Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-297/2024 04.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız hesablanmış borcunun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin «Mərkəzi-Aran» RETSİ tərəfindən Göyçay EŞ-nin abonent bazasındakı abonent koduna əsassız hesablanaraq vurulmuş 729 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri B.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi ilə bağlı cavabdeh təşkilatla tərəfindən müqavilə bağlanmış, həmin müqavilə əsasında sayğac quraşdırılmışdır. Hər ay vaxtlı-vaxtında sərf edilmiş elektrik enerjisinin dəyəri tərəfindən ödənilmiş, hazıra kimi elektrik enerjisi ilə bağlı cavabdeh təşkilatla hər hansı mübahisə olmamışdır. Cavabdeh təşkilat tərəfindən sayğac küçədə quraşdırılmış, hər ay nəzarətçi tərəfindən sayğaca baxış keçirilərək ona bildiriş təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə onun və yaxud ailə üzvlərinin iştirakı təmin edilmədən "xxxx" ASC-nin əməkdaşları tərəfindən Göyçay şəhəri B.Mirzəyev küçəsində quraşdırılmış sayğaca baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, fərdi yaşayış evinin elektrik sayğacının sxemi səhvdir. Belə ki, kənar mənbədən götürülmüş sıfır xətt vasitəsi ilə sayğac divardan kənarlaşdırılıb. Akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Həmin akt əsasında ona 729 manat məbləğində əsassız borc hesablanmışdır. Bu borcun hesablanması barədə məlumat cavabdeh tərəfindən ona hesab ödəniş vərəqəsi təqdim olunarkən verilmişdir. Cavabdeh təşkilata aktın qanunsuz olduğunu bildirsə də, heç bir nəticəsi olmamışdır. Həmin aktın surəti də ona verilməmişdir. Tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş və müdaxilənin olması barədə məlumatı olmamışdır. Sözügedən sayğac qapalı məkənda deyil, küçədə quraşdırılmışdır. Ötən müddət ərzində sərf edilmiş elektrik enerjisinin dəyəri ilə bağlı ödənişlərdə problemlər olmamışdır. Sayğaca müdaxilə olunması hansı nəticə yaratdığı aydın deyildir və ona izah olunmamışdır. Sayğaca müdaxilənin onun təqsiri üzündən baş verməsi müəyyən olunmadığından, hesablanmış ziyanın onun üzərinə qoyulması tamamilə əsassızdır. Göründüyü kimi, qeyd edilən qaydalara görə yaşayış binalarının girişində, yaxud küçədə quraşdırılmış fərdi yaşayış evləri üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin faktiki halından göründüyü kimi, yaşadığı evə elektrik sayğacı küçədə quraşdırılmışdır. Belə olan halda, elektrik sayğacının bütövlüyünə və işlək vəziyyətdə saxlanmasına o deyil, cavabdeh təşkilat məsuliyyət daşıyır. Buna görə də elektirik sayğacına müdaxilə olunmasına görə məsuliyyət daşımadığı üçün həmin fakta görə enerjitəchizatı müəssisəsi tərəfindən 27 oktyabr 2022- ci il tarixdə tərtib edilmiş 035411 saylı akt və həmin akt üzrə hesablanmış 729 manat enerji haqqı da qanunsuzdur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, iddiaçı Göyçay şəhəri M.Mİrzəyev küçəsi (Şirvanmeş qəsəbəsi) yaşayan X1 cavabdeh "xxxx" ASC-və qarşı “xx.xx.2023-cii il tarixdə tərtil edilmiş NDM serialı 035411 saylı Vkta əsasən hesablanmış 729 manat istehlakçıya qanunsuz hesablanmış elektrik enerjisi borcunun silinməsi" tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti kimi Göyçay EŞ-nin “Proqram bazasında" **********0057"! saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Göyçay şəhəri M.Mirzəyev küçəsində (Şirvanmeş qpsəbəsi) yerləşən fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2018-ci il tarixdən quraşdırılmış Paud MP106 tipli, zavod nömrəsi №**********8M185272 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət idarəsinin əməkdaşları A Cəfərov və C.Quliyev tərəfindən “EFİQ”nin tələblərinə uyğun olaraq İddiaçı Göyçay şəhəri M.Mİrzəyev küçəsində (Şirvanmeş qəsəbəsi) yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir Baxış zamanı fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının sxeminin səhv olduğu və enerjidən kənar mənbədən götürülmüş “0” xətti vasitəsi ilə sayğacın dövriyyədən kənarlaşdırılmaqla elektrik enerjisindən istifadə edilməsi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar İddiaçı barəsində ‘‘EEİQ”m tələblərinə uyğun olaraq Akt NDM №035411 saylı akt tərtib edilmişdir. Aktda xətdən axan yükü ölçülərək Pİfakt 0 6 kvt, i\(r 0 kvt olması barədə, aktın tələb hissəsində isə 'sayğac sxemi bərpa edilsin qeydiyyatı aparılmışdır. İddiaçı ona məxsus elektrik hesablama sayğacın baxış keçirilməsində və pozuntu faktı ilə əlaqədar Akt tərtib edilməsində iştirak etməmişdir. Akta əsasən "xxxx" ASC-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 80 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 729 manat təşkil edən 5881 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada sayğacın nominalına əsasən aparılmışdır: (4.4 kvts x (0.7) x 24 saat x 80 gün)- 33 kvts = 5881 kvts Tarif(0 08) 495 kvts x 0.08 =39,60 man Tarif (0.09) 264 kvts x 0.09 = 23,80 man Tarif (0.130) 5122 kvts x 0.13 = 665,90 man Cəmi = 729 manat. İddiaçı barəsində akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və akt əsasında hesabat ‘‘Qaydalar”-ın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Aşkar edilmiş pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Məhkəmədən iddiaçı Göyçay şəhəri M.Mirzəyev küçəsində (Şirvanmeş qəsəbəsi) yaşayan X2 cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2023-cü il tarixdə tərtib edilmiş NDM serialı 035411 saylı akta əsasən əsasən hesablanmış 729 manat qanunsuz hesablanmış elektrik enerjisi borcunun silinməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC-nə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarından əlavə edilmiş: 27 oktyabr 2023-cü il tarixli 035411 saylı aktdan görünür ki, baxış keçirilən zaman fərdi yaşayış evinin elektrik sayğacının sxeminin səhv olduğu və enerjidən kənar mənbədən götürülmüş “0” xətti vasitəsi ilə sayğacın dövriyyədən kənarlaşdırılmaqla elektrik enerjisindən istifadə edilməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli satış üzrə tələblərdən görünür ki, itirilmiş enerji dəyəri 729 manat hesablanmışdır. Hesabat aşağıdakı qaydada aparılmışdır: (4.4 kvts x (0.7) x 24 saat x 80 gün)- 33 kvts = 5881 kvts Tarif(0 08) 495 kvts x 0.08 =39,60 man Tarif (0.09) 264 kvts x 0.09 = 23,80 man Tarif (0.130) 5122 kvts x 0.13 = 665,90 manat Cəmi 729 manat. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus Göyçay şəhəri B.Mirzəyev küçəsində quraşdırılmış sayğaca baxış keçirilmiş və akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları» nın 8.17-2-ci bəndinə görə İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi etiraz ərizəsində aşkar edilmiş pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişin aparıldığını qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı sübutu etiraz ərizəsinə əlavə etməmişdir. Cavabdehin iştirakının təmin edilməsi məqsədi ilə məhkəmənin hazırlıq iclasları dəfələrlə təxirə salınmış, bu barədə məhkəmə bildirişi cavabdeh "xxxx" ASC-nə məxsus şəxsi elektron kabinetinə yerləşdirmişdir. Məhkəmənin hazırlıq iclası yekunlaşanadək sübutların təqdim edilməsi təklif olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən yaşadığı Göyçay şəhəri B.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində 27 oktyabr 2023-cü il tarixli 035411 saylı akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları» nın 8.17-2-ci bəndinin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə olan halda isə İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. Bu baxımdan məhkəmə belə bir qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin 035411 saylı, xx.xx.2023-cü il tarixli aktı əsasında İddiaçı abonent koduna (**********11454) hesablanmış 729 (yeddi yüz iyirmi doqquz) manat məbləğində borc silinməldir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" ASC-nin 035411 saylı, xx.xx.2023-cü il tarixli aktı əsasında İddiaçı abonent koduna (**********11454) hesablanmış 729 (yeddi yüz iyirmi doqquz) manat məbləğində borc silinsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-297/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-297/2024
04.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver