Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1888/2021 14.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, cərimə borcunun silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən abonent koduna hesablanmış əsassız 170.20 manat cərimənin silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu 1-ci Əəbcəbirli kəndində 2012-ci ildən faktiki olaraq su xətti yaxud su sayğacı quraşdırılmamışdır. Buna baxmayaraq heç bir yoxlama aparmadan cavabdeh onu 148 manat məbləğində cərimə etmişdir. Bu barədə 02.11.2013-cü ildə cavabdeh cəmiyyətə rəsmi ərizə ilə müraciət etmiş, su xətti və su sayğacı olmadan adına cərimə yazılmasına etiraz etmişdir. Fakt yerində yoxlanıldıqdan sonra cəmiyyətin rəis əvəzi Soltanov onun adına yazılmış cərimənin silinməsini və hesabına yazılması haqqında göstəriş vermişdir. Lakin, cəmiyyətin mütəxissləri tapşırığı icra etməmiş, cərimə borcu hazırda 170 manata qaldırılmışdır. 2012- ci ildə su xətti və su sayğacı qoyulmuşdur. 2014-cü ilin çıxarışına görə borcu 178 manat olmuşdur. Suyun tonu 0.45 manat olduğu təqdirdə 2 ildə 178 manatlıq sudan istifadə hansı məntiqə sığır? Həmən borca görə cavabdeh evinə su verilişini dayandırmışdır. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul edərək göstərmişdir ki, 2012-ci ilədək iddiaçı ilə sudan istifadə ilə əlaqədar müqavilə bağlanmamışdır. iddiaçının yaşadığı evə su xətti və kanalizasiya sistemi çəkilməmiş 2014-cü ilin iyul ayında çəkilmişdir. İddiaçı Su KanaL TSC-yə müraciət etmədiyi üçün abonent koduna hesablanmış borc silinməmişdir. Məhkəməyə təqdim edilmiş Abonent kartından görünür ki, İddiaçı Azərsu ASC-yə 170.20 manat borcu qalmışdır. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında sudan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində sudan istifadə edərək orada yaşayır. İddiaçı ilə cavabdeh arasında hüquqi münasibətlər isə 2012-ci il tarixdə yaranmış, iddiaçının yaşadığı evə su və kanalizasiya sistemi isə 2014-cü ilin iyul ayında quraşdırılmış, iddiaçının yaşadığı ev smart kart tipli sayğacla təmin edilmişdir. Göründüyü kimi iddiaçının abonent koduna hesablanmış borc, cavabdehlə müqavilə bağlanmamışdan əvvəlki tarixə hesablanmışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbi təmin edilməli, Cavabdeh ASC-nin Göyçay Sukanal törəmə cəmiyyəti tərəfindən iddiaçıya hesablanmış 170.20 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh ASC tərəfindən abonent koduna hesablanmış 170.20 manat məbləğində borc silinsin. Qətnamənin icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1888/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1888/2021
14.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver