Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2067/2021 19.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə mülki işə 19 oktybar 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin plan və ölçü sənədinin mərhum əri X4, hüquq subyektləri ona, X2, X3 və X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi (nümayəndəsi, vəkili) Nümayəndə məhkəməyə ərizə təqdim edərək, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçi maraqlı şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2067/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2067/2021
19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver