Məhkəmə qərarları › İş №2(046)-2091/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2091/2021

15.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2091/2021 15.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı əsasında tərtib edilmiş 50 saylı torpaq sahəsinin planı və ölçü sənədinin X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı ilə Göyçay şəhəri Həbibi küçəsindən mərhum anasına 384.75 kv.m torpaq sahəsi ayrılmış və bu barədə 14 may 1999-cu il tarixli 50 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Mərhum anası X6 miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün anasına məxsus ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almaq üçün DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti araşdıran sözügedən inzibati orqan 15.09.2021-ci il tarixli məktubla mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almaqda imtina etmişdir. İmtinanın səbəbi kimi Göyçay rayonu Aqrar İslahat Komissiyasının tərtib etidiyi subyektlərin siyahısında mərhum anasının adı “X5” əvəzinə “X7” göstərilmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş A №284960 saylı torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planından görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 saylı qərarı ilə X4 adına Göyçay şəhərində 384.75 kv.m torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş X8 surətindən görünür ki, X16 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. X1 olmuşdur. Məhkəməyə təqdim edilmiş X9 surətindən görünür ki, X16 17.03.1989-cu il tarixdə X12 ilə nikaha daxil olmuş, nikahdan sonra X14 Quliyev soyadı verilmişdir Məhkəməyə təqdim edilmiş X11 surətindən görünür ki, X5 08.05.2001-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən 15.09.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında X2 adı “X13”qızı kimi yazıldığından Ərizəçi qeydiyyatla bağlı ərizəsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərəfindən verilmiş A №284960 saylı torpaq sahəsinin plan və ölçüsünün Ərizəçim mərhum X1na məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A №284960 saylı torpaq sahəsinin plan və ölçüsünün Ərizəçi mərhum X1na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar