Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-435/2022 15.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X9 miras qalmış ünvan 1 ünvanda yerləşən mənzilə vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1961-ci il tarixdə X11 ilə X12 07 iyun 1954-cü il tarixdə qeydə alınmış nikahından doğulmuşdur. Valideynlərinin ondan başqa 6 övladları doğulmuşdur: X21 - 08 aprel 1955-ci il; X24 - 07 iyun 1956-cı il; X32 - 18 sentyabr 1959-cu il; X25 - 26 oktyabr 1962-ci il; X26 - 30 iyun 1970-ci il; X27 - 29 dekabr 1994-cü il təvəllüdlüdürlər. X5 27 yanvar 2010-cu il tarixdə, anası X15 20 dekabr 2017-ci il tarixdə, qardaşı X32 23 mart 2018-ci il tarixdə vəfat etmişlər. Mərhum anası X15 12 mart 2005-ci il tarixdə Göyçay rayon notariat kontorunda vəsiyyətnamə tərtib etdirib reyestrdə qeydə aldırmaqla ünvan 2 ünvanda yerləşən evini və əmanət kassasında olan pulunu ona vəsiyyət etmişdir. X4 vəfatından sonra ondan qalmış miras mənzili faktiki qəbul edib idarə etmişdir. O, miras əmlakı idarə etməyə faktiki başladığı üçün miras onun tərəfinmdən qəbul edilmiş sayılır. Qanun üzrə birinci növbə vərəsələr X21, X24, X25, X26 və X27 18 iyun 2021-ci il tarixdə miras əmlakdan onlara çatası payı oəbul etməmələri barədə ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etmişlər. Qanun üzrə birinci növbə vərəsə olan mərhum X32 miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etmədiyi halda onun keçmiş arvadı (nikahlarına 11 yanvar 2003-cü ildə xitam verilmişdir) X6 21 avqust 1993-cü il tarixdə doğulmuş Cavabdeh1 və xx xxxx 1997-ci il tarixdə doğulmuş Cavabdeh2 notariat kontoruna miras əmlakdan onlara çatası payı qəbul etməkdən imtina etməkləri barədə ərizə verməmişlər. Halbuki cavabdehlərin mərhum atası Bağır Məmmədov hələ valideynlərinin sağlığında ailə quraraq ayrı yaşamış və cavabdehlərin anası ilə 2003-cü ildə nikahlarına xitam verildikdən sonra cavabdehlər anaları ilə birlikdə yaşamışlar. Cavabdehlərlə aralarında mirasa dair ixtilaf olduğu üçün Göyçay rayon Notariat Ofisinin notariusu ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. O, mərhum anasından miras qalmış əmlakı faktiki idarə etməklə qəbul etdiyi halda, cavabdehlərin mərhum atası həmin mirası nə faktiki, nə də rəsmi qəbul etməmiş, sonuncunun ölümündən sonra cavabdehlər də miras əmlakı qəbul etməmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Göyçay rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 19 may 2020-ci il tarixli 715 saylı arayışdan görünür ki, X11 ilə X13 arasında nikah 07 iyun 1954-cü il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 65 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Məmmədova soyadı verilmişdir. - Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 21 iyul 2003-cü il tarixli 2820 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Göyçay şəhəri Azərbaycan prospekti 94/12 ünvanda yerləşən mənzil X7 adına qeydə alınmışdır. Qeydə alma əsası: Göyçay rayon Notariat Kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli 4ə/202 saylı alğı-satqı müqaviləsi. - Göyçay rayon Notariat Kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli 4ə/202 saylı alğı-satqı müqaviləsindən görünür ki, X22 özünə məxsus olan həmin fərdi yaşayış evini X2. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri Heydər Əliyev prospekti 94 saylı evin 12 saylı mənzili xüsusi mülkiyyət kimi X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - AZ-İ seriyalı 904358 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 20 dekabr 2017-ci il tarixdə Göyçay şəhərində ağ ciyər emfizemasından vəfat etmişdir. Bu barədə 26 dekabr 2017-ci il tarixdə 369 saylı akt qeydi aparılmışdır. - AZ-İ seriyalı 386578 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 27 yanvar 2010-cu il tarixdə Göyçay şəhərində işemik insultdan vəfat etmişdir. Bu barədə 02 fevral 2010-cu il tarixdə 29 saylı akt qeydi aparılmışdır. - AZ-İ seriyalı 918408 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X32 23 mart 2018-ci il tarixdə Göyçay şəhərində qaraciyər infarktından vəfat etmişdir. Bu barədə 30 mart 2018-ci il tarixdə 87 saylı akt qeydi aparılmışdır. - XXİ-JQ seriyalı 265402 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.1994-cü il tarixdə doğulmuşdur, atası Sabir Məmmədov, anası Səmayə Mustafayevadır. - Göyçay rayon İHB-nin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 20 may 2020-ci il tarixli 08-969 saylı 2 saylı forma üzrə arayışından görünür ki, Göyçay şəhəri Heydər Əliyev prospekti 94 saylı evin 12 saylı mənzilində qeydiyyatda olmaqla yaşamış X4 yaşadığı müddət ərzində öhdəsində aşağıda adları göstərilən ailə üzvləri olmuşdur: yoldaşı X11 (vəfat etmişdir); qızları X21, X24, X16, oğulları X25, X28, X27, X32 (vəfat edib). - Göyçay rayon Notariat ofisinə təqdim edilmiş ərizələrdən görünür ki, Səfayə Məmmədova, Xanım Məmmədova, Nizami Məmmədov, Müşfiq Məmmədov, X40 rayon Notariat ofisinə rəsmi şəkildə ərizə təqdim edərək bildirmişlər ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş anaları X9 qalmış bütün miras əmlakdan onlara çatası payı qəbul etməmişlər. Miras əmlakı faktiki idarə etməyə başlamamışlar. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqlar. Mirasın bu hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması onlara izah edilmişdir. - Göyçay rayon Notariat Ofisinin 18 oktyabr 2021-ci il tarixli 1387 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə vəfat etmiş X9 miras qalmış Göyçay şəhəri H.Əliyev prospekti 94 saylı evin 12 saylı mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizəsinə baxılmışdır. Mülki Məcəllənin 1291-ci maddəsinə istinad edilməklə bildirilmişdir ki, miras şəriki olan Cavabdeh1 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün Göyçay rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. - Göyçay rayon Polis şöbəsinin 17 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 ünvan 4 ünvanda qeydiyyatdadırlar. - Göyçay rayon Notariat ofisinin 13 dekabr 2021-ci il tarixli 1561 saylı məktubundan görünür ki, Cavabdeh1 tərəfindən mirasın qəbul edilib-edilməməsi barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin e-Notariat sistemində aşkar edilməmişdir. - 12 mart 2005-ci il tarixdə Göyçay şəhəri Dövlət Notariat Kontorunda tərtib və təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X14 mülkiyyətində olan mənzili və əmanət kassasında olan pulu qızı İddiaçı vəsiyyət etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 05 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Göyçay rayon dövlət notariat ofisində 12 mart 2005-ci il tarixdə 2v/35 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2022-ci il tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. - "xxxx" ASC-nin X18 02 noyabr 2021-ci il tarixli 22 saylı arayışından görünür ki, ünvan 6 ünvanda quraşdırılmış zavod nömrəsi ********** olan elektrik sayğacı Göyçay Elektrik X1 adınadır və **********01312 saylı kodu ilə qeydiyyatdadır. Elektrik enerjisinin dəyərini X17 vəfat etdikdən sonra həqiqətən qızı İddiaçı tərəfindən ödənilir və xx.xx.2021ci il tarixə sayğacla borcu yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X20 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri- formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X3 Səmayə Novruz qızı ilə xx xxxx 1961-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından doğulmuş - 08 aprel 1955-ci il təvəllüdlü X21; 07 iyun 1956-cı il təvəllüdlü X24; 18 sentyabr 1959-cu il təvəllüdlü X32; xx xxxx 1961-ci il təvəllüdlü İddiaçı; 26 oktyabr 1962-ci il təvəllüdlü X25; 30 iyun 1970-ci il təvəllüdlü X26; 29 dekabr 1994-cü il təvəllüdlü X27 adlı 7 övladları doğulmuşdur. X11 27 yanvar 2010-cu il tarixdə, X15 20 dekabr 2017-ci il tarixdə, X32 23 mart 2018-ci il tarixdə vəfat etmişlər. X15 12 mart 2005-ci il tarixdə Göyçay rayon notariat kontorunda vəsiyyətnamə tərtib edərək Göyçay şəhəri Azərbaycan (hazırda Heydər Əliyev) prospekti 94 saylı evin 12 saylı mənzilini, həmçinin əmanət kassasında olan pulunu qızı İddiaçı vəsiyyət etmişdir. X15 20 dekabr 2017-ci il tarixdə vəfat edəndən dərhal sonra miras qalmış əmlakı İddiaçı faktiki olaraq qəbul etmiş, orada yaşamağa başlamış, mənzildən təyinatı üzrə istifadə etmiş, mənzilin yaşayış üçün yararlı halda qalması üçün zəruri işləri görmüş, kommunal və sair xərcləri mütəmadi şəkildə ödəmişdir. Birinci növbə vərəsələrdən Səfayə Məmmədova, Xanım Məmmədova, Nizami Məmmədov, Müşfiq Məmmədov, X40 rayon Notariat ofisinə rəsmi şəkildə ərizə təqdim edərək xx.xx.2017-ci il tarixdə vəfat etmiş anaları X9 qalmış bütün miras əmlakdan onlara çatası payı qəbul etmədiklərini, miras əmlakı faktiki idarə etməyə başlamadıqlarını, buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqlarını, mirasın bu hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasının onlara izah edildiyini bildirmişlər. Digər birinci növbə vərəsə olan X32 (cavabdehlərin atası) həmin mənzili qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki qəbul etməmiş, nə də müvafiq ərizə ilə notariat ofisinə müraciət etməmişdir. İddiaçı bu günədək həmin mənzildə yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul etmişdir, öz mülkiyyəti kimi həmin əmlaka yiyəlik və sahiblik edir. Məhkəmə iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, 20 dekabr 2017-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlakı miras açıldığı vaxt qızı İddiaçı qəbul etdiyi üçün, iddia təmin edilməli, İddiaçı anası - mərhum X9 miras qalmış Göyçay şəhəri Heydər Əliyev prospekti 94 saylı evin 12 saylı mənzilinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı anası - mərhum X9 miras qalmış Göyçay şəhəri Heydər Əliyev prospekti 94 saylı evin 12 saylı mənzilinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X9 miras qalmış Göyçay şəhəri Heydər Əliyev prospekti 94 saylı evin 12 saylı mənzilinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İ.B.Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-435/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-435/2022
15.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver