Məhkəmə qərarları › İş №2(046)-403/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-403/2020

03.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-403/2020 03.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı miras qalmış əmlakın qəbul etmə faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Göyçay şəhərində 03 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası x1 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83.3 m2 fərdi yaşayış evinin və həmin ünvanda yerləşən torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlak üzərində mülkiyyət hüquqlarımın tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, atası x4 ilə anası x2 birgə nikahından 1949-cu ildə Mais Xəlilov, 1951 -ci ildə Rasim Xəlilov və 1954cü ildə o, anadan olmuşdur. Atası x4 2003-cü ildə, qardaşı Mais Xəlilov 20 sentyabr 2006ci ildə, anası x3 2010-cu ildə, qardaşı Xəlilov Rasim 27 may 2016-cı il tarixdə vəfat etmişdir. Mərhum anası Sahibə Əliyevadan ünvan 2 ünvanında yerləşən miras əmlak olan fərdi yaşayış evi, torpaq sahəsi (0,0314 ha) və ** BD *** qeydiyyat nömrəli VAZ 21013 markalı nəqliyyat vasitəsi qalmışdır. Anası vəfat etdikdən sonra sağ qalmış qardaşı Rasim Xəlilov mirası nə Notariat Kontoruna ərizə verməklə, nə də faktiki qəbul etməmişdir. Anasından miras qalmış evi və həmin evin yerləşdiyi torpaq sahəsini faktiki qəbul edərək idarə etdiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə, müvafiq sənədlərlə Göyçay rayon Notariat Kontoruna müraciət etmiş, tərəflər arasında miras əmlakın bölüşdürülməsi ilə bağlı ixtilaf olduğu üçün, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Mais və Rasim Xəlilovlar ailəliklə Bakı şəhərində yaşamışlar. Maisin 3 övladı, Rasimin isə 2 övladı olmuşdur ki, hazırda onlar da Bakı şəhərində yaşayır və işləyirlər. Miras qoyan mərhum anası x2 vəfatından sonra miras qalmış əmlakı qəbul edərək idarə edir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və və işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 məhkəməyə iddianı qəbul etmədiyi barədə ərizə təqdim edərək göstərmişdir ki, COVİD-19 infeksiyasına qarşı KTM 1 saylı modul xəstəxanasında həkim kimi ezamda olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın RX ******* saylı Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83.3 m2 fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında x2, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0628 ha torpaq sahəsinin ½ hissədə x2 və ½ hissəsi isə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, x3 24.04.2010-cu il tarixdə Göyçay şəhərində vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, x9 09.02.2003-cü il tarixdə Göyçay şəhərində vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, x6 20.09.2006-cı il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, x7 27.05.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Kontorunun notariusu tərəfindən qəbul edilmiş 05.09.2016-cı il tarixli qərarın surətindən görünür ki, miras şərikləri olan İddiaçı ilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 aralarında ünvan 3 saylı ünvanda yerləşən miras əmlak olan yaşayış evinə dair mirasın bölüşdürülməsi barədə ixtilaflar olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı mərhum anası x1 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83,3 m2 fərdi yaşayış evini və həmin ünvanda yerləşən torpaq sahəsinin ½ hissəsini mülkiyyətçinin vəfatından sonra sahiblik etməklə, həmin əmlakı faktiki idarə etməklə qəbul etmişdir. Hazırda iddiaçı qeyd edilən miras əmlakın qəbulu ilə bağlı Notariat Orqanına müraciət etmiş, digər vərəsələr olan cavabdehlər qeyd edilən miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsinə etiraz etdiklərini bildirmiş, buna görə də miras əmlakın qəbulu ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehlər tərəfindən məhkəməyə ünvanlanan müraciətlərdən görünür ki, cavabdehlər miras əmlakın iddiaçı tərəfindən qəbul edildiyinə dair iddia tələbinə etiraz edirlər. Lakin mirasın əmlakın onlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etmirlər. Məhkəmə baxışı zamanı digər vərəsələr olan Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qeyd edilən miras əmlakı qəbul etmələrinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MM-nin 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə Notariat Kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum anası x1 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83,3 m2 fərdi yaşayış evinin və həmin ünvanda yerləşən torpaq sahəsinin ½ hissəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbi qanuni olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mərhum anası x1 miras qalmış RX ******* saylı çıxarışa əsasən Dövlət reyestrində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83,3 m2 fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0628 ha torpaq sahəsinin 1/2 hissəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Bu qətnamə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın RX ******* saylı Dövlət reyestrindən çıxarışa əsasən mərhum x2 mülkiyyəti kimi qeydə alınmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83,3 m2 fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0628 ha torpaq sahəsinin mərhum x2 mülkiyyəti kimi qeydə alınmış ½ hissəsinin İddiaçı adına dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamənin icrası DƏDRX-nin 16 saylı x10 və Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar