Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-387/2023 11.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı X1, Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfində ünvan 1 mənzil 12-də aparılan özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən iki mərtəbəli yaşayış binasının 15 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır. Həmin yaşayış binasının birinci mərtəbəsində yaşayan qonşusunu Cavabdeh tərəfindən qanunsuz yenidən qurma işləri aparılmışdır. Cavabdeh tərəfindən yaşadığı mənzilin eyvan hissəsində əlavə tikili inşa olunmuşdur. Cavabdeh tərəfindən mənzilin eyvan hissəsində qeyri-qanuni əlavə tikilinin inşa olunması nəticəsində eyni binada yerləşən ona mənə məxsus mənzillə bağlı mülkiyyət hüququ pozulmuşdur. Nəticədə artırılmış eyvanın dam örtüyündə olan məişət tullantıları eyvanımın qarşısına toplanır, yağış suları evinə dolur, həmçinin, qanunsuz tikili mənzilimin bazar dəyərinə də mənfi təsir etmişdir. Artırılmış tikili binanın həyətinə gedən yolda hərəkətin məhdudlaşdırır, yanğın hadisəsi baş verdiyi halda yanğınsöndümə avtomobillərinin binanın həyətinə sərbəst girişini mümkünsüz edir. Bundan başqa aparılmış qeyri-qanuni tikinti işləri yaşayış binasının yükdaşıyıcı konstruktiv elementlərini əlavə yüklənməyə məruz qalıb və binanın fasad görünüşünü korlayıb. Cavabdeh tərəfində aparılan əlavə tiknti işi mənzilindən rahat şəkildə istifadə etməyinə maneə törədir. Paltarların asılmasına şərait yaranmır. Artırılmış eyvanın damına müxtəlif tullantılar yığılır, nəticədə isə eyvanının qarşısında natəmiz vəziyyət yaranır. Cavabdeh tərəfindən qeyriqanuni tikilinin inşa olunması ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, rayon icra hakimiyyətinə və Göyçay rayon Polis şöbəsinə müraciətlər olunmuşdur. Həmin orqanlar tərəfindən yerində baxış keçirilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında X2 iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh mülkiyyətində olan mənzilə bitişik olaraq tikinti işləri aparmışdır. Qeyd edilən tikili iddiaçının mənzilinə maneəçilik törətmir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi bina 84A, 15 saylı mənzil X1 xüsusi mülkiyyəti kimi xx.xx.2018ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi bina 84A, 12 saylı mənzil Cavabdeh xüsusi mülkiyyəti kimi xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvana baxış keçirilmiş, mövcud vəziyyəti səciyyələndirən akt tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Araşdırma zamanı, iki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yaşayan vətəndaş Nümayəndə tərəfindən yaşayış binasının birinci mərtəbəsindəki mənzilin eyvan hissəsində əlavə tikilinin inşa olunduğu müəyyən olunmuşdur. Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulmasına görə Nümayəndə inzibati xəta haqqında protokol tərtib edilərək barəsində inzibati iş açılmışdır. Qanunvericiliyin tələblərinə zidd şəkildə tikinti işlərinin aparılması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Göyçay rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli, 37/34- 03092 nömrəli məktub ünvanlanmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/3200 saylı rəyindən görünür ki, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 84A saylı binaya bitişik vəziyyətdə 1.2x5.7m ölçüdə inşa edilmiş tikililərin mövcud olduğu, həmin tikililərə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün, aparılmış tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı və həmin bəndlərin, eləcədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti İdarəsinin 25 oktyabr 2023-cü ol tarixli 37/M-04332 saylı məktubuna əsasən yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğu müəyyən edilmişdir. Baxış zamanı Kəmalə Mikayılovanın mənzilinin daxili konstruktiv elementlərinin üzərində hər-hansı bir ziyan dəydiyi müəyyən olunmadı. Lakin Göyçay rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi və Göyçay mənzil istismar sahəsi tərəfindən tərtib olunmuş akta əsasən Nümayəndə tərəfindən yaşadığı mənzilə artırma olunduqdan sonra yağan yağışlar zamanı İddiaçı yaşadığı mənzilin çöl divarında nəmişlik yaranmışdır.Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1 -ci madddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı X2 xüsusi mülkiyyətində olan Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi bina 84A, 15 saylı mənzilin küçə hissəsində cavabdeh tərəfindən qanunsuz tikili inşa edildiyini iddia edir və həmin tikilinin onun mülkiyyətindən normal maneəsiz istifadə etməyinə mane olduğunu qeyd edir. Buna görə də həmin tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə ekspertiza təyin etmişdir. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 84A saylı binaya bitişik vəziyyətdə 1.2x5.7m ölçüdə inşa edilmiş tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti İdarəsinin 25 oktyabr 2023-cü ol tarixli 37/M-04332 saylı məktubuna əsasən yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X1 iddiası təmin edilməli, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 84A saylı binaya bitişik vəziyyətdə 1.2x5.7m ölçüdə inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 manat ekspertiza xərci cavabdehdən tutularaq ekspertiza mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 84A saylı binanın 12 sayli mənzilinə bitişik vəziyyətdə Cavabdeh tərəfindən 1.2x5.7m ölçüdə inşa edilmiş tikili Cavabdeh vəsaiti hesabına sökülsün. İş üzrə ekspertiza xərci olan 100 manat iddiaçı Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-387/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-387/2023
11.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver