Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-177/2023 23.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh Göyçay rayon Notariat Ofisinin müdiri X12, Üçüncü şəxs X4 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə üçüncü şəxs X6 vəsiyyətnamənin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Ü.Hacıbəyov küçəsi ev 38-də qeydiyyatda olan X4 adına verilmiş və Göyçay Rayonu Notariat Kontorunun notariusu X15 tərəfindən 06 dekabr 2012-ci il tarixdə təsdiq edilərək 2V-1714 №-li reyestrdə qeyd edilmiş vəsiyyətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum əri X9 ilə 03 dekabr 2008-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və onunla birgə Göyçay şəhəri Ü.Hacıbəyov küçəsindəki 38 №-li evin 38 №-li mənzilində ər-arvad kimi ümumi təsərrüfat aparmaqla yaşamışdır. Vyaçeslav Aksyanovla birgə yaşadığı, onun xüsusi mülkiyyətində qeydə alınmış Ü.Hacıbəyov küçəsindəki 38 №-li evin 38 №-li mənzilini onun xəbəri və eləcə də razılığı olmadan əvvəlki nikahdan olan qızı X6 vəsiyyət etmiş və bu vəsiyyətnamə Göyçay Rayonu Notariat Kontorunun notariusu X15 tərəfindən 06 dekabr 2012-ci il tarixdə təsdiq edilərək 2V-1714 №-İi Reyestrdə qeyd edilmişdir. Vəsiyyətnamədə qeyd edilmişdir ki, “mən, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 38-də yaşayan X9 mənə məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış mənzilini qızım X7 vəsiyyət edirəm”. Vəsiyyətnaməni Göyçay rayonu Çay arxı kəndinin sakinləri, şahidlər Rasim və Mərdan Salmanovlar imzalamışlar. X18 27 iyun 2016-cı ildə vəfat etmişdir. Onun 1-ci nikahdan olan həyat yoldaşı X13 ilə olan nikahı 27 iyun 2008-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 46 № ilə qeyd edilmişdir. Qeyd etmək istəyir ki, X18un sağlığında birgə nikah dövründə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi 38 evin 38 nömrəli mənzilinin divarları suvanmış, mənzilin mətbəxi təmir olunmuş, hamam tikilmiş, otaqlar təmir olunmuş, mənzilin elektrik naqilləri sökülüb yenisi ilə əvəz edilmiş, kanalizasiya sistemi, su xətti çəkilmiş və mənzildə yenidənqurma işləri aparılmışdır. Bundan əlavə X9 vəfat etdikdən sonra da həmin mənzildə yaşamış və bu günədək yaşayır, mənzilin kommunal xərcləri (su, qaz və elektrik enerjisi) onun tərəfindən ödənilir. Mərhum əri X5 Bakı şəhərində yaşayan qızları o, vəfat etdikdən sonra onunla əlaqəni tamamilə kəsmiş, miras qalmış mənzildən istifadə etməmişlər. Lakin X2 şəhəri, Ü.Hacıbəyov küçəsindəki 38 nömrəli evin 38 nömrəli mənzilinə onun xəbəri olmadan Göyçay rayon Notariat Ofisindən vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən onun adına dövlət reyestrindən çıxarış verilmişdir. Halbuki, ərindən miras qalmış qeyd edilən mənzil onun tərəfindən qəbul edilməklə idarə edilmiş və miras əmlakı qəbul etmişdir. Aksyanova Elvira isə 4 ay 28 gün sonra notariat kontoruna vəsiyyətnamə üzrə miras əmlakı qəbul etmək üçün ərizə ilə müraciət etmişdir. Elvira Aksyanova qanunsuz olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra bu şəhadətnamə əsasında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən mənzilə adına RX seriyalı ******* №-li xx.xx.2017-ci il qeydiyyat tarixli dövlət reyestrindən cıxarış almış və bundan sonra tam mülkiyyətçi kimi ona qarşı mənzildən çıxarılma barədə iddia qaldırmışdır. Elvira Aksyanovaya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, X5 adından xx.xx.2012-ci il tarixdə Cavabdeh X4 adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 2 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən X4 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRXnin 16 saylı ərazi idarəsi tərəfindən ünvan 4 ünvanda yerləşən mənzilə dair X4 adına verilmiş qeydiyyat nömrəsi ********** olan RX ******* №-li xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-178/2021 saylı qətnaməsi ilə Elvira Aksyanovanın iddiası rədd edilmiş, onun qarşılıqlı iddiası təmin edilərək X5 adından xx.xx.2012-ci il tarixdə Cavabdeh X4 adna qoyulmuş vəsiyyətnamə üzrə ünvan 4 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən X4 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən ünvan 4 ünvanda yerləşən mənzilə dair X4 adına verilmiş qeydiyyat nömrəsi ********** olan RX ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, bu qətnamənin Cavabdeh X4 adına qoyulmuş vəsiyyətnamə üzrə ünvan 4 ünvanda yerləşən mənzilə dair Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən X4 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRX-nin 16 saylı ərazi idarəsi tərəfindən ünvan 4 ünvanda yerləşən mənzilə dair X4 adına verilmiş qeydiyyat nömrəsi ********** olan RX ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi üçün əsas olması və qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri (Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(107)-1481/2021 saylı qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-l 166/2022 saylı qərarı) təmin edilməmişdir. Üçüncü şəxs X17 Rayon Məhkəməsində ona qarşı “vəsiyyət üzrə vərəsə kimi mübahisəli mənzilə 5/6 hissədə vərəsəlik hüququnun tanınması haqqında” iddia qaldırmış və həmin iş (iş №2(046)-1498/2022) Göyçay Rayon Məhkəməsinin icraatındadır. Qeyd edir ki, Ü.Hacıbəyov küəsindəki 38 saylı evin 38 saylı mənzili 1956-cı ildə tikilmiş köhnə tikili olmaqla əvvəllər dövlət mənzil fonduna aid olmuş və Vyaçeslav Aksyanovun anası X16 həmin mənzilin əsas kirayəçisi olmuşdur. “Mənzil Fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa müvafiq olaraq mənzil Natalya Fisenkonun adına əvəzsiz olaraq özəlləşdirilmiş və onun vəfatından sonra mənzil vərəsəlik qaydasında oğlu, Vyaçeslav Aksyanovun mülkiyyətinə keçmiş və onun adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* №-İi ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli çıxarışla rəsmiləşdirilərək dövlət reyestrində 3№-li reyestr kitabının 33 №-li vərəqində qeydiyyata alınmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş 2V-1714 nömrəli reyestrdə qeyd edilmiş vəsiyyətnamənin tərtib edilməsi ilə bağlı vəsiyyətnamə kitabında, eləcə də vəsiyyətnamənin özündə imza mərhum X9 tərəfindən icra edilməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Göyçay rayon Notariat Ofisinin müdiri X15 iddianı qəbul etməyərək göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş 2V-1714 nömrəli reyestrdə qeyd edilmiş vəsiyyətnamə X9 tərəfindən imzalanmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs X4 nümayəndəsi (vəkili) Vəkil1 iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli 7E-1714 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 38-də yerləşən 38 nömrəli mənzili Aksyanov Vyaçeslav X1 vəsiyyət etmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə-xəttşunaslıq ekspertizasının 4/717 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 85-ci vərəqəsində olan xx.xx.2012-ci il tarixli 7E-1714 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamədə “İMZA:” qrafasındakı imza ilə vəsiyyətnamənin reyesterdən keçdiyi jurnalın 62ci vərəqəsində “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza - EYNİ ŞƏXS, X9 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı, mərhum əri X5 xüsusi mülkiyyətində olan Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 38-də yerləşən 38 nömrəli mənzilin X6 vəsiyyət edilməsi barədə vəsiyyətnamənin ləğv edilməsini xahiş edir. İddiaçı tələbi onunla əsaslandırır ki, xx.xx.2012ci il tarixli 7E-1714 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamədəki imza X8 məxsus olmamışdır. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Məhkəmə xəttşunaslıq ekspertizası təyin etmişdir. Məhkəmə xəttşunaslıq ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş 2V-1714 nömrəli reyestrdə qeyd edilmiş vəsiyyətnamədəki imzai X9 tərəfindən icra edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən hal, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla və ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Eləcə də məhkəmə baxışı zamanı İddiaçı tərəfindən iddianın əsaslı olduğuna dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, İş üzrə ekspertiza xərci olan 126 manat məhkəmə xərci İddiaçı tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə üçüncü şəxs X6 vəsiyyətnamənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisi tərəfindən X5 adından X4 adına xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş 2V-1714 nömrəli reyestrdə qeyd edilmiş vəsiyyətnamənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 126 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-177/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-177/2023
23.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver