Məhkəmə qərarları › İş №2(046)-2335/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2335/2025

07.10.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2335/2025 07.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ/2024/MT01637 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, maraqlı Maraqlı şəxs ilə aralarında “Barışıq Sazişi” imzalanmışdır. Barışıq sazişinə əsasən aralarında bağlanmış xx.xx.2014-cü il tarixli nigahın davam etdirilməməsi,birgə nigahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1,xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 onun himayəsində qalması və üç uşağın saxlanılması üçün, onların 18 yaşına catana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlamaqla, hər bir uşağa 140 manat olmaqla ayda cəmi 420 manat alimentin onun xeyrinə, Maraqlı şəxs bank hesabındakı karta köçürülmə yolu ilə ödənilməsini ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs alimentin onun hesabına ödənilməsinə razılaşmasına baxmayaraq bu günədək aliment ödəməkdən boyun qaçırır. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün Mediasiya haqqında Azərbayca Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir.Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməməli barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli MŞŞ/2024/MT01637 saylı barışıq sazişindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1,xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 anası Ərizəçi himayəsində qalması və üç uşağın saxlanılması üçün, onların 18 yaşma şatana kimi, xx.xx.2024-cü il tarixdən başlamaqla, hər bir uşağa 140 manat olmaqla ayda cəmi 420 manat alimentin Ərizəçi xeyrinə, bank hesabındakı karta köçürülməsi yolu ilə ödənilməsi Maraqlı şəxs öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mlüki Prosessual: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 55-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 55-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli №-MŞŞ/2024/MT01637 saylı barışıq sazişi qanuni əsaslar bağlanmış, barışıq sazişi bağlandıqdan sonra, Maraqlı şəxs barışıq sazişində üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli №-MŞŞ/2024/MT01637 saylı barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDI: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ/2024/MT01637 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamənin icrası Maraqlı şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar