Məhkəmə qərarları › İş №2(046)-213/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-213/2024

31.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-213/2024 31.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-in nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcunun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 779 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, laçın rayon Hocaz kənd sakinidir. 1992- ci ildə Laçın rayonunun işğalından sonra Göyçay rayon Qarabağlar kəndində ailəvi olaraq müvəqqəti məskunlaşmışdır. 2019-cu ilin iyul ayında ailəvi olaraq Bakıya köçüb orda işləmişlər. 2021-ci ilin sentyabr ayında məskunlaşdığı Göyçay rayonuna qayıtmışdır. xx.xx.2022-ci ildə ona qazdan istifadəyə görə 5.60 qəpik borc yazılmış, xx.xx.2022-ci il tarixində borcun miqdarı 779.10 manata qədərə artırılmışdır. Hazırki qaz sayğacı smartkartdır və o növ sayğaca borcun necə yazıldığını və ümumiyyətlə qazdan istifadəyə görə yazılmış 5.60 qəpik borcun bir ayın içində necə 779.10 manat artdığını anlamır. Məsələyə aydınlıq gətirmək üçün dəfələrlə qaz idarəsində olmuş, ona texniki səhv olduğunu demişlər və o, borcun ləğv edilməsini tələb etdikdə, bu yalnız məhkəmə qaydasında mümkün olduğu bildirimişdir. Ərizə və teleqramla dəfələrlə müraciət etməsinə baxmayaraq qaz idarəsindən ona heç bir cavab verilməmişdir. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən qaz idarəsinin qeyri-qanuni ona yazdığı borc 779.10 silinməsini xahiş etmişdir. Hər dəfə sayğaca pul yükləyəndə onun borcu olmadığı halda pulun yarısı sayğaca yüklənmir və borc kimi tutulur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi X3 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı Göyçay rayonu Qarabağlar kəndində yaşayan İddiaçı Talib oğluna məxsus fərdi yaşayış evinə xx.xx.2012ci il tarixdə ******* nömrəli, Elster G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı xx.xx.2016-cı il tarixdə 1602AZ1301160 nömrəli SMART G-4 İTRON tipli qaz sayğacı ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə yenidən həmin qaz sayğacı **********5 nömrəli ZENNER G-4 markalı mexaniki qaz sayğacı ilə əvəz edilmişdir. Elə həmin vaxtdan da etibarən abonentin, hazırkı iş üzrə İddiaçı Talib oğlunun mənzilinə quraşdırılmış qaz sayğacının göstəricisi evdə yaşayış olmadığından götürülməmişdir. Lakin 2022-ci ilin may ayında sayğacların göstəriciləri götürülərkən İddiaçı Talib oğlunun mənzilinə quraşdırılmış qaz sayğacının üzərində 3978 m3 qaz sərfiyyatı olduğu müəyyən edilərək həmin məbləğin dəyəri olan 773.50 qəpik məbləğ abonentin **********00074 nömrəli abonent koduna işlənmişdir. Qeyd etmək istəyir ki, 2022-ci ilin may ayında iddiaçı abonentin mənzilində **********5 nömrəli ZENNER G-4 markalı mexaniki qaz sayğacı olmuşdur. Həmin qaz sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə həmin mexaniki tipli qaz sayğacı çıxarlaraq əvəzinə **********357 nömrəli,ZENNER G4T markalı SMARTKART qaz sayğacı quraşdırılmış, 773.50 qəpik məbləğ də həmin qaz sayğacının SMARTKART-ına yüklənmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli,13 nömrəli Qərarına əsasən əhali abonentləri üçün təbii qazın pərakəndə satış qiyməti 1200 m3-dək hər min kubmetr üçün 120 AZN, yəni hər kubmetr üçün 12 qəpik,1200 m3-dan 2500 m3-dək hər min kubmetr üçün 200 AZN, yəni hər kubmetr üçün 20 qəpik, 2500 m3-dan sonra isə hər minkubmetr üçün 250 AZN, yəni hər kubmetr üçün 25 qəpik məbləğində müəyyən edilmişdir. Həmin tariflər 01 noyabr 2021-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçı Talib oğlunun qaz sayğacının üzərində olan 3978 m3 təbii qazın dəyəri də 1200m3-dək 12 qəpikdən,1200 m3-dan 2500 m3-dək olan 1300 kumbetr hissəsi 20 qəpikdən, ondan sonra qalan 1478 m3 hissəsi isə 25 qəpikdən hesablanmış, ümumilikdə hesablanmış 773.50 (yeddi yüz yetmiş üç manat) 50 qəpik məbləğ onun Göyçay XS-nin TQQ və SX-də olan **********00074 nömrəli abonent koduna işlənmişdir. İddiaçı Talib oğlunun mənzilindən müxtəlif vaxtlarda açılmış qaz sayğaclarına görə ona heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı Talib oğlunun abonent koduna 2022-ci ilin may ayında hesablanaraq vurulmuş 773.50 (yeddi yüz yetmiş üç manat) 50 qəpik məbləğ onun mənzilində istifadə edilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı Talib oğlunun hal- hazırda mənzilində istifadə edilmiş təbii qaza görə Cavabdeh Ağsu RQİİ-nin Göyçay xidmət sahəsinə 601.40 (altı yüz bir manat) qırx qəpik məbləğində debitor borcu vardır. Məhkəmə iclasında Cavabdeh İB-in nümayəndəsi X3 izahatında əlavə olaraq bildirdi ki, 2022-ci ilin aprel ayında qazdan istifadəyə görə iddiaçının abonent koduna 5.60 manat həmin dövrdə idarənin əməkdaşı tərəfindən iddiaçının evində yaşayış olmadığından qaz sayğacının göstəricisinə baxmadan (bir ayın içində təxmini istifadə oluna biləcək qazın orta göstəricisi nəzərə alınmaqla) hesablanmışdır. İddia ərizəsində qeyd olunan borc məbləği (779 manat) isə iddiaçının evdə olmadığı dövrdə qaz borularında yarana biləcək qazın sızıntıları nəticəsində yazılmış ola bilər. İddiaya etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarından görünür ki: Abonent İddiaçı adına olan abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı məxsus Göyçay rayonu, Qarabağlar kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2017-ci ilin üçüncü ayından 2022-ci ilin üçüncü ayına borc hesablanmamış, 2022-ci lin dördüncü ayında 56 m3 təbii qazdan istifadəyə görə 5.60 manat, 2022-ci ilin beşinci ayında 3978 m3 təbii qazdan istifadəyə görə 779.10 manat borc hesablanmışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli,13 nömrəli Qərarına əsasən əhali abonentləri üçün təbii qazın pərakəndə satış qiyməti 1200m3-dək hər min kubmetr üçün 120 AZN, yəni hər kubmetr üçün 12 qəpik,1200 m3dan 2500 m3-dək hər min kubmetr üçün 200 AZN, yəni hər kubmetr üçün 20 qəpik, 2500 m3-dan sonra isə hər minkubmetr üçün 250 AZN, yəni hər kubmetr üçün 25 qəpik məbləğində müəyyən edilmişdir.Həmin tariflər 01 noyabr 2021-ci il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara və tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, iddi tələbi qismən təmin edilməlidir. Abonentin saldosundan da göründüyü kimi istehlakçı İddiaçı məxsus Göyçay rayonu, Qarabağlar kəndində yerləşən fərdi yaşayış evində yaşayış olmadığına görə 2017-ci ilin üçüncü ayından 2022-ci ilin üçüncü ayına kimi təbii qazdan istifadəyə görə borc hesablanmamış, 2022-ci ilin dördüncü ayında 56 m3 təbii qazdan istifadəyə görə 5.60 manat, 2022-ci ilin beşinci ayında 3978 m3 təbii qazın dəyəri də 1200m3-dək 12 qəpikdən,1200 m3-dan 2500 m3-dək olan 1300 m3 hissəsi 20 qəpikdən, ondan sonra qalan 1478 m3 hissəsi isə 25 qəpikdən hesablanmış, ümumilikdə 773.50 (yeddi yüz yetmiş üç manat) 50 qəpik məbləğ iddiaçının Göyçay XS-nin TQQ və SX-də olan **********00074 nömrəli abonent koduna işlənmişdir. Məhkəmə hesablanmış borcun məbləğinə münasibətdə qeyd edir ki, iddiaçının evində yerləşən qaz sayğacına baxış keçirilən zaman (2022-ci ilin may ayında) müəyyən olunmuş cihazlar (dəmir peçi (1/1) və 4 gözlü qaz plitələri (PQ-4) (1/)) 1 ay ərzinə 7/24 işlək vəziyyətdə olsalar da, qazın sərfi abonent saldosunda göstərilən həcmdə olması mümkünsüzdür. Eyni zamanda 2022-ci aprel ayında, yəni iddiaçının evində yaşayış olmadığı vaxtda Cavabdeh İB əməkdaşı tərəfindən qaz sayğacına baxmadan təbii qazdan istifadəyə görə təxmini olaraq borc məbləğinin abonent koduna hesablanması iddia ərizəsində qeyd olunan borcun da qanuni olaraq hesablanmasına şübhə yaradır. Həmçinin, qaz sayğacı artıq utulizasiya olunduğundan mübahisəli məsələni qanunvericilikdə nəzərdə tutlmuş qaydadada ekspertiza keçirməklə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Cavabdeh İB-in nümayəndəsi X2 ifadəsində göstərdiyi xüsusatlar, yəni qaz borularında yarana biləcək qazın sızıntıları nəticəsində 779.50 manat borcun yazılmış ola biləcəyinə münasibətdə məhkəmə qeyd edir ki, bu fakt ehtimallara əsaslanmış və həqiqliyini təsdiq edən hər hansı sübüt məhkəməyə təqdim edilməmişdir. Beləliklə 2022-ci ilin may ayında evdə artıq yaşayış olduğundan həmin dövrdə iddiaçı tərəfindən istifadə olunan qazın orta sərfi nəzərə alınmaqla, isifadə edilmiş təbii qazın həcmi 35 m3 olmaqla, 4.20 manat (35 x 0.12) müəyyən olunmalı, İddiaçı abonent koduna hesablanmış 779 manat məbləğində borc azaldılaraq 4 manat 20 qəpik məbləğində saxlanılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********00074 nömrəli abonent koduna hesablanmış 779 manat məbləğində borc azaldılaraq 4 manat 20 qəpik məbləğində saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar