Məhkəmə qərarları › İş №2(046)-2407/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2407/2025

29.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2407/2025 29.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-ə qarşı borcun silinməsi tələbinə dair ilkin, qazdan istifadəyə görə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AzəriQaz İB-i tərəfindən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azəriqaz İB İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı qazdan istifadəyə yaranmış 824.45 manat borcun və sayğacdan kənar qaz xəttindən istifadəyə görə yaranmış 2073.60 manat borcun və 49 manat dövlət rüsumun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azəriqaz İB-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddianın geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş **********62 nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, AzəriQaz İB tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 49 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "Azəriqaz" İB-ə qarşı borcun silinməsi tələbinə dair ilkin, qazdan istifadəyə görə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş baxılmamış saxlanılsın. Azəriqaz İB tərəfindən xx.xx.2025-ci il tarixdə **********62 nömrəli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 49 manat dövlət rüsumu Azəriqaz İB-nə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar