Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2235/2024 28.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, maraqlı şəxs MCİ MMC-yə qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək MCİ MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16/2024-01017 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, 2023-cü il mayın 15-i Maraqlı şəxs MMC-də işə daxil olub 62 gün işləmişdir. 15 iyul 2023-cü il tarixdə işi təhvil vermişdir. Lakin şirkət hər dəfə bir bahanə gətirərək əmək haqqını ödəməmişdir. Şirkətdə işləyən Ömər adlı şəxs 2-3 gün ərzində pulunun veriləcəyini bildirsə də daha sonra telefonu söndürmüş və ona zəng çatmamışdır. Daha sonra şirkətin rəhbəri ilə əlaqə saxlamış, pulunu ödəyəcəklərini bildirmişdir. Lakin verdiyi sözə əməl etməmiş, əmək haqqını ödəməmişdir. xx.xx.2024-cü il tarixdə əmək haqqının ödənilməsi ilə bağlı Bakı 16 saylı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh tərəflə əmək haqqının iki dəfəyə ödənilməsi ilə bağlı aramızda aşağıdakı barışıq sazişi bağlanmışdır. Sazişin 1-ci bəndinə görə Maraqlı şəxs MMC Ərizəçi ümumilikdə 1400 manat ödəniş edəcəyini təsdiq edir. Sazişin 2-ci bəndinə görə Maraqlı şəxs MMC xx.xx.2024-cii il tarixə qədər Ərizəçi 700 manat ödəniş edəcək.Sazişin 3-cü bəndinə görə Maraqlı şəxs MMC xx.xx.2024-cü il tarixə qədər Ərizəçi 700 manat ödəniş edəcək. Lakin İkinci tərəf yəni Maraqlı şəxs MMC barışıq sazişi ilə iki dəfəyə ödəməyi öhdəsinə götürsədə ümumiyyətlə ödəniş etməmişdir. Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə ərizəçiyə və maraqlı şəxsə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli №-MŞB/16/2024-01017 saylı barışıq sazişindən görünür ki, 1. Maraqlı şəxs MMC Ərizəçi ümumilikdə 1400 (bir min dörd yüz) manat ödəniş edəcəyini təsdiq edir. 2. Maraqlı şəxs MMC xx.xx.2024-cü il tarixə qədər Ərizəçi 700 (yeddi yüz) manat ödəniş edəcək. 3. Maraqlı şəxs MMC xx.xx.2024-cü il tarixə qədər Ərizəçi 700 (yeddi yüz) manat ödəniş edəcək. Azərbaycan Respublikası Mlüki Prosessual: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 55-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 55-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə maraqlı şəxs MCİ MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli №-MŞB/16/2024-01017 saylı barışıq sazişi qanuni əsaslar bağlanmış, barışıq sazişi bağlandıqdan sonra, maraqlı şəxs MCİ MMC barışıq sazişində üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi ilə maraqlı şəxs MCİ MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli №-MŞB/16/2024-01017 saylı barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçinın ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDI: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs MCİ MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16/2024-01017 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamənin icrası maraqlı şəxs MCİ MMC-nin hüquqi ünvanının qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2235/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2235/2024
28.11.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver