Məhkəmə qərarları › İş №2(046)-2460/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2460/2025

04.11.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2460/2025 04.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil və Maraqlı şəxs iştirakı ilə, barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT043-2025-00191 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışlar ki, Ərizəçi Maraqlı şəxs ilə 05 may 2008 ildə rəsmi nigaha girməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 anadan olmuşlar. Ailə qurduqları ilk dövrlərdə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pozulmuş, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə rəsmi təkiflə müraciət edərək boşanma və uşaqların saxlanması barədə danışmağın vacib olmasını bildirsə də maraqlı şəxs təklifə cavab verməmiş, məcbur olub mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatında iştirak edərək vacib məsələlər barədə razılığa gələ bilmişlər və nəticədə aralarında barışıq sazişi bağlanmışdır.İddia ərizəsi ilə nigahın pozulması tələbi ilə Göyçay rayon məhkəməsinə müraciət etmiş, hazırki iş üzrə, iş materiallarının, rəy verilməsi üçün Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına göndərilməsi ilə əlaqədar icraat dayandırılmışdır. Barışıq sazişinə əsasən,aralarında bağlanmış 05 may 2008-ci il tarixli nigahın davam etdirilməməsi, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində həyət evi, dəyəri 120.000 manat olan 5 otaqlı mənzili Maraqlı şəxs verməyi, birgə nigahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X4 anası Maraqlı şəxs himayəsində qalması və maraqlı şəxs tərəfindən gələcəkdə iki uşağın saxlanılması üçün, onların 18 yaşına çatana kimi, aliment tələb etməyəcəyi və heç bir məhkəməyə aliment tələbi barədə müraciət etməyəcəyi barədə razılıq əldə olunmuşdur. Barışıq sazişində icra müddəti ayrıca göstərilmədiyindən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, bu saziş imzalandığı gündən etibarən 10 gün ərzində könüllü şəkildə icra edilməli idi. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün “Mediasiya hqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Lakin Maraqlı şəxs qeyd olunan şərtlərlə razılaşmasına baxmayaraq, Göyçay rayon məhkəməsinə aliment tələbi ilə müraciət etmişdir. Bu, onun, öhdəliyin könüllü icrasından qəsdən yayınmasını və məhkəməyə müraciətə məcbur etməsini açıq şəkildə göstərir. Buna görə də ərizənin təmin edilməsini xahiş edir. İş üzrə Maraqlı şəxs ərizəni qəbul etməyərək göstərmişdir ki, Ərizəçi mülkiyyətində olan Bakı şəhərində yerləşən fərdi yaşayış evini onun adına rəsmiləşdirməmişdir. Buna görə də aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ərizə əsassızdır və rədd edilməlidir. Tərəflərin izahatını dinləyən, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsassız olduğundna rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, MŞA/MT043-2025-00191 saylı barışıq sazişindən görünür ki, Birinci tərəf, Maraqlı şəxs, Ərizəçi birgə nikahdan anadan olmuş xx.xx.2008-cü il təvəllüdlü X2 ve xx.xx.2016-cu il təvəllüdlü, X4 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat, cəmi iki uşağa görə 492 (dörd yüz doxsan i k i ) manat aliment pulunu, poçt və ya kart vasitəsilə ödəcəyini istəyir. İkinci tərəf Ərizəçi birinci tərəf, Maraqlı şəxs təklifini qəbul edərək, qeyd etdiyi birgə nikahdan anadan olmuş xx.xx.2008-cü il təvəllüdü X2 və xx.xx.2016-cu il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, alimenti, Bakı şəhəri, Binəqədi rayonu, Biləcər qəsəbəsi, Ordubadi küçəsində həyət evi, dəyəri 120 (bir yüz iyirmi) min manat olan 5 (beş) otaql mənzil verməyə hazırdır. Bir şərtlə ki, birinci tərəf, Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məndən aliment istəməyəcək və alimentiı tələbi barədə məhkəməyə müraciət etməyəcək. Birinci tərəf Maraqlı şəxs, İkinci tərəf, Ərizəçi təklifini qəbul edərək onunla razılaşır və gələcəkdə birgə nikahdan anadan olmuş xx.xx.2008-cü i təvəllüdlü X2 və xx.xx.2016-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçiin, alimenti tələb etməyəcəyinə öhdəlik götürür və heç bir məhkəməyə aliment tələbi barədə müraciət etməyəcək. Azərbaycan Respublikası Mlüki Prosessual Məcəlləsi: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 55-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 55-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qanunun mənasından göründüyü kimi valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Tərəflər arasında bağlanmış barışıq sazişindən isə görünür ki, Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan anandan olmuş, Maraqlı şəxs himayəsində yaşayan azyaşlı uşaqların saxlanması üçün aliment ödəmək öhdəliyindən mülkiyyətində olan əmlakı Maraqlı şəxs verməklə əvəzləşdirmək istəmişdir. Lakin qanunla belə uşaqların saxlanması üçün aliment məhdudlaşdırıla bilməz. Eləcə də məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi mülkiyyətində olan mənzili bu günədək Maraqlı şəxs mülkiyyətinə vermək barədə öhdəliyini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT043-2025-00191 nömrəli barışıq sazişi qanuna zidd olduğundan təsdiq edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçinın ərizəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDI: Ərizə təmin edilməsin. Ərizəçi Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT043- 2025-00191 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar