Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2277/2024 06.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ\2024\MT01718 saylı barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2008-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində rəsmi nigah qeydiyyata alınmaqla ailə qurmuşdur. Birgə nigahdan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 anadan olmuşdur. Ailə qurduqda ilk müddətdə cavabdehlə münasibətləri normal olmuş, sonradan aralarında olan münasibətlərdə kəskin dəyişiklər baş vermişdir. Belə ki, cavabdeh ailəsinə, uşaqlarına baxmır. Bu səbəbdən daima aralarında mübahisələr baş vermişdir. Bu səbəbdən cavabdehlə boşanmaq qərarına gəlmişdir. Artıq uzun müddətdir ayrı yaşayırıq. Nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Nikahın pozulması ilə bağlı Mediasiyaya müraciət etmiş, müraciətinə əsasən Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən X4 mediator təyin edilmişdir. cavabdeh Maraqlı şəxs ilə xx.xx.2024 cü il tarixində mediasiya prosesində iştirak etmiş və cavabdeh Maraqlı şəxs ilə aralarında “Barışıq Sazişi” imzalanmışdır. Barışıq sazişinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 onun himayəsində qalması, xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların 18 yaşına çatanadək hər bir uşağa ayda 175 manat olmaqla, ayda cəmi 350 manat alimentin onun bankdakı kart hesabına ödənilməsi barədə, eyni zamanda tərəflər aralarında əmlak, mənzil və uşaqlarla ünsiyyət hüququ ilə bağlı heç bir mübahisə olmaması barədə razılığa gəlmişlər.Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların 18 yaşına çatanadək hər bir uşağa ayda 175 manat olmaqla, ayda cəmi 350 manat alimentin onun hesabına ödənilməsinə razılaşmasına baxmayaraq bu gün aliment ödəməkdən boyun qaçırır. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün Mediasiya haqqında Azərbayca Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir.Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli MŞŞ\2024\MT01718 saylı barışıq sazişindən görünür ki,1. ’’Tərəflər” aralarında bağlanmış nikahın davam etdirilməməsi barədə razılığa gəlirlər. 2. “Tərəflər” aralarında birgə nikahlarından xx.xx.2009-cu ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X1 anası Ərizəçi himayəsində qalması barədə razılığa gəlirlər. 3. ’’Tərəflər” aralarında iki uşağın saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların 18 yaşına çatanadək hər bir uşağa ayda 175 manat olmaqla, ayda cəmi 350 manat alimentin Ərizəçi xeyrinə bankdakı kart hesabına ödənilməsi barədə razılığa gəlirlər. 4. ’’Tərəflər” arasında mənzil, əmlak, ünsiyyət və s. barədə mübahisə yoxdur. Azərbaycan Respublikası Mlüki Prosessual: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 55-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 55-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli №-MŞŞ\2024\MT01718 saylı barışıq sazişi qanuni əsaslar bağlanmış, barışıq sazişi bağlandıqdan sonra, Maraqlı şəxs barışıq sazişində üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli №-MŞŞ\2024\MT01718 saylı barışıq sazişi təsdiq edilməlidir. Eləcə də məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq Ərizəçi verilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDI: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ\2024\MT01718 saylı barışıq sazişi təsdiq edilsin. 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2277/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2277/2024
06.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver