Məhkəmə qərarları › İş №2(046)-2579/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2579/2025

26.01.2026 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2579/2025 26.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil maraqlı şəxs Göyçay rayon Notariat Ofisinin notariusu X7 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə imtinasının əsassız sayılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək notariat ofisinin notariusunun məcburi payın rəsmiləşdirilməsindən etdiyi imtinanın qanunsuz hesab olunması, X3 miras qalmış, ünvan 1 ünvan ünvan 2 vəsiyyət üzrə vərəsə Ərizəçi adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması vəzifəsinin Göyçay rayon Notariat Ofisinin notariusuna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvan ünvan 3ərdi yaşayış evi X3 miras qalmışdır. X8 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. X11 vəfat etməmişdən öncə, yəni 02 oktyabr 1996-cı il tarixdə mülkiyyətində olan fərdi yaşayış evini nəvəsi Ərizəçi vəsiyyət etmişdir. Azadə Quliyevanın vəfatından sonra ondan miras qalan fərdi yaşayış evinə dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Ərizəçi notariat kontoruna müraciət etmiş, onun müraciəti əsasında vərəsəlik işi açılmış, X4 istisna olmaqla, digər İ növbəli vərəsələr məcburi paylarından imtina etdikləri üçün həmin miras əmlakın 11/12 hissəsi vəsiyyət üzrə Ərizəçi keçmiş, qaib vərəsə (X4) olduğu üçün 1/12 hissəsi isə açıq saxlanmış və bu barədə 22 dekabr 2008-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2008-ci il tarixdən hazırki vaxtadək qaib vərəsə X4 açıq saxlanmış miras payını qanunla müəyyən edilmiş qaydada qəbul etməmiş, ümumiyyətlə miras açıldığı vaxtdan qanunla müəyyən edilmiş müddətdə mirası nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. Bu səbəbdən Ərizəçi ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət edərək, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 miras qalmış, ünvan 1 ünvan ünvan 3ərdi yaşayış evinin 1/12 hissəsi üzərində X4 tərəfindən miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyü üçün, həmin hissə üzərində adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Notariat ofisinin notariusu X15 Quliyevin ərizəsinə baxmış, ərizənin icrasından imtina etmiş və xx.xx.2025-ci il tarixli cavab məktubu göndərilmişdir. Notarius imtinanın səbəbi kimi mirasın xx.xx.2005-ci il tarixdə açıldığını, lakin qanunla müəyyən edilmiş müddət ərzində İ növbəli vərəsə X2 məcburi payından imtina etmədiyi üçün X3 miras qalmış 1/12 hissədə əmlakı qəbul etmiş sayıldığını göstərmiş və maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.1, 1202.2, 1243.2 və 1291-ci maddələrinə istinad etmişdir. Göstərilən əsaslara görə hesab edir ki, notariusun imtinası qanuni və əsaslı olmamışdır. Belə ki, işin hallarından görünür ki, ünvan 1 ünvan ünvan 4 fərdi yaşayış evi X5 mülkiyyətində olmuş, sonuncu mülkiyyətində olan əmlakı 02 oktyabr 1996-cı il tarixdə nəvəsi Ərizəçi vəsiyyət etmişdir. Azadə Quliyevanın xx.xx.2005-ci il tarixdə vəfat etməsi ilə miras açılmış, Ərizəçi sonuncudan miras qalmış əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 2008-ci ildə notariat kontoruna müraciət etmiş, notarius miras əmlakın 11/12 hissəsinə dair Ərizəçi adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, X4 notariat kontoruna miras qəbul etməsinə və yaxud bundan imtina etməsinə dair ərizə vermədiyindən mirasın 1/12 hissəsi açıq saxlanmışdır. Miras əmlakın rəsmiləşdirilməsindən 17 ildən artıq müddət keçməsinə baxmayaraq, bu müddət ərzində qaib vərəsə X4 X11dan miras qalmış 1/12 hissədə əmlakı qəbul etməmiş, bununla bağlı real heç bir addım atmamışdır. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Ərizəyə əlavə etdiyi sənədlərdən görünür ki, X4 miras əmlakın yerləşdiyi ünvanda qeydiyyatda deyil. Əsmər Quliyeva yaşadığı Göyçay rayonundan 1994-cü il tarixdə Bakı şəhərinə köçmüş, 2000-ci ildən isə Almaniya Federativ Respublikasına daimi yaşamaq üçün köçərək, hazırki vaxtadək orada yaşayır. İşin hallarından görünür ki, qaib vərəsə olan Əsmər Quliyeva qanunla müəyyən edilmiş qaydada və müddətdə miras Azadə Quliyevadan qalmış mirası nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmiş, 2008-ci ildən hazırki vaxtadək Əsmər Quliyeva ilə əlaqə saxlayaraq mirasın qəbulu ilə bağlı fikri öyrənilmiş, sonuncu mirası qəbul etmədiyini, ümumiyyətlə pay istəmədiyini bildirmişdir. Göründüyü kimi notariat ofisinin notariusu qanunun tələblərini pozmuş, mirası nə faktiki, nə də rəsmi qəbul etməyən vərəsə üçün ayrılan payı ərizəçinin adına rəsmiləşdirməkdən imtina etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Göçay rayon Notariat Ofisinə məlumat verilmiş nümayəndə məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** nömrə ilə qeydiyyata alınmış **********48-10301 reyestr nömrəli çıxarışından görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.04765 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində Ərizəçi və X6 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Göyçay rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli imtina məktubdan görünür ki, X3 miras qalmış, Göyçay şəhəri N.Nərimanov küçəsi 17 ünvanında yerləşən fərdi yaşayış evinə dair 2008-ci ildə vərəsəlik işi açılmış, X4 istisna olmaqla, digər İ növbəli vərəsələr məcburi paylarından imtina etdikləri üçün həmin miras əmlakın 11/12 hissəsi vəsiyyət üzrə Sizə keçmiş, qaib vərəsə (X4) olduğu üçün 1/12 hissəsi isə açıq saxlanmışdır. Miras xx.xx.2005ci il tarixdə açılmış, lakin qanunla müəyyən edilmiş müddət ərzində İ növbəli vərəsə X4 məcburi payından imtina etmədiyi üçün X3 miras qalmış 1/12 hissədə əmlakı qəbul etmiş sayılır. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 856553 nömrəli ölüm haqında şəhadətnamədən görünür ki, X9 xx.xx.20005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. xx.xx.2025-ci il tarixdə Ərizəçi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış verilmişdir. Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 22.121.2025-ci il tarxli məktubuna əsasən X1 dəfə Göyçay rayon ərazisində yerləşən hansı ünvanda yaşaması və hal-hazırda harada yaşaması (xarici ölkəyə köçüb-köçməməsi) barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq normaları:

"İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 8-ci bəndi: Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, "Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi (köhnə red.):

1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.

"Notariat haqqında” Azərbaycan Respublikası Qanun:

17. Dövlət notariusunun apardığı hərəkətlərdən biri də vərəsəlik hüququ haqqında şəhadətnamələr verməkdir.

57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 69-cu bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər. Vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə görə mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyrimüəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur.

Məhkəmənin mövqeyi:

Məhkəmə işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilməlidir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil notariat ofisinin notariusunun məcburi payın rəsmiləşdirilməsindən etdiyi imtinanın qanunsuz hesab olunması, X3 miras qalmış, ünvan 1 ünvan ünvan 2 vəsiyyət üzrə vərəsə Ərizəçi adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması vəzifəsinin Göyçay rayon Notariat Ofisinin notariusuna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 ünvan ünvan 8ərdi yaşayış evi X5 mülkiyyətində olmuş, sonuncu mülkiyyətində olan əmlakı 02 oktyabr 1996-cı il tarixdə nəvəsi Ərizəçi vəsiyyət etmişdir. Azadə Quliyevanın xx.xx.2005-ci il tarixdə vəfat etməsi ilə miras açılmış, Ərizəçi sonuncudan miras qalmış əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 2008-ci ildə notariat kontoruna müraciət etmiş, notarius miras əmlakın 11/12 hissəsinə dair Ərizəçi adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, X4 notariat kontoruna miras qəbul etməsinə və yaxud bundan imtina etməsinə dair ərizə vermədiyindən mirasın 1/12 hissəsi açıq saxlanmışdır. Miras əmlakın rəsmiləşdirilməsindən 17 ildən artıq müddət keçməsinə baxmayaraq, bu müddət ərzində qaib vərəsə X4 X11dan miras qalmış 1/12 hissədə əmlakı qəbul etməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, vərəsə X2 miras əmlakda məcburi payı müəyyən edilsə də, sonuncunun yaşayış yeri ilə bağlı məlumatlar mövcud deyil. Bundan başqa o, miras əmlakda məcburi payın alınması və ya ondan imtina edilməsi ilə bağlı notariat ofosinə müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məcburi payın qəbul olunması X4 tərəfindən qanunla müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilmədiyindən iddiaçının ərizəsi təmin edilməli, Göyçay rayon Notariat Ofisinin məcburi payın rəsmiləşdirilməsinə dair etdiyi imtana qanunsuz hesab edilməli, X3 miras qalmış ünvan 9 ünvanında yerləşən 378.9 m2 fərdi yaşayış evinin 1/12 hissəinə dair vəsiyyət üzrə vərəsə Ərizəçi adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması Göyçay rayon notariat ofisinin notariusuna həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir.

Nəticə:

Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Göyçay rayon Notariat Ofisinin məcburi payın rəsmiləşdirilməsinə dair etdiyi imtana qanunsuz hesab edilsin. X3 miras qalmış ünvan 9 ünvanında yerləşən 378.9 m2 fərdi yaşayış evinin 1/12 hissəinə dair vəsiyyət üzrə vərəsə Ərizəçi adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması Göyçay rayon notariat ofisinin notariusuna həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar