Məhkəmə qərarları › İş №2(046)-2317/2022

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2317/2022

07.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2317/2022 07.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizələri üzrə mülki işlərin birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizələri ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hər iki mülki işin materiallarını araşdıraraq hesab edir ki, tərəflər, predmet və işlərin növü eyni olduğundan işlərin birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, hər iki iş üzrə tərəflər və predmet eyni olduğundan, işlər eyni növlü olduğundan 2(046)-2316/2022 nömrəli və 2(046)-2316/2022 saylı mülki işlər bir icraatda birləşdirilməli və birləşdirilmiş mülki işə 2(046)-2316/2022 nömrə verilməlidir. Məhkəmə iclasında iştirak edən tərəflər məsələyə etiraz etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair 2(046)-2316/2022 saylı və 2(046)-2317/2022 saylı mülki işlər bir icraatda birləşdirilsin və birləşdirilmiş mülki işə 2(046)-2316/2022 saylı nömrə verilsin. HAKİM İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar