Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2405/2023 20.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azəriqaz İB tərəfindən abonent saldosuna hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı adından imzalanmış iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Göyçay rayon poçt şöbəsinə verilmişdir. Göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən, onun tərəfindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsinin imzalanması və poçta verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.2.-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçınun cavabdeh Azəriqaz İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.2, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsi və əlavə edilmiş sənədlər mərhum İddiaçı qeydiyyatda olduğu Göyçay şəhəri şəhəri Füzuli küçəsi ev 20-ə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-2405/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2405/2023
20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver