Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1956/2021 23.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh İB Ağsu RQİİ Göyçay Xidmət Sahəsinə qarşı əsassız hesablanmış borcun silinməsi, mənəvi zərərin əvəzinin ödənilməsi və işə baxılıb yekun qərar qəbul edilənədək evinə qazın verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri Səməd Vurğun küçəsi ev 100-də əsassız olaraq borc kimi yazılmış 284 manat və əvvəlcədən üzərinə yazılan 200 manatın Cavabdeh İB tərəfindən silinməsi, hadisədən xəbərdar olduqdan sonra stress, narahatlıq, mənəvi sarsıntı keçirməsi səbəbindən sağlıq durumunun pisləşməsi nəticəsində həkim dəstəyinə ehtiyac olduğu üçün, həmçinin ailəsinin adına xələl gətirən bu yalan ilə üzləşdiyinə görə, mənəvi zərər kimi cavabdehdən 1000 manat pul təzminatı ödənilməsi, məhkəmə qətnaməsi qət edilənə qədər Göyçay şəhəri Səməd Vurğun küçəsi ev 100-də qazın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı öz tələbini əsasladırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısını qeyd etsə də, həmin sənədlər zərfdə aşkar edilməmiş və bu barədə Göyçay Rayon Məhkəməsinin böyük mütəxəssisi Nazim Axundov tərəfindən akt tərtib edilmişdir. Bundan başqa İddiaçı iddia ərizəsini bir nüsxədə təqdim etməklə cavabdehə çatacaq sayda iddia ərizəsinə əlavə etməmiş, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində cərimənin silinməsi, mənəvi zərərin əvəzinin ödənilməsi və işə baxılıb yekun qərar qəbul edilənədək evinə qazın verilməsi tələblərini bir iddia ərizəsində birləşdirmişdir. Halbuki, tələblər arasında heç bir əlaqə yoxdur. Bundan əlavə İddiaçı Cavabdeh İB Ağsu RQİİ Göyçay Xidmət Sahəsinə iddia qaldırmaqda haqlı deyildir. Ona görə ki, regional idarəyə qarşı iddia qaldırılması qanunda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə öz tələblərini əsasladırdığı hallara dair sənədləri əlavə etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respulikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 150, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı Cavabdeh İB Ağsu RQİİ Göyçay Xidmət Sahəsinə qarşı əsassız hesablanmış borcun silinməsi, mənəvi zərərin əvəzinin ödənilməsi və işə baxılıb yekun qərar qəbul edilənədək evinə qazın verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(046)-1956/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1956/2021
23.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver