Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-215/2022 14.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X4 iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müyyən edilmiş müddətin uzadılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 ünvan 1 ünvanda yerləşən mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (qardaşı) X9 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, atası X10 07.12.1988-ci il tarixdə, anası X7 isə 06.12.2008-ci il tarixdə vəfat etmişdir. Rusiya Federasiyasının vətandaşı olduğundan və orada yaşadığından ünvan 1 ünvanda yerləşən mərhum atası X2 mirasın qəbul barədə Cavabdehna rəsmi olaraq müraciət edə bilməmişdir. Cavabdeh notariusu X8 29.07.2021-ci il tarixli məktubla həmin mirasın qəbulu ilə bağlı müddət ötürdüyündən məhkəməyə nüraciət etməyi tövsiyə edilmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Göyçay rayon Notariat ofisinə məhkəmə baxışının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş gəlməməmələrinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X1 surətindən görünür ki, X9 28.11.1952-ci il tarixdə, İddiaçı 06.06.1960-cı il tarixdə anadan olmuşlar, ataları X11, anaları X5r. Məhkəməyə təqdim edilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 4898 saylı texniki pasportdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında şəhadətnamələrin surətindən görünür ki, X11 07.12.1988-ci il tarixdə, X7 06.12.2008-ci il tarixdə vəfat etmişlər. Məhkəməyə təqdim edilmiş Cavabdeh notariusu tərəfindən İddiaçı verilmiş 29.07.2021-ci il tarixli imtina məktubundan görünür ki, X3 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mirası qəbul etmək müddəti ötürülümüşdür. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı mərhum atası X3 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini qəbul etmək müddətini ötürmüşdür. Hazırda iddiaçı həmin əmlaka dair mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş edir. Azərbaycan Respublikası MM-nin 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, mərhum atası X6 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi müddəti uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum atası X6 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-215/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-215/2022
14.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver