Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2064/2023 13.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı iddia cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı qaz sayğacından kənar istifadəyə görə əsassız olaraq hesablanaraq yazılmış 881.28 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatdadır, lakin İşləri ilə əlaqədar olaraq çox vaxt həmin ünvanda yaşamır. Onunla bağlanmış qazın xx-xx-3279 nömrəli alqı-satqı müqaviləsinin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 (bir) ay müddətində bank və ya poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin şərlərinə əsasən hər ay ərzində istifadə etdiyi təbii qazın dəyərini sayğac göstəricisinə əsasən vaxtlı-vaxtında ödəyir. Bu günədək təşkilatla sərf etdiyim qazın dəyəri ilə bağlı hər hansı narazılıq olmamışdır. Cavabdeh Ağsu RQİİ-nin barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli akta əsasən onun guyaki, sayğacdan kənar qaz xəttinə qoşularaq istifadə etməyi əsasızdır. Belə ki, qeyd olunan həmin qaz xətti illər öncə Göyçay şəhəri Atarürk küçəsində yerləşən fərdi yaşayış evinin kənar hissəsindən yəni, hasarın üstündən onunla yaxınlıqda yaşayan qonşunun yaşayış evinə çəkilmiş və hal-hazırda həmin qonşu qaz sayğacının göstəricisinə əsasən aylıq ödənişini edərək təbbi qazdan istifadə edir. Lakin Cavabdeh Ağsu RQİİ əməkdaşları yaşadığı ünvana gələrək iştirakı olmadan kənardan baxış keçirmiş və bu barədə akt tərtib edərək evinin kənarında yerləşən avtoyuyucu salonunun işçisinə qol çəkdirmiş və nəticədə qanun pozuntusuna yol verərək barəmdə əsasız akt tərtib edilmişdir. Qeyd etmək istəyirəm ki, həmin qaz xəttinin tərəfimdən istifadə olunmadığını Azəriqaz” X1 RQİİ-nin Göyçay Xidmət sahəsinin əməkdaşları da məlumatlı olmuşdur. Yəni hər dəfə sayğacın dəyəri qeyd edilərkən həmin qaz xəttini görmüşlər və istifadə edilmədiyini görüb heç bir irad bildirməmişlər. Cavabdeh evindən kənarda yoxlama apardığı vaxt faktiki istifadəsində olan hər hansı qanunsuz xətt aşkar edilməmişdir. Yalnız qaz xətti aşkar edilmişdir ki, onun da, yaşadığı evə heç bir aidiyyəti yoxdur. İddiaçının nümayəndələri yalnız şifahi məlumatlara əsaslanmış, bu barədə akt tərtib etmiş, əsasız sənədləşmə işləri aparmışdır. Qeyd etmək istəyir ki, qazdan qeyri-qanuni istifadə etdiyinə görə cavabdeh tərəfindən məsuliyyətə cəlb olunmağı hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Ona görə də, həmin məktubda yazılmış məbləğlə razı deyil və hesab edir ki, qeyd edilən məbləğ tamamilə qanunsuz hesablanmışdır. Çünki, dəymiş ziyan ARDNŞ Şurasının 14.0.2011 -ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları X16 Reyestrinə daxil edilmədiyindən istehlakçılar üçün məcburi xarakter daşıya bilməz və ona görə də dəymiş ziyanın hesablanması qanuni sayıla bilməz. Əgər həqiqətəndə o, yaşadığım ünvanda qeyri-qanuni yollarla təbii qazdan istifadə etmişəmsə sual yaranır ki, faktiki yaranmış debitor borc kimə aiddir.Göründüyü kimi iddiaçı tərəfindən ona təbii qazdan istifadə üzrə əlavə sərfiyyat və həmin sərfiyyata görə borcun hesablanması əsaslı sayıla bilməz. Aşkarlanmış kiçik diametrli boru ilə ona məxsus evə hər hansı dövrdə qaz verildiyi işdə olan hər hansı sübutla təsdiq olunmur. İddiaya Etiraz: xx.xx.2022-ci il tarixində ’’Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh və Ağsu RQİİ-nın ünvan 3 ünvanında yaşayan İddiaçı Cəmaləddin oğluna məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı 31,03.2022-ci il tarxli, ******* nömrəli ’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir.xx.xx.2022- ci il tarxli ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz" İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 31,03.2022-ci il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Cəmaləddin oğlunun Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 7344 m3- 881.28 (səkkiz yüz səksən bir) manat 28 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı Cəmaləddin oğlunun abonent koduna hesablanaraq vurulmuş 881.28 (səkkiz yüz səksən bir) manat 28 qəpik məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz, olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatkarı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi X3 iddiaya etiraz ərzisəndiə göstərdiyi xüsusatları izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir.. İş tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay şəhəri Atatürk küçsəi ev 92-də yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar boru ilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş Abonentin saldosundan görünür ki, İddiaçı akta əsasən Azəriqaz İB-nə 881.28 manat borcu vardır. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı yaşadığı evə sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilsin. Qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 mR/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti • 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparı İsin və hesablanmış məbləğ ödənilsin. 0.8 x 24 x 90= 1728 m3 2.6 x 24 x 90= 5616 m3 Cəmi: 7344 m3 Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir İddiaçı qeydiyyatda olduğu Göyçay şəhəri Atatürk küçəsi ev 92-də Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq ona akta tərtib edildiyini və həmin akta əsasən itirilmiş qazın dəyəri olan 881.28 manat hesablandığını bildirir və həmin pulun silinməsini xahiş edir. Cavabdeh İB tərəfindən İddiaçı itirilmiş qazın dəyərinin hesablanmasına əsas olan sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş subutları tədqiq edərkən İddiaçı xx.xx.2022-ci tarixdə sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2022ci tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasən hesablanmış 881.28 manat borc silinməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh Ağsu X4 idarəsinin xx.xx.2022-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış itirilmiş qazın dəyəri olan 881.28 manat silinməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı barəsində Cavabdeh Ağsu X4 idarəsinin xx.xx.2022-cü il tarixli ******* saylı akta əsasən İddiaçı abonent saldosuna hesablanmış itirilmiş qazın dəyəri olan 881.28 manat silinsin. Qətnamənin icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2064/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2064/2023
13.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver