Məhkəmə qərarları › İş №2(102)-4054/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4054/2021

22.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4054/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacıbaba oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi mülkiyyət hüququnun tanınması, payın müəyyən edilməsi və mənzilə köçürülmə) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı X2 vəkili X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 X oğlu, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikay əti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X4 ilə Cavabdeh4 15.09.2016-cı il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan 12.09.2017-ci ildə x adlı övladları dünyaya gəlmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli qətnaməsi ilə həmin tərəflər arasındakı nikahın pozulması, uşağın Leyla Mehdizadənin yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh4 tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında müvafiq qeyd aparılmış və Leyla Mehdizadəyə 31 yanvar 2020-ci il tarixli şəhadətnamə verilmişdir. 3. "xxxx" MMC ilə Cavabdeh4 aras ında 31.10.2016-cı il tarixdə bağlanmış müqaviləyə görə, şirkət, ünvan 1 ünvanında inşa edilmiş binanın şimal korpusu, blok 3, 12-ci mərtəbəsində olan, ümumi sahəsi 98,5 kv.m. təşkil edən, 2 otaqdan ibarət 1213 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və mənzilin hər kvadrat metri üçün 893,41 manat olmaqla, cəmi 88.000,885 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. 4. "xxxx" MMC-nin verdiyi 31.10.2016-cı il tarixli və 01.11.2016-cı il tarixli mədaxil qəbzlərinə görə alıcı Cavabdeh4 sözügedən mənzilin dəyərini tam ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 X oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraci ət edərək, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş “Union Park” yaşayış kompleksində yerləşən bina şimal, korpus blok 3, 12-ci mərtəbədə olan, ümumi sahəsi 98,5 m2 təşkil edən 2 otaqdan ibarət 1213 saylı mənzilə 1/2 hissədə özünün, 1/2 hissədə isə Cavabdeh4 payının müəyyən edilməsi, həmin mənzilə istifadə hüququnun tanınaraq 12 sentyabr 2017-ci ildə anadan olmuş oğlu X9 ilə birlikdə oraya (mənzilə) köçürülməyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacıbaba oğlunun və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, ödədiyi 40 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial qaydada təsdiqi üçün ödədiyi 30 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 X oğlundan və Cavabdeh3 birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işi n yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh4, 2018-ci ildə idarə etdiyi maşınla ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 264.1-ci maddəsinə əsasən təqsirli bilinərək 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını Bakı şəhəri Qaradağ rayonu ərazisindəki 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməkdə idi. Lakin həm bundan əvvəl, həm də cəza çəkdiyi müddət ərzində onunla amansız davrandığına, dəfələrlə döyüb işgənçə verdiyinə, şəxsiyyətini nalayiq formada alçaltdığına, xüsusilə də 07 aprel 2019-cu il tarixdə onu və azyaşlı oğlu X yaşadıqları mənzildə döydüyünə görə o, mənzilin yerləş diyi çoxmərtəbəli yaşayış binasının damından atlamaqla özünü öldürməyə cəhd etmişdir. Buna görə Cavabdeh4 barəsində Binəqədi rayon prokurorluğu tərəfindən 09 iyul 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Həmin iş üzrə 10 iyul 2019-cu il tarixli qərarla zərərcəkmiş şəxs kimi tanınmış, Cavabdeh4 isə 28 avqust 2019-cu il tarixli qərarla CM-nin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Binəqədi rayon prokurorluğunun təqdimatına əsasən, Qaradağ rayon məhkəməsinin 30 avqust 2019-cu il tarixli qərarı ilə Cavabdeh4 həbsdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına köçürülmüş və hazırda da orada həbsdədir. Nikahları Binəqədi rayon məhkəməsinin X saylı 09.12.2019-ci il tarixli qətnaməsi ilə poz ulmuş, uşaqları onun yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Birgə nikahları dövründə "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş “UNİON PARK” yaşayış kompleksində yerləşən, 2 otaqlı ümumi sahəsi 98,5 m2, bina “Şimal Korpusu”, blok 3, 12-ci mərtəbədə olan 1213 saylı mənzili almışlar. Mənzilin dəyəri olan cəmi 88 000 manat pulun 85 000 manatını 31 oktyabr 2016-cı il tarixdə "xxxx" MMC-yə atası Vəkil1 şəxsən ödəmiş, bu haqda MMC-nin mədaxil qəbzinə və həmin MMC ilə XCavabdeh4 arasında bağlanmış 31 oktyabr 2016-cı il tarixli M-1213 saylı müqaviləyə, həmçinin bu Müqaviləyə 1 saylı əlavəyə, yəni X1na atası şəxsən imza etmiş, lakin bütün sənədlərdə “Alıcı” kimi Cav abdeh4 adı göstərilmişdir. Həmin vaxt yenicə ailə qurduqlarına, gələcəkdə ailənin dağılmasına heç bir şübhə olmadığına görə, həmçinin ailə başçısının ər (kişi) hesab edilməsi kimi milli adət-ənənə baxımından mənzilin Cavabdeh4 adına sənədləşdirilməsinə etirazı olmamışdır. Mənzilə dair sənədlərin Cavabdeh4 verilməli olan nüsxəsini isə atası aparıb elə həmin gün onun valideyinlərinə vermiş, atasının mənzilin dəyərindən 85 000 manatı ödəməsi isə həm Cavabdeh4 və həm də onun valideyinləri tərəfindən atasının qızına hədiyyəsi kimi qəbul edilmişdir. Mənzilin dəyərindən qalan 3 000 manatı isə 01 noyabr 2016-cı il tarixdə Cavabdeh4 atası Cavabdeh2 Hacıbaba oğlu ödəmiş, bu haqda MMCnin mədaxil qəbzinə də Cavabdeh4 əvəzinə atası Cavabdeh2 imza etmiş, lakin mədaxil qəbzində ödəyən qismində yenə də “A lıcı” Cavabdeh4 göstərilmişdir. "xxxx" MMC tərəfindən mənzilə dair tarixsiz və nömrəsiz, lakin MMC-nin möhürü və rəhbərinin imzası ilə təsdiqlənmiş Şəhadətnamə verilmiş və həmin sənəddə sözügedən mənzilin Cavabdeh4 verildiyi, dəyərinin tam ödənildiyi və qalıq borcunun olmadığı göstərilmişdir. Sözügedən mənzili aldıqdan sonra onun təmirini etmiş və köçərək orada yaşamışlar, cehiz əşyaları, fərdi əşyaları – paltarları və oğlu xin əşya və geyimləri, habelə nikah dövründə əldə etdikləri ümumi əşyaları həmin mənzildə olmuş və hazırda da oradadır. Cavabdeh4 mənzilə dair mülkiyyət sənədi – yəni, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən Çıxarışı almaqda maraqlı olmamış, hər dəfə müxtəlif bəhanələrlə bu çıxarışı almağı yubatmışdır. Cavabdeh4 bunu qəsdən etmişdir ki, o, həmin mənzilə qeydiyyata düşə bilməsin, həmin mənzildən xüsusi mülkiyyət kimi payı olmasın və mənzilə dair hər hansı bir tələb irəli sürə bilməsin, yaxud tələb irəli sürməkdə çətinlik çəksin. 07 aprel 2019-cu il tarixdə Cavabdeh4 ona və azyaşlı uşağına qarşı etdiyi vəhşiliklərə dözməyib intihar etməyə cəhd etdikdən sonra uzun müddət valideyinlərinin evində - Bakı şəhəri, Binəqədi rayonu, x kəndində yaşayaraq orada müalicə olunmuş, oğlu xi də yanında saxlamışdır. Bəzi vaxtlarda isə özünün işi və təhsili, həmçinin oğlu xin bağçaya getməsi ilə əlaqədar qeydiyyatda olduğu, lakin qardaşı X3 məxsus olan ünvan 3 ünvanında qardaşının ailəsi ilə birlikdə yaşamağa məcbur olmuşdur. 04 sentyabr 2019-cu il tarixdə oğlu xi də götürərək mübahisə predmeti olan mənzildə yaşamağa davam etmək üçün valideyi nləri ilə birlikdə oraya gəlmiş, bu zaman məlum olmuşdur ki, mənzilin giriş qapısı qıfılı dəyişdirilmişdir, mənzildə isə adam vardır. Dəfələrlə qapını döyüb qapının açılmasını tələb etsə də, içəridəkilər qapını acmamış, qapının arxasından cavabdeh – keçmiş qayınanası Cavabdeh1 bildirmişdir ki, qapını acmayacaqdır, bu mənzildə artıq o, əri Mehman və oğlu Cahandar yaşayırlar, məhkəmə qərarı olmasa onu mənzilə buraxmayacaqlar. Odur ki, elə həmin gün əvvəlcə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurmaqla, daha sonra isə həmin gün Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə yazılı ərizə ilə müraciət etməklə cavabdehlərin həmin mənzilə qanunsuz girərək ona məxsus mənzili zəbt etdikləri barədə məlumat vermişdir. Bu ərizəsi və məlumatı üzrə 5-ci polis bölməsinin təhqiqatçısı Elvin Bəşirov tərəfindən aparılan araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 yazılı izahat verərək göstərmişlər ki, həmin mənzil onların oğlu, hazırda həbsdə olan Cavabdeh4 məxsusdur, odur ki, Dilqəm həbs olunandan sonra onlar və digər oğulları Cahandar gəlib orada yaşayırlar, mənzil onların oğlu Dilqəmə məxsus olduğu üçün bu mənzildə yaşamaqlarını qanuni hesab edirlər və məhkəmə qərarı olmasa mənzildən çıxmayacaqlar. X5 09 sentyabr 2019-cu il tarixli qərarı ilə cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti 10.09.2019-cu il tarixdə müşayətedici məktubla ona şəxsən təqdim edilmiş və hüquqları izah edilmişdir. Qərardan belə məlum olur ki, Cavabdeh1 və digərlərinin onun mənzilini özbaşına zəbt etmələri mülki mübahisədir və o, aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. 16 s entyabr 2019-cu ildə ərizəsi üzrə toplanmış rədd materialları ilə tanış olduqda məlum olmuşdur ki, Cavabdeh4 həmin mənzildən istifadə və sahiblik etməsi üçün anası Cavabdeh1 2019-cu ildə notarial təsdiqli Etibarnamə də vermişdir. Etibamamənin surəti toplanılmış materialda olsa da təhqiqatçı həmin sənədin surətini ona verməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, yalnız məhkəmə sorğusu olarsa Etibarnamənin surətini, hətta bütün materialı verə bilər, həm də bunları yalnız məhkəməyə verə bilər. Bununla belə həmin Etibarnamə onun razılığı və xəbəri olmadan verildiyinə görə onun mülkiyyət hüquqlarını pozur. Həmçinin məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən sözügedən mənzilə dair təhqiqatçının sorğusuna əsasən təqdim edilmiş sənədlər mənzilin alınmasına dair həmin MMC ilə Cavabdeh4 arasında bağlanmış Müqavilə, həmin Müqaviləyə 1 №-li əlavə olan X1 və mənzilin dəyərindən 85.000 manatının atası tərəfindən ödəməsinə dair mədaxil qəbzi dəyişdirilməklə saxtalaşdırılmışdır, həmin sənədlərdə “Alıcı” və Ödəyən” qrafalarında Cavabdeh4 adı yazılmasına baxmayaraq, pulu ödəyən atası olduğu üçün atası özü şəxsən imza etmişdi və hesab edir ki, onun intihara cəhd etdiyi hadisəsindən sonra və ya daha əvvəl Cavabdeh4 atası Cavabdeh2 MMC-nin rəhbərliyi ilə əlaqəyə girərək ondan gizlin bu sənədləri dəyişmişlər. Hətta bu dəyişilmiş sənədlərdə də “Alıcı” və Ödəyən” qrafalanndakı imza Cavabdeh4 deyildir, onun imzasını yaxşı tanıyır. Cavabdehlər ünvan 4 ünvanında daimi qeydiyyatdadırlar və həmin mənzil 2 otaqlı olmaqla Cavabdeh2 xüsusi mülkiyyətindədir. Lakin onlar 5 ildən çoxdur ki, həm in mənzildə yaşamırlar və bu mənzili aylıq 350 manata kirayə vermişlər və Cavabdeh2 Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsindəki 5 mərtəbəli villasında yaşayırlar. Bundan başqa Cavabdeh2 Şamaxı rayonunda daha bir evi, Oğuz rayonun Xalxal kəndində yeni tikdirdiyi evi və istirahət mərkəzi vardır. Cavabdeh2 və ailə üzvlərinin Bakı şəhərində bir necə ticarət-biznes obyektləri, müxtəlif xarici maşınları, mülk və var-dövləti olmaqla hər cür maddi imkanları, yaşayış yə qeyri-yaşayış sahələri də vardır. Onun keçmiş əri Cavabdeh4 da ünvan 5 ünvanındakı 2 otaqlı mənzilə daimi qeydiyyatdadır və yuxanda qeyd etdiyi kimi uzun müddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və hazırda da barəsində CM-nin 125 və digər maddələri ilə istintaq aparılır, həmçinin törətdiyi digər cinayətlərlə əl aqədar (saxta sənəd hazırlama və ondan istifadə etməklə həqiqi hərbi xidmətdən azad olma, dələduzluq və s.) barəsində Respublika Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizlik Xidmətində və Binəqədi rayon polis şöbəsində müstəqil araşdırmalar başladılmışdır. Bütün bu səbəblərdən hesab edir ki, cavabdehlər ona məxsus olan və keçmiş əri Cavabdeh4 ilə nikah dövründə əldə etdikləri mənzili özbaşına zəbt edərək orada yaşamaları, beləliklə də onun mənzilindən və mənzilin içərisindəki əşyalarından özbaşına istifadə etmələri, azyaşlı oğlu ilə onu həmin mənzilə buraxmamaları tamamilə qanunsuz hərəkətdir, onun və oğlunun mülkiyyət, yaşayış və mənzil hüquqlarının qəsdən və cinayətkarcasına pozulmasıdır. Bütün bu səbəblərdən iddiası təmin edilməlidir.

7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X oğlu birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişlər ki, iddiaçı mübahisə predmeti olan mənzilə mülkiyyət hüququnun tanınması tələbini həmin mənzilin dəyərinin atası tərəfindən ödənilməklə birgə nikah dövründə əldə edilmiş əmlak olması ilə izah etsə də, mənzilin birgə gəlirlər hesabına əldə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Halbuki iddiaçı, oğulları Cavabdeh4 qarşı CM-nin 125 və 128-ci maddələri ilə cinayət işinin araşdırılması zamanı – həm ibtidai istintaq zamanı və həm də məhkəmə araşdırması zamanı verdiyi izahatlarında mübahisəli mənzilin keçmiş qayınatası (Cavabdeh2) tərəfindən keçmiş əri Cavabdeh4 alındığını, sonuncunun birgə nikahları dövründə ümumiyyətlə stabil pul qazanmadığını və ailəni maddi cəhətdən tam təmin edə bilmədiyini bildirmişdir. Bund an başqa iddiaçı, Cavabdeh4 barəsində həm Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə etdiyi şikayət ərizəsi üzrə verdiyi izahatında, həm də yenə onun barəsində olan cinayət işinin ibtidai istintaqı zamanı keçirilmiş üzləşmə istintaq hərəkətləri zamanı mübahisə predmeti olan mənzilin dəyərinin Cavabdeh2 tərəfindən verildiyi bildirmişdir. Odur ki, mənzilin dəyərinin iddiaçının atası tərəfindən verilməsi ilə bağlı iddiaçının qeyd etdiyi arqumentlər tamamilə yalan və əsassızdır. Digər tərəfdən həmin mənzil üzrə Cavabdeh4 mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda iddiaçının mübahisə predmeti olan mənzilə dair hər hansı formada mülkiyyət hüququnun tanınması qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaç ının onunla birlikdə yaşayan 12.09.2017-ci il təvəllüdlü X9 ilə həmin mənzilə köçürülməsi barədə iddia tələbi də əsasızdır. Belə ki, iddiaçı ilə oğulları Cavabdeh4 arasında 15.09.2016-cı il tarixdə bağlanmış nikah Binqədi rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur və onlar arasında artıq etibarlı ailə münasibətləri yoxdur. Buna görə də iddiaçının gələcəkdə mübahisə predmeti olan mənzilə köçərək orada cavabdehlə normal olaraq yaşaması qeyri-mümkündür. İddiaçı oğulları Cavabdeh4 məxsus mübahisəli mənzildən onların çıxarılması tələb etməkdə də haqlı deyildir. Çünki Mülki məcəllənin 228.5-ci maddəsi baxımından Cavabdeh4 ona məxsus olan yaşayış sahəsinə öz ailə üzvlərini köçürmək ixtiyarına malikdir. Həmçinin Cavabdeh4 mübahisəli mənzilə dair öz anasına (Cavabdeh1) üm umi etibarnamə verdiyi də nəzərə alınmalıdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) 18 mart 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş binanın şimal korpusu, blok 3, 12-ci mərtəbədə olan, ümumi sahəsi 98,5 kv.m. təşkil edən 2 otaqdan ibarət 1213 saylı mənzilə 1/2 hissədə X2, 1/2 hissədə isə Cavabdeh4 payı müəyyən edilmiş, iddiaçı X2 "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş binanın şimal korpusu, blok 3, 12- ci mərtəbədə olan, ümumi sahəsi 98,5 kv.m. təşkil edən 2 otaqdan ibarət 1213 saylı mənzilə istifadə hüququnun tanınaraq 12 sentyabr 2017-ci ildə anadan olmuş övladı X9 ilə birlikdə həmin mənzilə köçürülmüş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinə əlavə edilmiş sübutların notarial qaydada təsdiqi üçün ödənilmiş 15 manat ödənişin əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacıbaba oğlundan, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada tutularaq iddiaçıya ödənilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçı ilə Cavabdeh4 birgə nikahı dövründə ailə büdcəsindən maliyyələşdirilməklə əvəzli qaydada (dəyəri ödənilərək) əldə edildiyindən, tərəflərin ümumi birgə mülkiyyətidir. Mübahisəli mənzil dəyəri tam ödənilməklə əldə olunmuş mənzildir və onun üzərində cavabdehin mülkiyyət hüququ rəsmiləşdirilməmişdir. Bununla belə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 178.8-ci maddəsinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yı ğımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddianın “həmin mənzilin birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək tərəflərin hər birinin əmlak üzərində ½ hissədə paylarının müəyyən edilməsi” hissəsində təmin olunması maddi hüquq normalarının pozuntusuna yol verilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, əslində iddiaçı, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa etdiyi və cavabdeh tərəfindən dəyəri tam ödənilməklə əldə edilmiş mənzil üzərində hüququnun tanınmasını istəmişdir və məhkəmənin qətnaməsi də həmin mənzilin ½ hissəsinə onun payının (pay hüququnun) müəyyən olunması kimi başa düşülməlidir. Çünki, qeyd olunan mənz ilə dair tərəflər arasında hər hansı razılaşma və ya nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, mənzil üzərində hər birinin payı bərabər hesab edilməlidir. Bu mənada iddiaçı ilə Cavabdeh4 ümumi əmlakı hesab edilən həmin mənzilin 1/2 hissəsinə iddiaçının payı tanınmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) 25 avqust 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçı X4 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X saylı, 18 mart 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh1, Cavabdeh2 Hacıbaba oğlu, Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişlər.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil birgə gəlirlər əsasında əldə edilməyib. Mənzil Mehman tərəfindən Dilqəmə alınıb. Dilqəmin işləmədiyini və evə pul gətirmədiyini deyən Leyladır. Özünün rezidenturada təhsil alaraq ayda 170 manat pul aldığını deyən Leyladır. X11 aldığını deyən Leyladır. İndi isə deyir ki, evi öz atası ona alıb. İddiaçı keçmiş ərinə qarşı olan cinayət işinin ib tidai istintaqı zamanı üzləşmə zamanı özü etiraf edib ki, evi ərinə qayınatası alıb. Mülki iddiada isə yalandan deyir ki, guya öz atası ona alıb. Belə olanda sual olunur: əgər atan sənə alıbsa evi niyə evin yarısını istəyirsən? Hamısını istə də. Bu sual verilib iddiaçıya İ instansiyada. Cavabı isə ironiyalı şəkildə o olub ki, “Mən bu suala cavab vermək istəmirəm!”. Apellyasiya məhkəməsində keçirilən məhkəmə iclasına çağırılmaq barədə məhkəmə bildirişləri cavabdehlərə çatdırılmayıb. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmayıblar. İş materiallarına əlavə edilmiş cinayət işindən götürülmüş “üzləşmə protokoluna hüquqi qiymət verilməyib. Bu sübut elə bil ki, işdə yoxdur. Nə birinci instansiya, nə də apellyasiya bu sübutu araşdırmayıb. Şahid Rövşən bilərəkdən yalan if adə verib. Deyib ki, evin pulunu mən vermişəm. Pul mənim olub. Pulu 100 manatlıqlarla vermişəm. İfadənin yalan olması qızının öz dili ilə dedikləri ilə təsdiq edilir. Leyla üzləşmə zamanı sözün düzünü ona görə deyib ki, üzləşmə vaxtı hələ mülki iddia qaldırmamışdı, elə bilirdi ki, Dilqəmi tutdurmaqla əlaqədar qurduqları oyunun nəticəsində Dilqəmin atası Mehman onlara istədikləri məbləğdə pul verəcək ki, onlar şikayət etməsinlər. Hətta Rövşən özü də cinayət işinə məhkəmədə baxılanda etiraf elədi ki, bəli şikayət etməmək üçün 150.000 manat pul və evin onlara verilməsini tələb edib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassas iya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir.

18. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasını n Ailə Məcəlləsi:

19. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.

20. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

21. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arv adın hər birinin əmlakıdır).

22. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir.

23. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

24. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Məhkəmə kollegiyası, qətnaməni cavabdehlərin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

31. Cavabdeh4 ilə X4 15.09.2016-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 12.09.2017-ci il x adlı övladları dünyaya gəlmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.12.20 19-cu il tarixli qətnaməsi ilə X7 Umudova qarşı “nikahın pozulması və aliment” barədə iddiası təmin edilərək tərəflər arasındakı nikahın pozulması, uşağın Leyla Mehdizadənin yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini alaraq Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında müvafiq qeyd aparılmış və Leyla Mehdizadəyə 31 yanvar 2020-ci il tarixli şəhadətnamə verilmişdir. 32. "xxxx" MMC (şirkət) ilə Cavabdeh4 (alıcı) arasında 31.10.2016-cı il tarixdə bağlanmış mənzil müqaviləsinə görə, şirkət, ünvan 1 ünvanında inşa edilmiş binanın şimal korpusu, blok 3, 12-ci mərtəbəsində olan ümumi sahəsi 98,5 kv.m təşkil edən 2 otaqdan ibarət 1213 s aylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və mənzilin hər kvadrat metri üçün 893,41 manat olmaqla, cəmi 88 000,885 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. 33. "xxxx" MMC-nin verdiyi 31.10.2016-cı il tarixli və 01.11.2016-cı il tarixli mədaxil qəbzlərinə görə alıcı Cavabdeh4 sözügedən mənzilin dəyərini tam ödəmişdir.

34. Leyla Mehdizadənin (Umudovanın) özünü yaşadığı binanın damından atmaqla intihara cəhd etməsi faktı ilə əlaqədar Binəqədi RPİ-nin 5-ci PB-də toplanmış material aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Binəqədi rayon prokurorluğuna göndərilmiş, 08 iyul 2019cu il tarixdə həmin prokurorluq tərəfindən Cavabdeh4 barəsində Azərbaycan Respublikası CMnin 125-ci maddəsi ilə cinayət işi başlanılmışdır.

35. Leyla Mehdizadənin (Umudova nın) əri Cavabdeh4 məxsus 7-ci mkr., “Union Park” yaşayış kompleksində 1213 saylı mənzilinə qaynanası Cavabdeh1 girərək həmin ünvana heç kəsi buraxmaması barədə şikayətinə Binəqədi RPİ-nin 5-ci PB-də baxılmış, həmin PB-nin 09.09.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və şikayətçiyə (iddiaçıya) mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur.

36. Apellyasiya kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların birgə nikahı zamanı, ümumi gəlirləri hesabına əldə edilən əmlak aid edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş binanın şimal korpusu, blok 3, 12-ci mərtəbəsində olan, ümumi sahəsi 98,5 kv.m təşkil edən, 2 otaqd an ibarət 1213 saylı mənzilin 1/2 hissəsinə iddiaçının, ½ hissəsinə isə Cavabdeh4 payı tanınmalıdır. İddiaçının mübahisəli mənzilə ½ pay hüququ tanındığından onun 12 sentyabr 2017-ci ildə anadan olmuş övladı X9 ilə birlikdə mənzilə köçürülməsi barədə iddia tələbini əsaslıdır.

37. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, mübahisəli mənzilin dəyəri iddiaçının qayınatası tərəfindən ödənilsə də, həmin mənzilə alğısatqı müqaviləsi Cavabdeh4la bağlanmış və iddiaçının qayınatası Cavabdeh2 isə həmin müqaviləni mübahisələndirməmişdir. Bundan başqa, Cavabdeh4 mübahisəli mənzilə dair ½ pay hüquqları müəyyən edilmişdir. Belə olan halda cavabdehin dəlilləri əsassızdır və formal xarakter daşıyır.

38. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəld iyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Belə ki, məhkəmə iclasına çağırılma barədə bildiriş apellyasiya məhkəməsi tərəfindən Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi ünvana göndərilmiş, lakin rabitə orqanı bildirişi “ünvan düzgün deyil” qeydi ilə geri qaytarmışdır.

40. İddiaçı cinayət işi üzrə aparılan üzləşdirmə protokolunda mənzilin Cavabdeh4 atası tərəfindən alınmasını bildirməsinə görə həmin daşınmaz əşyanın Cavabdeh4 fərdi mülkiyyəti olması barədə kassasiya şikayətinin dəlili ilə bağlı Kollegiya bildirir ki, bu xüsusat üzrə nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın ümumi mülkiyyəti sayılması barədə qanuni prezumpsiya nəzərə alınmışdır.

41. Prezumpsiya dedikdə, bəlli bir (əsas qaydanın təməl ini təşkil edən) hadisədən hərəkət edilərək bəlli olmayan digər bir halın təsbit olunması başa düşülür. Məsələn, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (§ 19). Bu halda ər (arvad) ümumi mülkiyyət prezumpsiyasının təməlini təşkil edən, əşyanın nikah dövründə əldə edilməsi faktını sübut etməlidir. Bu halın sübuta yetirilməsi kifayət edir ki, prezumpsiyanın nəticəsi kimi həmin şəxs əşyanın ümumi mülkiyyətçisi kimi qəbul olunsun. Başqa sözlə, şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Bununla belə, əks hal (məsələn, əşyanın ailənin birliyinin ümumi aktivi hesabına deyil, bağışlama və digər əvəzsiz əqd lərlə əldə edilməsinə görə ər-arvaddan birinin fərdi mülkiyyətində olması və s.) sübut edilməklə həmin prezumpsiyanın aradan qaldırılması mümkündür. Ona görə də, bu halları mötəbər və kifayətedici dəlillərlə sübut etmə yükü qanuni prezumpsiyanın əksini iddia edənin üzərinə düşür.

42. Baxılan işdə kassatorların istinad etdikləri, İddiaçı üzləşdirmə protokolundakı ifadəsi mülki işə baxan məhkəmə üçün məcburi (preyidisial) qüvvəyə malik bir fakt olmayıb, işdəki digər sübutlarla birlikdə qiymətləndirilən dəlillərdən biridir.

43. İddiaçı, iddia ərizəsində 88.000 manata olan mənzilin 85.000 manatının atası Vəkil1 tərəfindən ödənildiyini bildirmişdir. Bu hal ona dəlalət edir ki, İddiaçı istintaqda verdiyi məlumatı sonradan təkzib etmiş və bu xüsusat işin mübahisələndirilən halı olmuşdur. Mövcud v əziyyətdə sübut etmə yükünün cavabdehə aid olmasına baxmayaraq, həmin mübahisəli halı cavabdehin xeyrinə təsdiqləyən digər sübutlar isə təqdim edilməmişdir. Eyni zamanda, iş materiallarında mübahisəli mənzilin Cavabdeh4 bağışlanmasına və ya onu digər bir şəkildə əvəzsiz əldə etməsinə, yaxud "xxxx" MMC ilə 31.10.2016-cı il tarixdə bağlanmış müqavilədə Cavabdeh4 atası Cavabdeh2 tərəf kimi iştirak etməsinə, ya da mənzilin pulunun onun tərəfindən ödənilməklə həmin müqavilənin üçünçü şəxs Cavabdeh4 xeyrinə bağlanmasına dair sübutlar işdə aşkar edilmir. Belə olan halda, İddiaçı istinad olunan ifadəsinin, qanuni prezumpsiyanı təkzib edən, yəni mübahisəli mənzilin Cavabdeh4 fərdi mülkiyyəti hesab olunmasına əsas verən kifayətedici sübut kimi qiymətləndirilməsi üçün əsaslar olmamışdır.

44. Qeyd olu nanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi mubahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar