Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2385/2023 14.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda cavabdeh X2 tərəfindən xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə bitişik inşa edilmiş talvar tikilisinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmənin hazırlıq iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. İddiaçı cavabdeh X1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair ərizəsi üzrə işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verilmiş, iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilmişdir. İşi məhkəmədə baxılmağa hazırlamaq qaydasında Azərbaycan Respublikası MPMnin 167-ci maddəsində nəzərdə tutulmuş zəruri hərəkətlər edilmişdir. Eyni tərəflər arasında Göyçay Rayon Məhkəməsinin icraatında olan digər 2(046)- 2224/2023 saylı mülki iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 0,073867 həyətyanı torpaq sahəsinə hasar çəkmə işlərinin aparılmasına cavabdeh İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli mülki işlər olduğundan bu işlərin birləşdirilməsi məqsədə müvafiqdir. Ona görə də İddiaçı cavabdeh X1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(046)-2385/2023 saylı mülki iş ilkin olaraq icraata qəbul edilmiş iddiaçı Cavabdeh İddiaçı qarşı mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində hasar çəkilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair digər 2(046)- 2224/2023 saylı mülki işə birləşdirilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 169, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh X1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(046)- 2385/2023 saylı mülki iş ilkin olaraq icraata qəbul edilmiş iddiaçı Cavabdeh İddiaçı qarşı mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində hasar çəkilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair digər 2(046)-2224/2023 saylı mülki işə birləşdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-2385/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2385/2023
14.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver