Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-29/2023 12.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hаkim Fəttаhоv İbrаhim Bаğır оğlunun sədrliyi, Səmidli Nərmin Yаşаr qızının kаtibliyi, iddiаçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi (Vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh1 Əbülfəz oğlunun, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, Fərdi yaşayış evindəki və torpaq sahəsindəki payların naturada ayrılması və torpaq sahəsindən küçəyə çıxış yolunun açılması tələbinə dаir iddiаsı üzrə mülki işə Göyçаy rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq hissəsinin İddiaçı1 mülkiyyətində olan 1/4 hissəsi və İddiaçı2 mülkiyyətində olan 1/8 hissəsinin naturada ayrılması və iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən Göyçay şəhəri Qantəmir küçəsinə çıxış yolu açılması bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddiаçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (Vəkili) Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, ünvan 1 ünvanda iddiaçılarla cavabdehlərin ümumi paylı mülkiyyətində ümumi sahəsi 181,2 kvm olan fərdi yaşayış evi və 0,05256 ha torpaq sahəsi var. Fərdi yaşayış evinin və torpaq sahəsinin ¼ hissəsi İddiaçı1, 1/8 hissəsi isə İddiaçı2 xüsusi mülkiyyətindədir. İddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlakın bölünərək üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər. Cavabdehlər iddiaçıların mülkiyyətində olan hissənin naturada ayrılıb küçəyə ayrı çıxış yolunun açılmasına şifahi razılıq versələr də naturada bölgüdən sonra mütəxəssis tərəfindən tərtib edilmiş bölgü planının notariat ofisində imzalanması zamanı Cavabdeh1 Əbülfəz oğlu bölgü planını imzalamadığı üçün iddiaçıların müraciəti DƏDRX tərəfindən təmin edilməmişdir. Ona görə də iddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlakın naturada ayrılmasını, torpaq sahəsindən küçəyə çıxış yolunun açılmasını istəyirlər. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxışında ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyi, ekspert tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən ¼ hissə ona düşən payından evin 4,25 kvm hissəsinin İddiaçı1 payı kimi bölünməsinə və mülkiyyətinə verilməsinə etirazı olmadığını bildirmişdir. Cavabdeh1 Əbülfəz oğlu iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh3 iddianı qəbul etmiş, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izаhаtlаrını dinləyib, iş mаtеriаllаrındа оlаn sənədləri аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. Bеlə ki, iş mаtеriаllаrınа əlаvə оlunmuş: Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.05256 ha torpaq sahəsinin, 181.2 kv.m daşınmaz əmlakın fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi İddiaçı1, fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi Cavabdeh2, fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq hissəsinin 1/8 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 16/1 hissəsi və torpaq hissəsinin 16/1 hissəsi Cavabdeh3 və fərdi yaşayış evinin 16/1 hissəsi və torpaq hissəsinin 16/1 hissəsi Cavabdeh4 xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/3078 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin tərəflərin paylarına uyğun şəkildə təcrid mənzillər şəklində iki hissəyə natura qaydasında (ayrılması) bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Qeyd olunur ki, tədqiq olunan yaşayış evi və torpaq sahəsi faktiki olaraq tərəflər arasında təcrid mənzillər şəkilində bölünmüş vəziyyətdə olmaqla və hər iki torpaq sahəsindən Göyçay şəhəri Qantəmir küçəsinə ayrıca şəkildə gediş-gəliş yolunun açıldığı müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi tərəfindən hazırlanmış və 02 dekabr 2022-ci il tarixli **********25 saylı məktubla məhkəməyə göndərilmiş sxemlərdən görünür ki, İddiaçı1 mülkiyyətlərində olan paydan artıq 4,25 kvm yaşayış sahəsindən istifadə edir. İddiaçı1 torpaq sahəsində payları 0,019725 ha olduğu halda faktiki istifadələrində 0,01767 ha torpaq sahəsi var. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə tədqiqi və mübahisə predmeti olan daşınmaz əmlaka baxış zamanı müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən 0.05256 ha torpaq sahəsinin, 181.2 kv.m daşınmaz əmlakın fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi İddiaçı1, fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi Cavabdeh2, fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq hissəsinin 1/8 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 16/1 hissəsi və torpaq hissəsinin 16/1 hissəsi Cavabdeh3 və fərdi yaşayış evinin 16/1 hissəsi və torpaq hissəsinin 16/1 hissəsi Cavabdeh4 xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. Paylı mülkiyyətdə olan fərdi yaşayış evi və torpaq sahəsi faktiki olaraq tərəflər arasında təcrid mənzillər şəkilində bölünmüş vəziyyətdə olmaqla hər iki torpaq sahəsindən Göyçay şəhəri Qantəmir küçəsinə ayrıca şəkildə gediş-gəliş yolu açılmışdır. Lakin iddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlakın bölünərək üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmələrinə baxmayaraq cavabdehlər iddiaçıların mülkiyyətində olan hissənin naturada ayrılıb küçəyə ayrı çıxış yolunun açılmasına şifahi razılıq versələr də naturada bölgüdən sonra mütəxəssis tərəfindən tərtib edilmiş bölgü planının notarial qaydada imzalanması zamanı Cavabdeh1 Əbülfəz oğlu bölgü planını imzalamadığı üçün iddiaçıların müraciəti DƏDRX tərəfindən təmin edilməmişdir. Göründüyü kimi iddiaçıların mülkiyyətdən istifadə hüquqları Cavabdeh1 Əbülfəz oğlunun əmlakın real bölgüsünə razılıq vermədiyi nəticəsində pozulmuş, iddiaçılar mülkiyyətlərində olan əmlakdan sərbəst istifadə hüquqularını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsində göstərilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mütəxəssis tərəfindən naturada ölçü zamanı iddiaçılar mülkiyyətlərində olan paydan artıq 4,25 kvm yaşayış sahəsindən istifadə etdikləri, torpaq sahəsində payları 0,019725 ha olduğu halda faktiki istifadələrində 0,01767 ha torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. İddiaçıların torpaq sahəsinin əskik olması ilə bağlı heç bir etirazlarının olmamasını və Cavabdeh2 ekspert tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq mülkiyyətində olan fərdi yaşayış evinin ¼ hissə payından 4,25 kvm sahənin İddiaçı1 payı kimi bölünməsinə və mülkiyyətinə verilməsinə etirazı olmamasını nəzərə alan məhkəmə iddiaçıların daşınmaz əmlakdakı paylarının işə əlavə edilmiş sxemə uyğun naturada ayrılmasını və küçəyə çıxış yolu açılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçıların tələbi əsaslı olduğu üçün təmin edilməli, ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ЕTDİ: İddiа təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq hissəsinin İddiaçı1 mülkiyyətində olan ¼ hissəsi və İddiaçı2 mülkiyyətində olan 1/8 hissəsi işə əlavə edilmiş sxemə uyğun olaraq naturada ayrılsın. İddiaçıların mülkiyyətində olan torpaq sahəsindən Göyçay şəhəri Qantəmir küçəsinə çıxış yolu açılsın. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Göyçаy rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnаmədən şikаyət vеrilmədikdə, qəbul еdildiyi gündən bir аy kеçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hаkim İbrаhim Fəttаhоv
Məhkəmə qərarları › İş №2(046)-29/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-29/2023
12.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver