Məhkəmə qərarları › İş №2(046)-242/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-242/2023

30.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-242/2023 30.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş protokola əsasən ona hesablanmış 717.25 manat pulun abonent hesabından silinməsina dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonunun Müskürlü kəndində yaşayır və fərdi yaşayış evinə gələn elektrik enerjisi xəttinə təxminən 10 il əvvəl “X3 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Göyçay paylayıcı Elektrik Şəbəkəsi tərəfindən həyətinin daş hasarına elektik sayğacı quraşdırılmışdır. Sərf edilmiş enerjinin dəyəri hər ay müəyyən vaxtlarda cavabdeh ’’Azərişıq“ ASC-nin X5 Elektrik Satış İdarəsinin Göyçay rayon Elektrik Şəbəkəsinin əməkdaşının yazdığı bildirişə əsasən ödənilmiş və heç vaxt elektik sayğacında enerji uçotunun pozulması aşkar edilməmişdir. 06 iyul 2022-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri elektrik sayğacına baxış keçirib təxminən bir neçə gün sonra sayğacı dəyişmişlər. Sayğacı dəyişdirən zaman onu möhürləyib plomblamış və iştirakı ilə labarotoriyada sökülüb baxılacağını, labaratoriyada sökülən zaman ona xəbər veriləcəyini bildirmişlər. Lakin cavabdeh bu barədə ona xəbər verməmişdir. Bir neçə gün əvvəl işlənmiş elektrik enerjisinə görə pul ödəmiş, lakin ödədiyi pulun bır hissəsinin borc kimi tutulduğunu bilmişdir, cavabdehin əməkdaşı köhnə elektrik sayğacına görə ona 717,25 manat məbləğində borc yazıldığını bildirmişdir. Halbuki istifadə etdiyi enerjiyə görə mütəmadi olaraq pul vəsaiti ödəmişdir. Bundan sonra borc hesablanması barədə aktın surətini cavabdehin əməkdaşlarından almışdır. Həmin akt cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, lakin onun bundan xəbərim olmamış və iştirakı təmin edilməmiş və məlumat verilməmişdir. Cavabdeh təşkilatın nümayəndələri aktı yalnız öz əməkdaşlarının iştirakı ilə tərtib etmişdir. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarf’nın 8.33-cü 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək göstərmişdir ki, 06 iyul 2022-ci il tarixdə "xxxx" ASC-nin Göyçay EŞ-nin əməkdaşları Qubadov Mirkazım, Cəbiyev Nicat və Mütəllimov Rəşad tərəfindən Göyçay rayonu Müskürlü kəndində yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz sayğacın “A”dövlət möhürünün müdaxiləli olmasına şübhə yaranmışdır. Bu səbəbdən İddiaçı barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq Akt R №262963 saylı akt tərtib edilmişdir. Aktda sayğacın laboratoriya şəraitində yoxlanaraq rəy verilməsi və sayğacdan keçən yükün 0,95 kvt təşkil etməsi barədə qeydiyyat aparılmışdır. Aktın “tələb hissəsində” hissəsində “ çıxarılan sayğacın yeni sayğacla əvəz olunsun ” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı akta imza etməkdən imtina etmişdir. Bu barədə aktın müvafiq hissəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə qeydiyyat aparılmışdır. Qüsurlu elektrik hesablama sayğacı xx.xx.2022-ci il tarixdə “pozuntu faktını aşkar etmiş əməkdaşlar tərəfindən “EEİQ”-nın tələblərinə uyğun olaraq qablaşdırılaraq laborataoriya şəraitində yoxlanması üçün götürülmüşdür. Bu barədə “məişət istehlakçılarında sayğacların dəyişdirilmıəsi, yoxlanılması və quraşdırılması haqqında” 130715 №-li Protokol tərtib edilərək Göyçay Eş-nir əməkdaşı A.Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. Protokolun “qeyd” hissəsində “262963 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. Çıxarılan sayğac paketə qoyuldu. ******* saylı möhürlə möhürləndi. 10 gün müddətində laborotoriyada yoxlanılacaq, iştirak edə bilərsiniz- *** *** ** **, möhürə müdaxilə ” qeydiyyatı aparılmışdır. Qüsurlu elektrik hesablama sayğacı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin laboratoriya« mərkəzində komissiya tərəfindən yoxlanılmışdır. Aktın “Yoxlama nəticəsi” hissəsində “nümunəvi verilən yük 0,5 A olduqda 0,61 faiz 0,5 A olduqda 0,54% və 5 A olduqda 0,66 % az sərfiyyat qeydetdiyi ” barədə qeydiyyat aparılmışdır. Yoxlamanın nəticələrinə dair “Sayğacların və cəryan transformatorlarının yoxlanılması” haqqınd 005287 № AKT-Protokol tərtib edilmişdir. Aktın “yoxlama zamanı aşkar olunan qüsurlar” hissəsind “sayğacın zavod istehsalı olan “A” möhürləri pozulub. Sayğacın daxilinə baxış zamanı hesab mexanizin üzərində cızıqlar müşahidə olundu. Sayğac istismara yararsızdır, qeydiyyatı aparılmışdır. Akt komissya üzvləri tərəfindən imzalanmışdır. "xxxx" ASC-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən xx.xx.2022-ci il tarixli, AKT R № 262963 saylı akta və sayğacın laborotoriya şəraitində yoxlanılması barədə tərtib edilmiş 005287 nömrəli Akt-Protokola əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 365 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 722,45 manat təşkil edən 5825 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi ərizəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən barəsində akt tərtib edilərkən “Qaydalar”ın 8.33-cü bəndinin tələblərini pozaraq 2 nəfər hal şahidinin iştirakını təmin etmədiklərini bildirmişdir. İzah edir ki, İddiaçı barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər-hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektrik Enerjisindən istifadə Qaydalarında dəyişiklik edilmişdir. Həmin Qərarla “Qaydalar”ın 8.32 və 8.33-cü bəndləri çıxarılaraq 8.17-ci bəndi yeni redaksiyada verilmişdir. Buna görə də iddianın rədd edilməsin xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 262963 nömrəli "xxxx" ASC-nin Göyçay EŞ-nin əməkdaşları Mirkazım Qubadov, Nicat Cəbiyev və Rəşad Mütəllimov tərəfindən tərtib edilmiş aktdan görünür ki, Göyçay rayonu Müskürlü kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz edən sayğacın “A”dövlət möhürünün müdaxiləli izi vardır. Labaratoriya şəraitində yoxlanılmalıdır. Tələb: Qüsurlu sayğac yeni sayğacla əvəz edilsin. Qeyd: akt Mirkazım Qubadov, Nicat Cəbiyev və Rəşad Mütəllimov tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim edilmiş 130715 nömrəli protokoldan görünü ki, 262963 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. Çıxarılan sayğac paketə qoyuldu. ******* saylı möhürlə möhürləndi.10 gün müddətində laborotoriyada yoxlanılacaq, iştirak edə bilərsiniz- *** *** ** **, möhürə müdaxilə ” qeydiyyatı aparılmışdır. Protokol istehlakçı Kərimli.Ə tərəfindən imzanmışdır. Məhkəməyə təqdim edilmiş Sayğacların və cərəyan transformatorların yoxlanması haqqında xx.xx.2022-ci il tarixli 130715 saylı protokoldan görünür ki, DD926 tipli, ********** zavod nömrəli sayğac laboratoriya şəraitində yoxlanılmış, sayğacın zavod istehsalı olan “A” möhürləri pozulub, Sayğacın daxilinə baxış zamanı hesab mexanizimi üzərində cızıqlar müşahidə olundu. Sayğac istismara yararsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra Qaydalar) 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəməyə təqdim edimiş sübutlarla müəyyən ediliri ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Göyçay EŞ-nin əməkdaşları Mirkazım Qubadov, Nicat Cəbiyev və Rəşad Mütəllimov tərəfindən İddiaçı məxsus Göyçay rayonu Çaxırlı kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış DD926 tipli, ********** zavod nömrəli sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın “A" möhrünə müdaxilə edildiyi müəyyən edilmiş, sayğac yenisi ilə əvəz edilmiş, əvəz edilən sayğac dövlət yoxlanılmasına göndərilmiş, bu barədə akta müvafiq qeydlər edilmişdir. Akt "xxxx" ASC-nin Göyçay EŞ-nin əməkdaşları Mirkazım Qubadov, Nicat Cəbiyev və Rəşad Mütəllimov tərəfindən imzalanmışdır. Bundan sonra 130715 nömrəli protokol tərtib edilmiş, İddiaçı Məmməh oğluna, onun yaşadığı evdən çıxarılmış sayğacın 10 gün ərzində dövlət yoxlanılmasına göndəriləcəyə, iştirak edə biləcəyi hüququ izah edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Məmməh oğluna məxsus fərdi yaşayış evindən çıxarılmış DD926 tipli ********** nömrəli sayğac yoxlanılmış, sayğacın zavod istehsalı olan “A” möhürlərinin pozulması, Sayğacın daxilinə baxış zamanı hesab mexanizimi üzərində cızıqlar olduğu və sayğac istismara yararsız olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus Göyçay rayonu Çaxırlı kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış DD926 tipli, ********** zavod nömrəli sayğaca baxış keçirilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarının 8.17-2-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, aktda qeyd edilmiş pozuntu texniki vasitələrlə foto və ya videoçəkilişlə qeydə alınmamışdır. Bundan başqa məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlarda İddiaçı Məmməh oğlunun sayğaca müdaxilə etməsinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin elektrik enerjisindən istifadə Qaydalarının pozulmasını əsas götürərək İddiaçı 717.25 manat ziyan tələb etməkdə haqlı deyildir. İddiaçı hesablanmış 717.25 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin İddiaçı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə xx.xx.2021-ci il tarixli 262963 saylı protokola əsasən abonent koduna hesablanmış 717.25 manat borc pul silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar