Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2706/2025 12.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1rşı akt nəticəsində hesablanmış pulun hesabdan silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəriqaz İB tərəfindən tərtib edilmiş akt nəticəsində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı izahat verərək göstərmişdir ki, məhkəməyə onun adından təqdim edilmiş iddia ərizəsi onun tərəfindən imzalanmamışdır. Məhkəmə təqdim edilmiş iddia ərizəsi poçt vasitəsi ilə Göyçay rayon Məhkəməsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Göyçay Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdeh X1rşı akt nəticəsində hesablanmış pulun hesabdan silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2706/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2706/2025
12.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver