Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-317/2025 11.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs2 və Göyçay rayon Notariat ofisinə qarşı notariat hərəkətlərini aparmaqdan imtina edilməsinə dair şikayət ərizəsinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvan: ünvan 2ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177.4 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Göyçay rayon Notariat ofisinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, 04 iyul 2006-cı il tarixdə vəfat etmiş atası X3 ünvan 3 ünvanında yerləşən 0.1784 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 177.4 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. X2 ilə mərhum anası X5 arasında olan nikah 06 iyul 1980-ci il tarixdə pozulmuşdur. X1 ölümündən sonra qanun üzrə birinci növbə vərəsə olan iki vərəsəsi qalmışdır: O və 30 aprel 1958-ci ildə doğulmuş qardaşı X7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən 15 may 2024-cü il tarixdə vəkilin əldə etdiyi 2V-945 saylı vərəsəlik işində olan sənədlərdən görünür ki, atası Valeh Həsənovdan miras qalmış bankda olan əmanət pulu almağı üçün 23 avqust 2012-ci il tarixdə mənə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhum atası X3 miras qalmış ünvan 1 ünvan: ünvan 2ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177.4 kv.metr olan fərdi yaşayış evindən ibarət mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin təmin edilməsi xahişi ilə Göyçay rayon Notariat Ofisinə müraciət etmişdir. Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli 06 noyabr 2024-cü il tarixli 955 saylı məktubla ona, 04 iyul 2006-cı il tarixdə vəfat etmiş X3 miras qalmlş əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin qeyrimümkün olduğunu bildirmiş və imtinasını həmin miras əmlakla bağlı Göyçay rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 fevral 2022-ci il tarixli 2(046)- 368/2022 saylı qətnamənin Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 23 avqust 2022ci il tarixdə ləğv edilərək 2(107)-766/2022 saylı yeni qətnamənin qəbul edilərək iddiasının təmin olunmaması, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına verdiyim kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması ilə əsaslandırmışdır. Halbuki işin faktiki halları ondan ibarətdir ki, mirasla bağlı mübahisəyə Göyçay rayon və Şəki Apellyasiya məhkəmələrində baxılarkən 23 avqust 2012-ci il tarixdə ona mərhum atası mirasından irs almağı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi faktı məhkəmələrə məlum olmamışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2022-ci il tarixli 2(107)-766/2022 saylı qətnaməsindən kassasiya şikayəti verən vəkilim Rasim Almuradov 23 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni elektron kabinetə yerləşdirsə də kassasiya instansiyası məhkəməsi həmin sənədə hüquqi qiymət verməmişdir. Lakin maraqlı şəxs Göyçay rayon Notariat ofisi, AR Mülki Məcəlləsinin 1243.3-cü maddəsinin tələbini nəzərə almayaraq mərhum atası X3 miras qalmış ünvan 4 ünvan: ünvan 2ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177.4 kv.metr olan fərdi yaşayış evindən ibarət mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən qanunsuz olaraq imtina etmişdir. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Ali Məhkəmə tərəfindən qeyd edilən mülki iş üzrə məhkəmə çəkişməsi olmuş, (Göyçay rayon Nigar Rəfibəyli dalan 2 ev 4) üzərində vərəsəlik və mülkiyyət hüququna xitam verilmişdir. Buna baxmayaraq ərizəçi məhkəmə qərarlarını nəzərə almır. Notoriat orqanının ünvanladığı məktubdan görünür ki, Ofeliyanın bu mülk üzərində vərəsəlik hüququ bitmişdir və heç bir şəkildə yenidən müzakirə oluna bilməz. Ofeliyanın ərizəsində yalan olaraq qeyd olunur ki, onun vərəsəliyi Ali Məhkəmə tərəfindən müzakirə olunmamışdır. Halbuki Ali Məhkəmənin çıxardığı qərarda bu məsələni yeterincə müzakirə etmiş və öz həllini tapmışdır. Hətta bu 13(102)-187/2023 tarixli qərarda belə müzakirə olunmuşdur. Həmin mülk üzərində Ofeliyanın vərəsəlik, mülkiyyət və istifadə hüququna xitam verilmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, hazırki iş üzrə ünvan 1 ünvan: ünvan 2ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177.4 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar hüquq haqqında mübahisə olduğundan Ərizəçi ünvan 1 ünvan: ünvan 2ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177.4 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Göyçay rayon Notariat ofisinə tapşırılması barədə ərizəsi baxılmamış saxlanılmalı və Ərizəçi ümumi əsaslarla iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəməyə təqdim edilmiş ********** nömrəli qəbzdən görünür ki, Ərizəçi tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi ünvan 1 ünvan: ünvan 2ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177.4 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Göyçay rayon Notariat ofisinə tapşırılması tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Ərizəçi ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Ərizəçi tərəfindən ********** nömrəli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-317/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-317/2025
11.02.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver