Məhkəmə qərarları › İş №2(046)-1823/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1823/2021

02.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1823/2021 02.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «cərimənin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən adına yazılmış 218 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İ qrup əlildir. 2021-ci ilin yanvar ayında təsərrüfat sahəsindən evə qayıdarkən küçələrində onun evinin yaxınlığında basdırılmış elektrik dirəyinin ətrafında bir neçə şəxsin toplandığını görmüşdür. Onlara yaxınlaşan zaman həmin şəxslər elektrik dirəyinə bərkidilmiş, onların evinə məxsus olan elektrik sayğacını sökdüklərini görərək, bunun səbəbini və həmin şəxslərin kimliyini soruşmuşdur. Özlərini Elektrik şəbəkəsinin mütəxəssisləri kimi təqdim edən bu şəxslər köhnə sayğacın istismar müddəti bitdiyi üçün onu yenisi ilə əvəzləyəcəklərini demişlər və təzə elektrik sayğacını elektrik dirəyinə bərkidərək köhnə sayğacı özləri ilə aparmışlar. Sorğusına cavab olaraq mütəxəssislər köhnə sayğacın nasaz, yaxud hər hansı bir müdaxilənin olmadığını bildirmişlər və heç bir akt yazmamışlar. Hər hansı sənədin imzalanmasını ondan tələb etməmişlər. İstifadə etdikləri enerji pulunu vaxtlı-vaxtında ödəyirlər. Buna baxmayaraq 2021-ci ilin avqust ayında onun 218 manat borcunun olması barədə cavabdeh tərəfindən ünvanlarına bildiriş göndərilmişdir. O, xəstədir, aldığı pensiya ilə müalicə xərclərini ödəyə bilmir. Maddi vəziyyəti ağır olduğundan həmin pulu ödəyə bilmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddianı aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edirəm. Belə ki, 25.09.2020-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi «Mərkəzi Aran RETSİ»-nin struktur tərkibində fəaliyyət göstərən Göyçay EŞ-nin əməkdaşları Qubadov Mirkazım, Cəbiyev Nicat və Şirinov Nazir tərəfindən X4 xidməti ərazisinə daxil olan 2-ci Ərəbcəbirli kəndində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman sayğacın hesablama mexanizminin dayandığı və sayğacın keçən enerjini qeyd etmədiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin «Proqram bazası»nda **********00286 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydaları”nın pozulması haqqında R seriyalı 200759 saylı akt tərtib edilmişdir. Aktın «Pozuntunun qısa məzmunu» hissəsində sayğacın hesablama mexanizminin dayandığı və sayğacın keçən enerjini qeyd etmədiyi və Pfakt=1,2 Kvt təşkil etdiy»i barədə qeydiyyat aparılmışdır. Aktın «tələb» hissəsində «Hesablanacaq məbləğ ödənilsin. Sayğac yeni üç fazlı sayğacla əvəz olunsun» qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları, Qubadov Mirkazım, Cəbiyev Nicat, Şirinov Nazir və İddiaçı tərəfindən imzalanmışdır, «Mərkəzi Aran» RETSİ-nin Sayğacquraşdırma bölməsinin Göyçay EŞ-si üzrə texniki Tahirov.E tərəfindən 26.12.2020-ci il tarixdə iddiaçının yaşadığı evdə istismarda olmuş CE6803 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı yeni LUN 23 tipli zavod nömrəsi 23873568 olan elektrik hesablama sayğacı ilə əvəz edilərək iddiaçının istifadəsinə verilmişdir. Sayğacın dəyişdirilməsi barədə 26.12.2020-ci il tarixli «məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında» ******* №-li Protokol tərtib edilərək Tahirov.E və İddiaçı tərəfindən imzalanmışdır. Protokolun «qeyd» hissəsində 200759 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. 63 Amperlik avtomat quraşdırıldı, ******* saylı möhürlə möhürləndi» qeydiyyatı aparılmışdır. «Mərkəzi Aran» RETSİ-də fəaliyyət göstərən «Aktlar üzrə Komissiya» tərəfindən 25.09.2020-ci il tarixli R seriyalı 200759 saylı akta əsasən «Sayğac keçən enerjini qeyd etmədiyi üçün» yenidən hesablama aparılaraq dəyəri 109,10 manat təşkil edən 1210 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesablama aşağıdakı qaydada aparılmışdır. P=1,2 kvt W=1,2 kvt x 24s x 0,7 x 60 g=1210 600 kvts x 0.07, 42 man 610 kvts x 0.11 = 67,10 man Cəmi: 42 man + 67,1 man =109,10 man. Bildirir ki, İddiaçı barəsində «EEİQ»-nin tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər-hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Belə ki, «X1ydaları»nın 8.32-ci bəndinə əsasən «Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur». Məhkəmənin nəzərinə çatdırır ki, iddaçı İddiaçı X2yə görə 04.10.2015-ci il tarixinə 220 manat 52 qəpik məbləğində debitor borcu olmuşdur. 25.11.2015-ci il tarixdə iddiaçı tərəfindən yaratmış olduğu debitor borcdan 20 manat, 09.01.2016-cı il tarixdə 10 manat məbləğində ödəniş edilmişdir. 08.02.2016-cı il tarixdə iddaçıya məxsus «Su nasosu»nu elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacı yeni CE6803 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir. 10.10.2017-ci il tarixdə oxunarkən sayğacın 31 gün ərzində dəyəri 3,08 manat təşkil edən 44 kvt saat miqdarında elektrik enerjisinin istehlakmı qeyd etmişdir. Sayğacın enerji sərfiyyatı göstəricisi 866 kvt olmuşdur. Həmin elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricisi 13.05.2018-ci il tarixinə kimi 866 kvt olmaqla dəyişməz qalmışdır. Həmin sayğac 14.06.2018-ci il tarixdə 32 kvt, 15.07.2018-ci il tarixdə 44 kvt, 13.09.2018-ci il tarixdə 51 kvt saat miqdarında elektrik enerjisinin istehlakmı qeyd etmişdir.Həmin tarixdən 26.12.2020-ci il tarixinə kimi keçən enerjinin miqdarını qeyd etmədiyi və enerji sərfiyyatı göstəricisinin 993 kvt olmaqla dəyişməz qalmışdır. İddiaçı Göyçay EŞ-nin «Poroqram bazası»nda **********00286 saylı istehlakçı kodu üzrə «İstehlak edilmiş elektrik enerjisinin miqdarı dəyəri və ödənişini əks etdirən Abunə haqqında» məlumatda onun elektrik hesablama sayğaclarının enrji sərfiyyatı göstəricilərinə əsasən 118,24 manat məbləğində elektrik enerjisini istehlak etdiyi və X2yə görə 230 manat məbləğində ödəniş etdiyi görünür. Ödənilmiş 230 manat məbləğinin 111,76 manatı onun 2015-ci ildən yaratmış olduğu debitor borcdan ödənilmişdir. Hal-hazırda barəsində tərtib edilmiş akta əsasən hesablanmış 109,10 manat enerji haqqı dəyəri və 108,70 manat qalıq debitor borcla birlikdə ümumilikdə 217,80 manat məbləğində ödənilməli olan borcu vardır. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. İddiaçı cavabdeh tərəfindən adına yazılmış 218 manat cərimə borcunun silinməsi tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yerləşən evə (ünvana) verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********00286 abonent kodu verilmişdir. 25 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş R seriyalı 200759 saylı aktda qeyd olunmuşdur ki, qeyd olunan ünvanda EEİQ-yə riayət olunub-olunmaması yoxlanılması məqsədi ilə elektrik sayğacına baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizmi dayanıb, sayğac keçən elektrik enerjisini qeyd etmir. Sayğac uzun müddət işləmədiyi üçün şəbəkədən açıq olmuşdur. Axan yükə nəzərən hesablama aparılmışdır. Aktla tələb edilmişdir ki, sayğac dəyişdirilsin, yeni üç fazlı sayğacla əvəz olunsun. Aktın abonentin adı qeyd olunmuş hissəsinin önündə imza icra edilmişdir. Həmin imza iddia ərizəsində, şəxsiyyət vəsiqəsində olan imza ilə eynilik təşkil etmir. Həmçinin məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 26 dekabr 2020-ci il tarixli ******* saylı protokolda, abonenti adı qeyd olunmuş hissəsinin önündə icra edilmiş imza da iddia ərizəsində, şəxsiyyət vəsiqəsində olan imza ilə eynilik təşkil etmir. İddiaçının iddia ərizəsində qeyd etdiyinə görə, o, heç bir sənədə imza etməmiş, ona tanış və imza etməsi üçün heç bir sənəd təqdim edilməmiş, ümumiyyətlə akt onun iştirakı olmadan tərtib edilmişdir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonentinin və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bundan başqa, hesablaşma elektrik sayğacı məişət abonentinin cavabdeh olduğu ərazidə, yəni cavabdehin həyətyanı sahəsində, yaxud evin daxilində deyil, fərdi yaşayış evindən kənarda (küçədə) quraşdırıldığı halda, cavabdeh aktda qeyd edilənlərə istinad edərək iddiaçıya itirilmiş enerjiyə görə 109 manat 10 qəpik hesablaması əsaslı hesab edilə bilməz. Bu səbəbdən, iddia qismən təmin edilməli, abonentə əsassız hesablanmış 109 manat 10 qəpik borc abonentin kodundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 25 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş R seriyalı 200759 saylı akta əsasən Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndi ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00286 saylı abunə koduna hesablanmış 109 manat 10 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Çünki, iddiaçıya mübahisələndirdiyi akta əsasən 218 manat deyil, 109 manat 10 qəpik cərimə hesablanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş R seriyalı 200759 saylı akta əsasən Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndi ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00286 saylı abunə koduna hesablanmış 109 manat 10 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar