Məhkəmə qərarları › İş №2(046)-416/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-416/2022

11.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-416/2022 11.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş protokola əsasən ona hesablanmış 515.29 manat pulun abonent hesabından silinməsina dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonunun Çaxırlı kəndində fərdi yaşayış evində yaşay. 10 il əvvəl “X4 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Göyçay paylayıcı Elektrik Şəbəkəsi tərəfindən həyətimin daş hasarına elektik sayğacı quraşdırılmışdır. Sərf edilmiş enerjinin dəyəri hər ay müəyyən vaxtlarda cavabdeh ’’Azərişıq“ ASC-nin X5 Elektrik Satış İdarəsinin Göyçay rayon Elektrik Şəbəkəsinin əməkdaşının yazdığı bildirişə əsasən ödənilmiş və heç vaxt elektik sayğacında enerji uçotunun pozulması aşkar edilməmişdir. 2021-ci ilin iyun ayının sonunda evinə gələn elektrik enerjisi xəttinə quraşdırılmış elektrik sayğacının işləmədiyini aşkar etmiş və cavabdeh ’’Azərişıq“ ASC-nin X5 Elektrik Satış İdarəsinin Göyçay rayon Elektrik Şəbəkəsinə məlumat vermişdir. 07 iyul 2021 -ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri işləməyən elektrik sayğacına baxış keçirib təxminən 1 ay sonra sayğacı dəyişdilər. Bir neçə gün əvvəl cavabdehin əməkdaşı elektrik sayğacı işləməyən dövr üçün ona 515,29 manat məbləğində borc yazıldığını bildirdi. Halbuki 1 ayda orta hesabla 50-60 manat dəyərində X2 etmişdir. 1 ay üçün ona 515,29 manat məbləğində borc yazılması düzgün deyil. Bundan başqa borc hesablanması barədə məlumat alandan sonra əldə etdiyi akt cavabdehin əməkdaşları tərəfindən tərtib edilərkən onun iştirakı təmin edilməmiş və aktda göstərilmişdir ki, guya aktı imzalamaqdan imtina etmişdir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, 07.07.2021-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran RETSİ”nin struktur tərkibində fəaliyyət göstərən Göyçay EŞ-nin əməkdaşları Mütəllimov Rəşad, Cəbiyev Nicat və Kazımov Mirxalid tərəfindən X3 xidməti ərazisinə daxil olan Çaxırlı kəndində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman sayğacın hesablama mexanizminin dayandığı və keçən enerjinin miqdarını qeyd etmədiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin “Proqram bazası”nda **********00495 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydaları”nın pozulması haqqında AKT R № 228438 №-li Akt tərtib edilmişdir. Aktın “Pozuntunun qısa məzmunu” hissəsində sayğacın hesablama mexanizminin dayandığı və sayğacın keçən enerjini qeyd etmədiyi və sayğacdan keçən enerjinin yükünün Pfakt=0.89 Kvt təşkil etdiyi barədə qeydiyyat aparılmışdır. Aktın “tələb” hissəsində “Hesablanmış məbləğ ödənilsin. Yeni tipli üç fazlı sayğacla əvəz olunsun”. Qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları, Mütəllimov Rəşad,Cəbiyev Nicat,Kazımov Mirxalid tərəfindən imzalanmışdır. İddiaçı Akta imza etməkdən imtina etmişdir. “Mərkəzi Aran” RETSİ-nin Sayğacquraşdırma bölməsinin Göyçay EŞ-si üzrə texniki Tahirov.E tərəfindən 07.09.2021 -ci il tarixdə iddiaçının yaşadığı evdə istismarda olmuş ÜG6803 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı yeni LUN 23 tipli zavod nömrəsi 25084285 olan elektrik hesablama sayğacı ilə əvəz edilərək iddiaçının istifadəsinə verilmişdir. Sayğacın dəyişdirilməsi barədə 19.08.2021-ci il tarixli, “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ******* №-li Protokol tərtib edilərək Tahirov.E və iddiaçı Əsgərov.E tərəfindən imzalanmışdır. Protokolun “qeyd” hissəsində 228438 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu.1766019 saylı möhürlə möhürləndi” qeydiyyatı aparılmışdır. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən 07.07.2021-ci il tarixli, AKT R № 228438 saylı akta əsasən “Sayğac keçən enerjini qeyd etmədiyi üçün ” yenidən hesablama aparılaraq dəyəri 515.29 manat təşkil edən 5059 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesablama aşağıdakı qaydada aparılmışdır. P=0.89 kvt W=0.89 kvt x 24s x 0,7 x 103 g=5059 kvt 1030 kvts x 0.07 = 72.10 man 4029 kvts x 0.11 = 443.19 man Cəmi: 72.10 man + 443.19 man =515.19 man İddiaçı barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər-hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Belə ki, ’’X1ydaları”nın 8.16-cı bəndinə əsasən “İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır”. İddiaçının yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının hesablama mexanizmində qüsur (Enerjinin miqdarını qeyd etməməsi) 09.06.2021-ci il tarixdən sonra yaranmışdır. Belə ki, 09.06.2021-ci il tarixdə sayğac 32 gün ərzində dəyəri 17,22 manat təşkil edən 246 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etmişdir,09.07.2021-ci il tarixdə isə 30 gün ərzində dəyəri 0.63 qəpik təşkil edən 9 kvt saat miqdarında elektrik enerjisinin istehlakının qeyd etmişdir.Qaydaların tələblərinə uyğun olaraq iddiaçıya X2yə görə hesablaşma 2020-ci ilin müvafiq dövründə, yəni iyun ,iyul,avqust aylarında elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricilərinə uyğun olaraq aparılmışdır. Bütün bu qeyd olunanlar iddiaçının Göyçay EŞnin “Proqram bazasfnda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı dəyəri və ödənişini əks etdirən “Abunə haqqında məlumafda öz əksini tapmışdır.Buna görə də iddianın rədd edilməsin xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ******* saylı Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, İddiaçı məxsus Göyçay rayonu Çaxırlı kəndində yerləşən fərdi yaşayış evini elektrik enerjisi ilə təmin edən ÜG6803 tipli, ********** zavod nömrəli sayğac, LUN23 tipli, 25084285 zavod nömrəli sayğac ilə əvəz edilmişdir. Məhkəməyə təqdim edilmiş Sayğacların və cərəyan transformatorların yoxlanması haqqında 07.09.2021 saylı protokoldan görünür ki, ÜG6803 tipli, ********** zavod nömrəli sayğac laboratoriya şəraitində yoxlanılmış, sayğacın keçən enerjinin qeyd etdmədi aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş 07.07.2021-ci il tarixli 228438 nömrəli aktdan görünür ki,Göyçay rayonu Çaxırlı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğacın keçən enerjinin qeyd etdmədi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın (bundan sonra Qaydalar) 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005- ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın 8.33- bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Göyçay rayonu Çaxırlı kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış ÜG6803 tipli, ********** zavod nömrəli sayğac yenisi ilə əvəz edilmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. ÜG6803 tipli, ********** zavod nömrəli sayğac laboratoriya şəraitində araşdırılmış, sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması zamanı məişət abonenti olan İddiaçı iştirakı təmin edilməmiş və ikitərəfli aktla sənədləşdirilməmişdir. Bundan başqa 07.07.2021-ci il tarixli 228438 nömrəli akt tərtib edilərkən hal şahidlərinin iştirakı zəruri olduğu halda, şahidlərinin iştirakı olmadan akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin X1ydalarının pozulmasını əsas götürərək İddiaçı 515.29 manat ziyan tələb etməkdə haqlı deyildir. İddiaçı hesablanmış 515.29 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin İddiaçı X1ydalarının pozulmasına görə 07.07.2021-ci il tarixli 228438 saylı protokola əsasən abonent koduna hesablanmış 515.29 manat borc pul silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar