Məhkəmə qərarları › İş №2(046)-2376/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2376/2025

13.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2376/2025 13.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı X3 Cavabdeh İB-nə qarşı iddia cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 Cavabdeh İB-nə sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq yazılmış 6687.36 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nə sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq yazılmış 6687.36 manat cərimə məbləğinin azaldılaraq 682.56 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında aliə üzvləri birlikdə yaşayır.Evdə qaz hesabatları onun adımnadır,müqavilə onunla bağlanmışdır. 2020-ci il 2ci Qarabağ Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə Balçılıq təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə Laçın rayonuna getmişdir. Lakin Göyçay rayonunda yerləşən evinə arabir gəlib baş çəkir. 26 mart 2023-cü il tarixdə Göyçay qaz idarəsinin işçiləri evdə olmayan vaxtı ona məxsus olan fərdi yaşayış evinə baxış keçirdən zaman guya sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də ona qanunsuz olaraq 6687.36 manat məbləğində cərimə yazmışlar. Həmin xətt aşkar edilməsindən nə onun, nə də digər ailə üzvlərinin xəbəri olmamışdır. Çünki həmin vaxt evdə heç kim olmamışdır. Qaz idarəsinin işçiləri qonşu həyətdən onun həyətinə keçərək guya əlavə qaz xəttini aşkar etmişlər. Ona görə də hesablanaraq abonent kodunaa yazılmış məbləğ ilə razı deyil, tamamilə qanunsuz və silinməlidir. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən mənzilində istifadə edilən qaz cihazlarının 360 günə hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də ona yazılmış cərimə məbləği tamamilə qanunsuzdur və hesab edir ki, azaldılmalıdır. Belə ki Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 26 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə altı adda qaz cihazının orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Cavabdeh İB-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına və daxili təlimatlarına istinad etmişdir. Cavabdeh İB-nin istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Bu səbəbdən dəymiş zərərin müəyyənləşdirildiyi “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatları sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011 -ci il tarixli qərarı və Cavabdeh İB Ağsu RQİİnin xx.xx.2020-ci il tarixli qərarı X9 Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qərarların müddəaları istehlakçı üçün məcburi xarakter daşımır. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan sui-istifadə edərək mənim qanunla qorunan hüquqlarımı kobud şəkildə pozmuşlar. iddiaya etiraz: ünvan 1 ünvanında yaşayan İddiaçı Göyçay rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanmış 6687.36 manat cərimə məbləğinin silinməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun mənzilində sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar edilməsinə baxmayaraq həmin xəttdən istifadə edilmədiyini, hesablanmış cərimə məbləğinin qanunsuz olaraq həddən artıq şişirdildiyini bildirərək hesablanmış məbləğin əsassız olduğu üçün silinməsini xahiş etmişdir Hesab edirəm ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2025-ci il tarixində ”Azəriqaz” X4 RQİİ-nin İSQNŞ-nin əməkdaşları ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, onun, mənzilində sayğacdan kənar əlavə qaz xəttindən istifadə edildiyini aşkar etmişlər. Bununla bağlı xx.xx.2025 -ci il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2025 -ci il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2025 -ci il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 55728 m3 – 6687.36 (altı min altı yüz səksən yeddi manat) 36 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 6687.36 (altı min altı yüz səksən yeddi manat) 36 qəpik məbləğ mənzilində quraşdırılmış qaz sayağcından qanunsuz olaraq qurutma sexində istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd etmək istəyirəm ki,iddiaçının mənzilində sayğacdan kənar əlavə qaz xətti aşkar edilən zaman mobil telefon vasitəsi ilə çəkiliş edilmişdir. (1 ədəd CD disk əlavə edilir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı “Təbii qazdan istifadə Qaydaları” 6.5-2 bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədi ilə qaz sayğacına müdaxilə edildikdə ( plomb qırıldıqda,baxış şüşəsi sıdırıldıqda,gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda) qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək,lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin,habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı,digər istehlakçılara nisbətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesabalanır Hazırkı iş üzrə də hesabat bu qaydaya əsasən aparılmışdır Abonent İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə,qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 216,217,218,220-ci maddələrinə istinad edərək X8 edirəm ünvan 1 ünvanında yaşayan İddiaçı əsassız hesablanmış 6687.36 manat cərimə məbləğinin silinməsi tələbinə dair İddia ərizəsinin əsassız hesab edilməsi və bu əsasdan da iddianın təmin edilməməsi barədə Məhkəmə qətnaməsi çıxarasınız. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə iddiaçı X7 ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi X10 ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. İş dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı X5 məxsus Göyçay şəhəri B.Mirzəyev küçəsi ev 97-də yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar boru ilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş **********0000 saylı Abonentin saldosundan görünür ki, X3 akta əsasən Azəriqaz İB-nə 6687.36 manat borcu vardır. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı X3 yaşadığı evə sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilsin.Qaz işlədicilərindən Kombi maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat, müddəti 360 gün, Dəmir Soba maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat, müddəti 180 gün, iran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat, müddəti 180 gün, yer ocağı maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat, müddəti 360 gün, PQ3(stolüstü) maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat, müddəti 360 gün, PQ3 maksimal saatlıq qaz sərfi 0.8 ırvVsaat, orta günlük iş rejimi 24 saat və hesabat 360 müddəti gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 2.6 x 24 x 360 = 22464 m3 1.4x24 x 180 = 6048 m3 1.5 x 24 x 180 = 6480 m3 0.8x24x360 = 6912 m3 0.8x24x360 = 6912 m3 0.8x24x360 = 6912 m3 Cəmi: 55728 m3 Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “X2 dəyişiklik edilməsi haqqında” 25 iyun 2023-cü il tarixli, 218 nömrəli Qərarın 6.5. bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunun tələbindən də göründüyü kimi,əgər cavabdeh oraqn mənim mənzilimdə hər hansı bir qanunsuz istifadə halı aşkar etmiş olsaydı əgər, barəmdə tərtib edilmiş akt və ya digər sənədləri barəmdə tədbir görülməsi üçün aidiyyəti olaraq müvafiq quruma göndərməli, həmin qurumda araşdırma aparılaraq mənim mənzilimdə təbii qazdan hər hansı bir qanunsuz istiafadə halı təsdiq edilməli idi. Lakin hazırkı vəziyyətdə cavabdeh orqan Qanunun tələblərini pozaraq barəmdə hər hansı bir inzibati qərar olmadan mənə qanunsuz olaraq cərimə tətbiq etmiş,öz vəzifə səlahiyyətlərindən sui-istifadə edrək mənim qanunla qorunan hüquqlarımı pozmuşlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2.maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 21.3.maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə hesab edir ki, X3 2023-cü ilin mart ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində 6687.36 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, X7 2023-cü ilin mart ayında qanunsuz olaraq qazdan istifadə etmiş, Azəriqaz İB isə X12 2.6 x 24 x 360 = 22464 m3 1.4x24 x 180 = 6048 m3 1.5 x 24 x 180 = 6480 m3 0.8x24x360 = 6912 m3 0.8x24x360 = 6912 m3 0.8x24x360 = 6912 m3 Cəmi: 55728 m3 müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 6687.36 manat hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, X3 qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı X3 iddiası qismən təmin edilməli, Cavabdeh Ağsu X11 idarəsinin xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən X5 hesablanmış 6687.36 manat cərimə məbləğindən 6004.80 manatı silinməli, 682.56 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı X7 barəsində Cavabdeh İB-nin Ağsu X11 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən X5 hesablanmış 6687.36 manat cərimə məbləğindən 6004.80 manatı silinsin, cərimə məbləği 682.56 manat müəyyən edilsin. Qətnamənin icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar