə qeydiyyatsız yaşamışdır. Bununla yanaşı apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi Vəkil2 izahatlarında bir daha qeyd etmişlər ki, tərəflər 2006-cı ildən müb ahisəli mənzilə köçərək, həmin tikilidə yaşayıb ümumi təsərrüfat aparmaqla 3 övladları dünyaya gəlmiş və həmin mənzil əvvəl 1 otaqlı olsa da, sonradan onların birgə vəsaitləri hesabına otaqların sayı genişləndirərək dörd otaq və bir mətbəxdən ibarət olmuşdur. Göründüyü kimi iddiaçının köçürülməsini arzuladığı fərdi yaşayış evi özbaşına tikilidir və o həmin mənzildə 2006-cı ildən cavabdehlə ailə quraraq yaşamağa başlamış və həmin evi özü üçün yaşayış yeri hesab etmiş, yaşadıqları müddət ərzində hər ikisinin səyi və zəhməti ilə qazandıqları ümumi əmlak hesabına tikilini inşa etməklə yaşayış üçün yararlı vəziyyətə gətirmişlər. Lakin cavabdeh bunun əksini sübut edib heç bir tutarlı sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i

19. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil3) iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərə məxsus olmayan mülkiyyət üzərində iddiaçının istifadə hüququ tanınmaqla iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır. Halbuki, bu qətnamə gələcəkdə 3-cü şəxsin mülkiyyət hüququnun pozulmasına və işin fərqli seyr etməsinə gətirib çıxaracaq bir nəticədir və işdə iştirak etməyən mülkiyyətçinin konstitusion hüquqlarının pozulmasına zəmin yaradacaq hüquqi nəticələri özündə doğura bilər. Qətnamə ər-arvadın birgə əmlakı hesab edilən daşınmaz əmlak üzərində iddiaçının istifadə hüququnun tanınması halı kimi başa düşülür. Bu isə özlüyündə məhkəmənin qət etdiyi nəticənin işin hallarına uyğun gəlmədiyini, bu isə apellyasiya instansiyası məhkəməsinin öz səlahiyyətlərini aşaraq yekun məhkəmə aktı qəbul etdiyini sübut edir. Belə ki, məhkəmə tələb edilməyən məsələyə qiymət verməyərək lakin, onu öz əsassız qətnaməsinin nəticə hissəsində işin mübahisələndirilməyən halı olaraq əvvəlcədən qəbul etməklə qətnamə çıxarmışdır. Belə ki, qətnamədə qeyd edilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək h üququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Məhkəmə qeyd edilən əsasları göstərmişdir lakin, bunların sübuta yetirilməsinə və ya işin hansı halları ilə örtüşməsinə dair isə heç bir şərh verməmişdir və bunları da öz əsassız qətnaməsində qeyd etməmişdir. Tərəflərin mübahisəli ev üzərində hər hansı mülkiyyət və digər hüquqları olmadığından məhkəmənin Mənzil Məcəlləsinin 53-cü maddəsini əsas gətirməklə cavabdehin mənzilə köçürülməsi tələbini təmin etməsi qeyd edilən maddi hüquq normasının açıq bir şəkildə və kobudcasına pozulması halı kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ona məxsus olmayan əmlaka istifadə hüququ əldə etməkdədir ki, bu da məhkəmə qətnaməsinin əsassız olduğunun bariz sübutudur. Məhkəmə həmçinin öz əsassız qətnamə sində qeyd etmişdir ki, Abşeron rayon İHB -nın Aşağı Güzdək İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli, 59 saylı arayışa əsasən İddiaçı, X5, X6 və X4 adı ev təsərrüfatlarının uçotu kitabında 2006-cı ildən qeydiyyatsız yaşayan əhali kimi qeydə alnımışdır. 04 may 2023-cü il tarixli aktda isə qeyd edilmişdir ki, həqiqətən İddiaçı, X10, X6 və X3 Güzdək qəsəbəsində 1 mərtəbə, 4 otaqdan ibarət evdə qeydiyyatsız yaşamışlar. Qeyd edilən arayış EMİS üzərində yerləşən 2(105)-1245/2023 saylı işin sənədlər bölməsində mövcud deyil. Eyni zamanda, həmin arayış cavabdehə təqdim edilmədən sübut kimi qiymətləndirilmiş olsa belə, qətnamədə yazıldığına görə orada qeyd edilmişdir ki, İddiaçı, X5, X6 və X4 adı ev təsərrüfatlarının uçotu kitabında 2006-cı ildən qeydiyyatsız yaşayan əhali kimi qeydə alınmışdır. İş materiallarına nəzər yetirdikdə görünür ki, X5 xx.xx.2007-ci il təvəllüdlü, X6 xx.xx.2009-cu il təvəllüdlü və X9 isə xx.xx.2011-ci il təvəllüdlüdür. Belə olan halda onların 2006-cı il tarixdən qeydiyyatsız yaşayan əhali kimi qeydə alınmaları, mümkünsüz bir məsələdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş foto-şəkillərdə evin təmiri zamanı xx.xx.2011-ci il təvəllüdlü X1 daşıdığı aydın görünür. Bu da evin iddiaçının iddia etdiyi kimi onların birgə nikahda olduğu dövrdə əhəmiyyətli dərəcədə dəyər qazanması kimi qiymətləndirilə bilən təmir işləri olsa əgər bu dövrün 2011-ci il tarixdən sonrakı dövrə düşdüyünü sübut edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sübutları araşdırmamış, işə tamamilə qərəzli baxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 30 iyun 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

22. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ail ə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı 23. “..01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir...” Azərbaycan Respublikasının Mülk i Məcəlləsi

24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

25. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və pros essual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

39. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflərin 2006-cı ildən qeyri-rəsmi, xx.xx.2007-ci il tarixdən isə nikahlarını rəsmi qeydə aldırmaları və onların birgə nikahlarından üç övladının, yəni xx.xx.2007-ci il təvəllüdlü X5, 11.10,2009-cu il təvəllüdlü X6 və 30.112011-cİ il təvəllüdlü X4 anadan olması və nikahlarının sonradan məhkəmə qətnaməsinə əsasən pozulması işin mübahisəsiz hallarıdır.

40. İşin digər halı isə bundan ibarətdir ki, iddiaçı uzun illərdir ki, 3 övladı ilə birlikdə mübahisəli tikilidə yaşayır.

41. Mülki prosessual qanunvericiliyə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2. maddəsi).

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında mülki hüquq münasibəti 01 sentyabr 2001ci il tarixdən sonra yarandığından, hazırkı mülki mübahisə Mənzil Məcəllənin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

44. İşdən görünür ki, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi evə köçürülmə barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 53-cü maddəsi təşkil edir.

45. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (Mənzil Məcəlləsinin 53-cü maddəsi).

46. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır.

47. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını cid di surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (Mülki Məcəllənin 180.1. və 180.2. maddələri).

48. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bu qadağan edən müddəalar göstərilməmişdir. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədən bir iqtisadi dəyər yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla iddiaçının əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər.

49. Belə ki, Abşeron rayon İHB-nın Aşağı Güzdək İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 59 saylı arayışa əsasən, İddiaçı, X5, X6 və X4 adı ev təsərrüfatlarının uçotu kitabında 2006-cı ildən qeydiyyatsız yaşayan əhali kimi qeydə alınmışdır. 04 may 2023-cü il tarixli aktda isə qeyd edilmişdir ki, həqiqətən də İddiaçı, X5, X6 və X3 Güzdək qəsəbəsində 1 mərtəbə, 4 otaqdan ibarət evdə qeydiyyatsız yaşamışdır.

50. Bununla yanaşı apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi Vəkil2 izahatlarında bir daha qeyd etmişlər ki, tərəflər 2006-cı ildən mübahisəli mənzilə köçərək, həmin tikilidə yaşayıb ümumi tə sərrüfat aparmaqla 3 övladları dünyaya gəlmiş və həmin mənzil əvvəl 1 otaqlı olsa da, sonradan onların birgə vəsaitləri hesabına otaqların sayı genişləndirərək dörd otaq və bir mətbəxdən ibarət olmuşdur.

51. Göründüyü kimi iddiaçının köçürülməsini arzuladığı fərdi yaşayış evi özbaşına tikilidir və o həmin mənzildə 2006-cı ildən cavabdehlə ailə quraraq yaşamağa başlamış və həmin evi özü üçün yaşayış yeri hesab etmiş, yaşadıqları müddət ərzində hər ikisinin səyi və zəhməti ilə qazandıqları ümumi əmlak hesabına tikilini inşa etməklə yaşayış üçün yararlı vəziyyətə gətirmişlər. Lakin cavabdeh bunun əksini sübut edib heç bir tutarlı sübut təqdim etməmişdir.

52. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlilləri ilə raz ılaşmayıb qeyd etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı azyaşlı övladları xx.xx.2007-ci il təvəlüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, X8 qəsəbəsində yerləşən 6 saylı evə köçürülməlidir.

53. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iddianı təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq norm alarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(105)-1245/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar