Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2683/2025 26.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehna qarşı vərəsəlik hüququ haqqında şəhadətnaməsini verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Göyçay rayon notariat ofisinin notariusunun məcburi payın rəsmiləşdirilməsindən etdiyi imtinanın qanunsuz hesab olunması, X2 miras qalmış, Göyçay rayonu Mırtı kəndində yerləşən fərdi yaşayış evinə və həmin yerləşdiyi ½ pay hüquqi ilə X3 mülkiyyətində olan torpaq sahəsinə dair X1 məcburi pay ayrılmadan vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması vəzifəsinin Göyçay rayon Notariat Ofisinin notariusuna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən MPM-nin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 293, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdehna qarşı vərəsəlik hüququ haqqında şəhadətnaməsini verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2683/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2683/2025
26.12.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver