Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2132/2024 18.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB\8\2024-00119 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışlar ki, Maraqlı şəxs ilə alimentin artırılması ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-00119 saylı xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” əsasən 1.Birinci tərəf: Hüseynova X3 imzalamaqla İkinci tərəf Maraqlı şəxs ilə Birgə nikahdan anada olmuş yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) uşaqları xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10- dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Hüseynova X3 imzalamaqla İkinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona İkinci tərəf Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Hüseynova X3 imzalamaqla İkinci tərəf Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X2 ilə xx.xx.2024-cü il tarixdən etibarən ayda 2 dəfə olmaqla həftənin bazar günü səhər saat 11:00-dan günorta saat 14:00-dək (ananın iştirakı olmadan) İkinci tərəf (atası) Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına şərait yaradacağına dair öhdəlik götürür. Lakin maraqlı şəxs barışıq sazişində üzərində götürdüyü öhdəlikləri yerinə yetirməmiş, alimenti vaxtı-vaxtında barışıq sazişində göstərilən məbləğdə və müddətdə ödəməmişdir. Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli MŞB\8\2024-00119 saylı barışıq sazişindən görünür ki, 1.Birinci tərəf: Hüseynova X3 imzalamaqla İkinci tərəf Maraqlı şəxs ilə Birgə nikahdan anada olmuş yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) uşaqları xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10- dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Hüseynova X3 imzalamaqla İkinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona İkinci tərəf Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Hüseynova X3 imzalamaqla İkinci tərəf Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X2 ilə xx.xx.2024-cü il tarixdən etibarən ayda 2 dəfə olmaqla həftənin bazar günü səhər saat 11:00-dan günorta saat 14:00-dək (ananın iştirakı olmadan) İkinci tərəf (atası) Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına şərait yaradacağına dair öhdəlik götürür Azərbaycan Respublikası Mlüki Prosessual: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 55-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 55-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli №-MŞB\8\2024-00119 saylı barışıq sazişi qanuni əsaslar bağlanmış, barışıq sazişi bağlandıqdan sonra, Maraqlı şəxs barışıq sazişində üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli №-MŞB\8\2024-00119 saylı barışıq sazişi təsdiq edilməlidir. Eləcə də məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq Ərizəçi verilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDI: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB\8\2024-00119 saylı barışıq sazişi təsdiq edilsin. 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi verilsin. Qətnamənin icrası Maraqlı şəxsnın qeydiyyatda olduğu yer üzrə Bakı şəhər Nəsimi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2132/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2132/2024
18.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver