Məhkəmə qərarları › İş №2(046)-2131/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2131/2021

05.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2131/2021 05.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərə kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsinə əlavə etdiyi 28.09.2021-ci il tarixli HÖP ödəniş qəbzi üzrə Elektron Məhkəmə Sistemində “məhkəməyə ödənilmiş dövlət rüsumunun yoxlanılması” bölməsində dövlət rüsumunu Göyçay Rayon Məhkəməsinin hesabına ödənilməsi yoxlanıla bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərə kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar