Məhkəmə qərarları › İş №2(046)-329/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-329/2021

27.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-329/2021 27.01.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət ünvan 1 mənzil 11 ünvanında yerləşən mənzildə payların müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, ailəsi ilə birgə uzun müddətdir ki, mərhum anasının mülkiyyətində olan mənzildə yaşayırlar. Anası Heydərova Gövhər Əbil qızı xx.xx.2019-cu il tarixdə vəfat etdiyi üçün ondan miras qalmış ümumi birgə mülkiyyətdə olan ünvan 1 mənzil 11 ünvanda yerləşən yaşayış mənzilinə vərəsəlik hüququ haqqında şənadətnamənin verilməsi üçün Göyçay Rayon Notariat Kontoruna ərizə ilə müraciət etmişdir. Göyçay Rayon Notariat Kontorunun xx xxxxxx 2020ci il tarixli 1162 nömrəli məktubuna əsasən ünvan 1 mənzil 11 ünvanda yerləşən yaşayış mənzilinə vərəsəlik haqqında şəhadətnamənin verilməsində Cavabdeh ilə aralarında ixtilaflar olduğundan, miras şərikləri arasında mirasın bölüşdürülməsi mümkün olmadığı üçün imtina edilmişdir. Buna görə də, cavabdehlə aralarında olan ixtilafın həll edilməsi üçün Göyçay Rayon Məhkəməsinə müraciət etmək tövsiyə olunmuşdur. ünvan 1 mənzil 11 ünvanda yerləşən 72.4 kv m2 yaşayış mənzilinə xx.xx.2018-ci il tarixdə DƏDRX-dən mərhum anası Heydərova Gövhər Əbil qızının adına çıxarış və texniki pasport verilmişdir. xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışda mərhum anası Heydərova Gövhər Əbil qızı, İddiaçı, X2 və Cavabdeh ümumi paylı mülkiyyətçi kimi qeyd edilmişdir. Cavabdeh qardaşıdır. Uzun müddətdir ki, cavabdeh Rusiya Federasiyasında qeydiyyatda olmaqla orada yaşayır. Cavabdeh mirasın yerləşdiyi ünvanda faktiki olaraq heç vaxt yaşamamışdır. Buna görə də, mənəvi cəhətdən mirasa dair mübahisə yaratmaqda haqlı deyildir. Mərhum anası Heydərova Gövhər Əbil qızına məxsus ünvan 1 mənzil 11 ünvanında yerləşən mənzilin vərəsələr arasında bölünməsi üçün qardaşı Cavabdeh ilə razılığa gələ bilmədiyindən sözügedən mənzildə payların müəyyən edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 mənzil 11 saylı ünvanda yerləşən 72.4 kv.m ümumi sahədən ibarət mənzil ümumi birgə mülkiyyətçilər Heydərova Gövhər Əbil qızının, İddiaçı, X1 və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, Heydərova Gövhər Əbil qızı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1162 nömrəli imtina məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Heydərova Gövhər Əbil qızından miras qalmış ünvan 3 mənzil 11 ünvanda yerləşən yaşayış mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli iddiaçının ərizəsinə baxaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinin tələblərinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Buna görə də iddiaçıya Cavabdeh arasında ünvan 3 mənzil 11 ünvanda yaşayış mənzilinə dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün sizə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddia predmeti olan ünvan 3-də yerləşən 11 saylı mənzil ümumi birgə mülkiyyətçisi olan iddiaçı öz payının müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh qarşı ünvan 1 mənzil 11 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 72.4 kv.m ümumi sahədən ibarət mənzildən payının müəyyən edilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D I: İddia təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh qarşı ünvan 1 mənzil 11 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 72.4 kv.m ümumi sahədən ibarət mənzildən payının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Bu qətnamə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı Çıxarışa əsasən Heydərova Gövhər Əbil qızının, İddiaçı, X1 və Cavabdeh ümumi birgə mülkiyyəti olan ünvan 1 mənzil 11 ünvanında yerləşən 72.4 kv.m ümumi sahədən ibarət mənzilin 1/4 hissədə payların müəyyən edilməsi və həmin mənzilin 1/4 hissəsinin İddiaçı adına dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamənin icrası DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar