Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-27/2025 07.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və Cavabdeh2 tərəfindən Göyçay şəhəri Əli Kərim küçəsi 84 saylı evdə inşa edilmiş qanunsuz tikilinin onların vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2024cü il tarixdə Azərbaycan Republikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smeta və hesab vərəqi təqdim edilmişdir. Lakin çəkilən xərcin ödənilməsinə dair qəbz təqdim edilmədiyindən, mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin edilməmiş, bu hal isə son nəticədə işin süni surətdə baxılmasının yubadılmasına gətirib çıxartdığından Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclası 16 dekabr 2024-cü il tarixə saat 15.30-a təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəmənin hazırlıq iclasına gəlmişlər, İddiaçı məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir, onun iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsi mümkün olmadığından, məhkəmə hazırlıq iclası 07 yanvar 2025-ci il tarixə, saat 12.15-ə təxirə salınmışdır. Lakin 07 yanvar 2025-ci il tarixə, saat 12.15-ə təxirə salınmış məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq İddiaçı təkrarən,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmənin hazırlıq iclasına gəlməmişlər,işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə hazırlıq iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri məhkəməyə daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-27/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-27/2025
07.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver